MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə122/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   118   119   120   121   122   123   124   125   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

117 


ortalığa və Məhəmməd Əmin Rəsulzadə həmişəki kimi çalış-

vuruş,  çalış-vuruş  nə  var,  nə  var,  mən  millətin  əlindən 

yapışacağam. Çox əcəb, yapış, vuruş qəzet  yaz, nitq söylə,  o 

şəhərə get, yenə yaz, yenə yaz, yenə danış, amma, - bu işlərin 

iki  nəticəsi  var:  biri  budur  ki,  atalar  demişkən  «el  üçün 

ağlayanın  gözü  kor  olar»,  nə  qədər  çalışırsan  çalış,  yenə 

axırda  sənə  qalacaq  haman  yazmaq,  yazmaq  və  hələ  çox 

danışsan  və  ata  və  analarından  xəbəri  olmayan  müsəlman 

qardaşların arzusu yerinə yetsə – bəlkə dustaqxanalarda millət 

yolunda  çəkdiyin  günləri  yenə  ziyarət  etmək»  [106,  215]. 

C.Məmmədquluzadə  daha  sonra  sözlərinə  belə  davam  edir: 

«İkinci  nəticəsi  budur  ki,  indi  sən,  əzizim  doğrudur  ki, 

çalışırsan  və  bu  çalışmaqdan  da  söz  yox  millətə  də  az-çox 

mənfəət gətirirsən və özünə də şöhrət qazanırsan, buna sözüm 

yox  –  amma  burası  var  ki,  sənin  bu  çalışmağın  mənə  xoş 

gəlmir,  səbəb  budur  ki,  əvvəlla  mənim  məsləkimə  ziddir 

(çünki  həqiqi  millətçilik,  həqiqi  vətənpərvərlik,  həqiqi 

islamçılıq 

olan 

yerdə 


yalançı 

islamçılığa, 

yalançı 

vətənpərvərliyə  və  millətçiliyə  yer  qalmır  –  F.Ə.)  və  ikincisi 

mənim  fitrətim  ilə  düz  gəlmir  ki,  sən  millətçi  olub  şan  və 

şöhrət qazanasan, mən də kənardan durub baxım» [106, 216].  

C.Məmmədquluzadə doğru olaraq qeyd edirdi ki, sözün 

həqiqi  mənasında  millətin  arasından  M.Ə.Rəsulzadə  kimi  bir 

şəxsiyyət tapılıb milli ideoloqa çevrilirsə, gözü götürməyənlər 

müxtəlif 

yollarla 

onu 


ləkələməyə 

çalışacaqlar. 

C.Məmmədquluzadənin  dili  ilə  desək:  «Yox  belə  ola  bilməz, 

mən  səni  qoymaram  məqsədinə  çatasan,  mən  səni  peşman 

elərəm, mən səni sındıraram, mən səni yox elərəm və bundan 

da  asan  iş  mənim  üçün  yoxdur,  bir  istəkan  su  içməkdən 

asandır. Məhz lazımdır saqqalımı qaraldıb daxil olum mollalar 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin