MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə115/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   111   112   113   114   115   116   117   118   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

110 



110 

uğraşmışdır.  Ancaq  çar  Rusiyasının  ideoloqları  həmin  dövrdə 

bunu həyata keçirməyin mümkünsüzlüyünü görərək, Şahtaxtlıya 

ciddi dəstək verə bilməmişlər. 

Şahtaxtlının Rus-Avropa-Qərb ideologiyasına xidmət edən 

əməllərindən biri də Azərbaycan tükrlərinin adının azərbaycanlı, 

türk  dilinin  Azərbaycan  dili  adlandırılması  ilə  bağlı  olmuşdur 

[204,  28-29].  Şübhəsiz,  çar  Rusiyası  ideoloqu  tatar  dili  və  tatar 

kimliyinin  Azərbaycanda  özünü  doğrultmadığını  görür,  bu 

baxımdan  başqa  variantları  dənəyirdi.  Şübhəsiz,  digər  ideyalar 

kimi bu ideyanı da bir rusun deyil, bir türkün irəli sürməsi lazım 

idi.  Bu  mənada,  çar  Rusiyasının  ideoloqları  Şahtaxtlı 

faktorundan 

istifadə 

edərək  azərbaycanlı  kimliyini  və 

Azərbaycan dilini gündəmə gətirməyə çalışmışlar. Ancaq bunun 

da  həmin  dövrdə  gerçəkləşməsinin  mümkünsüzlüyü  ortaya 

çıxdıqdan sonra, bir müddət həmin məsələyə qayıdılmamışdır. 

Şahtaxtlının  İslam  dini  ilə  bağlı  bir  çox  yazılarında 

bütövlükdə,  dinə  münasibətinin  Axundzadədən  fərqlənmədiyini 

ifadə etmişdir. O, «Türkiyəni necə xilas etməli» (1901) əsərində 

Osmanlı  İmperiyasının  düşdüyü  acınacaqlı  vəziyyətdən  xilas 

olması  üçün,  türklərin  Qərb  siyasi  doktrinalarına  müraciət 

etmələrinin,  o  cümlədən  konstitusiyalı  dövlət  olmasının,  parla-

mentli  ölkəyə  çevrilməsinin  vacibliyindən  bəhs  etmişdi.  Onun 

fikrinə görə, əgər Türkiyə öz mövcudluğunu qoruyub saxlamaq 

istəyirsə  avropalaşmalı,  Avropa  mədəniyyətini  qəbul  etməlidir 

[204, 43-44]. Şahtaxtlı yazırdı ki, türk millətinin inkişafına isə iki 

amil əngəl olur: despotizm və ruhanilərin hakimiyyəti: «Savadlı 

idarə  üsulunun  meydana  gəlməsi  ilə  despotizmin  yox  olması 

kimi,  onlar,  ümid  var  ki,  öz  cürətli  hərəkətləri  ilə  ruhaniliyə  də 

qələbə  çalacaqlar»  [204,  45].  Ruhanilərin  dövlətdə  tutduğu 

mühüm  mövqeyi  tənqid  edən  M.Şahtaxtlı  yazırdı  ki,  ruhanilik 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin