www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
133
nasiyonalizmə ilə deyil, sosializmə ilə əlaqəsi vardır» [109, 113-
114]. Bununla da, Ə.Hüseynzadə belə bir qənaətə gəlirdi ki,
zamanın mədəni cərəyanları islamiyyətin və sosializmin deyil,
kapitalizm və nasiyonalizmin ziddinədirlər: «Kor qalıb bunu
görməyən, fəhm və idrak etməyən camaatlar bu cərəyanlara
müqabilə etdikcə içdən çıxılmaz girdablara düşəcəkləri gün kimi
aşikardır» [109, 114]. Deməli, Hüseynzadə bu məqaləsində
nəinki sosializmi birmənalı şəkildə rədd etmiş, hətta
nasiyonalizmlə müqayisədə beynəlmiləl mahiyyət daşıdığı üçün,
onun islamçılıqla oxşarlığından belə bəhs etmişdi. Bu baxımdan,
Ə.Hüseynzadə Marksın sosializm ideyasına deyil [109, 127],
onun törəməsi olan marksizm-leninzmə, yəni rus bolşevizminə
qarşı olmuşdur.
XX əsrin əvvəllərində, xüsusilə 1900-1910-cu illərdə
Azərbaycan türk ziyalıları arasında islamçılar və milli liberallarla
yanaşı, rus bolşeviklərinə yaxın olan milli sosial-demokratlar –
milli inqilabçılar (M.Ə.Rəsulzadə və b.) da olmuşdur.
M.B.Məmmədzadəyə görə, milli ilberallar və milli inqilabçılar
taktiki gediş baxımından fərqli yollar tutsalar da, XIX əsrin
ziyalıları tərəfindən elan edilmiş millətçilik prinsiplərinə
sədaqətdə ortaq olublar [154, 19]. Ancaq ümumilikdə, Mirzə
Bala milli inqilabçıların və milli liberalların prinsip etibarilə
müstəqil olmadıqlarını, rus bolşevikləri və rus liberalları ilə bağlı
olduqlarını vurğulamışdı. Onun fikrincə, yalnız 1910-cu illərdə
onların əksəriyyəti bir araya gələrək Azərbaycan türklərinin
müstəqil ideya cərəyanı olan müsavatçılığın – Azərbaycan milli
ideyasının təməlini qoymuşlar [154, 36]. M.Ə.Rəsulzadənin öz
sözləri ilə desək, bu dövrdə milli inqilabçılar vətənlərini işğal
edən çar Rusiyasına qarşı mübarizədə rus sosial-demokratlarla
bir yerdə olmağı, digər cərəyanlarla (liberallar, islamçılar və b.)
|