MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə136/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   132   133   134   135   136   137   138   139   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

130 



130 

bütün bunları yenidən Azərbaycan xalqının şüuruna yeridilməsi 

başa düşülən deyildir. 

Milli-dini 

və 

ruspərəst-qərbpərəst-beynəlmiləlçi 

sosial-demokratlar.  XX  əsrin  əvvəllərində  Rus-Avropa-Qərb 

mədəniyyəti  və  ideologiyasından  çıxış  edən  cərəyanlardan  biri 

sosial-demokratiya  olmuşdur.  Çünki  bu  cərəyanda  liberalizm, 

liberal-demokratizm 

kimi  Azərbaycan  türk  toplumuna 

Avropadan-Rusiyadan    daxil  olmuşdu.  Ancaq  bir  çox 

müddəalarına  görə,  sosial-demokratiya  Azərbaycan  türk 

mütəfəkkirlərinin də diqqətini cəlb etmiş, onlardan bir qismi ya 

müəyyən  bir  dövrdə,  ya  da  sona  qədər  milli  ideya  kimi  ona 

tapınmışlar. Çünki sosial-demokratlar sinfi mübarizə adı altında 

bütün  millətlərin  azadlığı,  sosial  bərabərlik,  mütləqiyyət 

rejimlərinin  devrilməsi,  bütün  dinlərə  eyni  prizmadan  yana-

şılması ideyalarından çıxış edirdilər. Marksistlərə görə, milli və 

dini məsələ yoxdur, yalnız sinfi məsələ var, kapitalizmlə mübari-

zələri  də  milli  deyil,  sinfi  xarakter  daşıyır  və  imperalizmdən 

əziyyət çəkən bütün millətlərin azadlığı uğrunda çalışırlar. Sinfi 

mübarizədə  əsas  hədəfləri  isə  ayrıca  bir  millətin  deyil,  bütün 

dünya  millətlərinin,  heç  bir  ayrı-seçkilik  qoymadan  sosializm 

quruluşuna keçməsinə nail olmaqdır.  

Bu  kimi  müddəalar  çar  Rusiyasının  tərkibində  yaşayan 

bir  çox  millətlər  kimi  Azərbaycan  türkləri  üçün  də  yeni  və 

cəlbedici idi. Bu baxımdan marksizmin Azərbaycanda yayıldığı 

ilk  dövrlərdə  bir  çox  milli-dini  məfkurəyə  əsaslanan 

mütəfəkkirlərimiz (Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b.) ona rəğbət 

bəslədiyi, hətta bəziləri (M.Ə.Rəsulzadə, A.Kazımzadə, M.Ə.Rə-

suloğlu  və  b.)  sosial-demokratizmin  sıralarında  Azərbaycan 

türklərinin  mənafeyi  naminə  mübarizə  apardığı  halda,  digər  bir 

qismi 


ziyalılarımız 

(S.M.Əfəndiyev, 

M.Əzizbəyov, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin