www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
119
Bizcə, 1917-1920-ci illərdə Məmmədquluzadənin əsər-
lərində milli ruh nisbətən önçə çıxmış, türklükdən türkçülüyə
doğru müəyyən bir istək olmuşdur. Ancaq türkçülüyə meyil
əsaslı şəkildə olmadığı üçün o, milli aydın mövqeyini inkişaf
etdirə bilməmiş, beynəlmiləlçiliyin təsiri altında qalmışdır.
Eyni zamanda, o, bu dövrdə də İslama münasibətdə
mövqeyini əsasən dəyişməmişdir.
Ümumilikdə, Məmmədquluzadənin Rus-Avropa-Qərb
mədəniyyətinə uyğun xətti jurnalın əməkdaşları arasında fikir
ayrılıqlarına səbəb olmuş və onlardan bəziləri (Nemanzadə və
b.) buradan uzaqlaşmış, digərləri (Qəmkusar, Ordubadi) bu
yolda onunla sona qədər həmfkir olmuşlar. Məsələn,
Məmmədquluzadədən fərqli olaraq Ömər Faiq Nemanzadə
yerli-yersiz yalnız müsəlman din xadimlərinin, eyni zamanda
Ağaoğlu, Hüseynzadə kimi mütərrəqqi ruhlu aydınlarımızın
tənqidi ilə razılaşmamışdır. Bunu gizlətməyən Nemanzadə
açıq şəkildə yazırdı ki, İslam dinini ruhanilərin dilindən deyil,
indiyə qədər pərdə arxasında qalan dini adət-ənənələrimizi,
milli mədəniyyətimizi, eləcə də xilas yolumuzu göstərən
Ə.Ağaoğlu kimi aydınlardan öyrənməliyik [165, 36-37].
Nemanzadə də Ağaoğlu kimi hesab edirdi ki,
müsəlmanlar artıq keçmiş İslam mədəniyyəti ilə öyünüb
yerində saymaqdansa, zəmanə ilə ayaqlaşmalıdır. Zəmanəyə
görə dəyişmək hər zaman vacib olmuşdur ki, bu isə
islamiyyətin ilkin mahiyyətinin dəyişməsi demək deyildir.
Ö.Faiqin fikrincə, indi İslamın əsil mahiyyətini dərk etmək,
onun dünyəvi elmlərlə bağlı cəhətlərini mənimsəmək vaxtıdır.
Çünki Quranın özünün də böyük qismi dünyəvi elmlərə
aiddir: «Bu qəziyyələrdən şu nəticəyi çıxarmaq istəyirəm ki,
Quranı, İslamı bilmək, Allahı tanımaq, kamil insan olmaq
|