www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
112
112
Beləliklə, türk-müsəlman xalqlarının mövcud problemlər-
dən xilas olması və inkişafı üçün radikal qərbçiliyi əsas prinsip
kimi götürən M.A.Şahtaxtlı bu yolda İslam və ona əsaslanan
«İttihadi-islam»ı əngəl kimi görür, mütərəqqi islamçılıqdan çıxış
edənləri, xüsusilə Ə.Ağaoğlu, Ə.Topçubaşı və başqalarını
«panislamizm»ə, yəni «İslam birliyi»nə çalışmaqda ittiham
edirdi [29, 232]. Şahtaxtlının fikrincə, «panislamizm»in
mənəvi zərəri isə xristian dövlətlərini, Avropa mədəniyyətini
müsəlmanlara
düşmən
göstərməsi,
bu
mədəniyyətə
yiyələnmələrinə əngəl olmalarıdır [204, 107]. Bununla da
Şahtaxtlı Ə.Ağaoğlu, Ə.M.Topçubaşı başda olmaqla islamçı-
türkçü ideoloqları qeyri-səmimilikdə ittiham edir, onları
islamçılığın və türkçülüyün qabaqcılları kimi görmədiyini
qeyd edirdi [204, 105-106]. Ə.Ağaoğlu isə M.Şahtaxtlını daha
çox «Şərqi-Rus» qəzetində müasir və milli ruhlu islamçılığa
qarşı yönəlmiş mülahizələrinə görə tənqid etmişdi.
Ağaoğlunun fikrinə görə, «Şərqi-Rus» bundan xilas olmaq
üçün, cəmiyyəti Qərb dəyərləri ilə tanış etməklə yanaşı,
Şərqin tarixi-fəlsəfi cəhətdən öyrənilməsinə, həmvətənlərinin
dünyaya baxışının və mənəvi həyatının yeniləşməsinə də öz
töhfələrini verməlidir [29, 230]. Xüsusilə, M.A.Şahtaxtlının
«hər bir şəriət zaman və məkanilə məhdudur, heç bir şəriət
tabeləri tərəfindən səmavi də hesab olunsa, əbədi və küll ola
bilməz» fikrini tənqid edən Haşım bəy Vəzirov bütün bunları
küfr və ruspərəstlik kimi qiymətləndirirdi [28, 238].
M.T.Sidqi, F.B.Köçərli və başqa aydınlar isə bu qarşıdurmaya
qarşı çıxaraq bunu, millətin birliyinə və inkişafına zərər hesab
edirdilər [201, 178].
Dostları ilə paylaş: |