www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
114
114
millətçiliyə meyilliliklərini doğru təhlil etmək lazımdır. Bu
mənada, «mollanəsrəddinçilər»i milli-dini dəyərlərə və
qərbləşməyə münasibətdə iki qrupa: 1) radikallara
(C.Məmmədquluzadə, Ə.Qəmküsar və b.); 2) mötədillərə
(Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir və b.) bölmək olar.
Radikal “mollanəsrəddinçi”lərin başında duran Cəlil
Məmmədquluzadənin ilk dövrlərdə Rus-Avropa-Qərb mədə-
niyyətinə və ideologiyasına üz tutmasında M.F.Axundzadə və
M.A.Şahtaxtlı mühüm rol oynamışdır. Xüsusilə, Şahtaxtlının
onun üzərində mühüm təsiri olmuşdur. Hər halda,
C.Məmmədquluzadənun mətbuata gəlişində və qərbyönlü yol
tutmasında Şahtaxtlının rolu heç kəsə sirr deyil. Bu mənada,
“Şərqi-Rus”un bağlanmasından sonra, onun maddi-texniki
bazasında C.Məmmədquluzadənin
«Molla Nəsrəddin»
jurnalını nəşr etdirməyə başlaması diqqəti çəkir. Belə ki,
cəmiyyət daxilindəki bir çox həqiqətləri ifadə edən «Molla
Nəsrəddin» jurnalının bütün bunlarla yanaşı, əsas günahkar
rolunda İslam dinini görməsi təsadüfi sayıla bilməzdi. «Molla
Nəsrəddin» jurnalı C.Məmmədquluzadə demək olduğu üçün
burada əsas və həlledici söz sahibi də o, idi.
Xüsusilə, 1900-1917-ci illərdə İslam dini əsaslı istənilən
birliyə qarşı çıxan C.Məmmədquluzadə açıq şəkildə olmasa
da, dolaysıyla müsəlman xalqlarının inkişafına əsas əngəl
kimi İslamı göstərmiş, «İslam birliyi»ndən çıxış edən
mühafizəkar (Ə.Axundoğlu və b.) və mütərəqqi islamçıları
(Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.) birmənalı şəkildə tənqid
etmişdir. Özəlliklə, bu dövrdə «panislamizm»in ideoloqu
sayılan Ə.Ağaoğlunun «İslam millətçiliyi» nəzəriyyəsini qəbul
etməyən C.Məmmədquluzadə hesab edirdi ki, bu təlim fəhlə və
kəndlilərin mənafeyinə ziddir. Onun fikrincə, Ə.Ağaoğlu
|