MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə121/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   117   118   119   120   121   122   123   124   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

116 



116 

mübarizə  aparırdı»  [129,  44].  M.Qasımov  və  digər 

tədqiqatçıların  bu  məsələdə    haqlı  olmaları  şübhəsizdir. 

Onların  bu  cür  mülahizələr  səsləndirməsinə  səbəb  o  idi  ki, 

Məmmədquluzadə  islamçıları  və  türkçüləri  tənqid  etməklə 

kifayətlənməmiş, eyni zamanda bəzi məsələlərdə bolşeviklərin 

ideyalarını müdafiə etmişdir. 1905-ci ildə bolşeviklərə aid bir 

qəzetdə  «Binəsiblər»  və  «Xeyir-dua»  kimi  məqalələrində 

Məmmədquluzadə  İran fəhlələrinə tövsiyə  edirdi ki, onlar  da 

rus  fəhlələr  kimi,  dini  və  etnik  mənsubiyyyəti  bir  kənara 

qoyaraq  istismarçılara  qarşı  birləşməlidirlər:  «Qoy  məzlum, 

bədbəxt  İran  zəhmətkeş  xalqı  bu  şüarı  oxusun:  «Bütün 

ölkələrin  proletarları  birləşin!».  Qoy  oxusunlar  və 

birləşsinlər»  [148,  128].  Bu  məqalələrdəki  marksist  ruhlu 

fikirləri  əldə  əsas  tutan  akademik  F.Q.Köçərliyə  görə, 

C.Məmmədquluzadə  «Molla  Nəsrəddin»i  sosial-demokratiya 

səviyyəsinə  yüksəldə  bilməsə  də,  onun  şüarlarını,  ideyalarını 

təbliğ etmişdi [122, 46, 72]. 

Bizcə, həmin dövrdə İslamlıq və Türklük əsaslı birliyin 

tərəfdarı  olmamasına  baxmayaraq,  C.Məmmədquluzadə 

marksizm-leninizmə  də  dərindən  bağlana  bilməmişdir.  Hətta, 

1917-ci  il  fevral  burjua  inqilabından  sonra  o,  marksizm-

leninzmlə  milli-demokratizm  arasında  tərəddüd  göstərmişdir. 

Belə ki, 1917-ci ildə yazdığı «Cümhuriyyət» məqaləsindəndə 

o,  xalq  hakimiyyətinin,  yəni  demokratik  respublikanın 

prinsiplərindən  və  azadlıqlarından  (etiqad,  yığıncaq,  birləş-

mək, danışmaq, siyasi partiyalar yaratmaq və s.) bəhs etmişdir 

[148, 190-191].  

Hətta, o, bu dövrdə Azərbaycan xalqının milli birliyi və 

istiqlaliyyəti  uğrunda  mübarizə  aparan  M.Ə.Rəsulzadəyə 

üzünü tutaraq yazırdı:  «İndi də Bakıda seçki məcəlləsi düşüb 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin