MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə142/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   138   139   140   141   142   143   144   145   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

136 



136 

Rəsulzadəyə  görə,  milliyyət  məsələsinə  ən  obyektiv 

yanaşan  sosial-demokratizmdir.  Belə  ki,  sosial-demokratlar 

milli  mübarizəni  qəbul  etməyib,  sinfi  mübarizə  uğrunda 

çalışsa  da,  ancaq  hər  bir  millətin  idarələrdə,  məhkəmələrdə, 

divanxanalarda öz ana dilini işlətmək imkanından və həmçinin 

öz  uşaqlarını  ana  dilində  oxutdurmaqdan  və  cümlə 

vətəndaşlara  milli  mənsubiyyəti  fərqi  qoyulmadan  hər  bir 

qulluq  xidmətlərə  işə  götürülməsindən  yanadır:  «Budur,  o 

əsaslar  ki,  onun  üstündə  sosial-demokratiya  milliyyəti 

gözləyir.  İctimaiyyun-amiyyun  düşmənləri  bu  firqəni 

ləkələyərək  deyirlər  ki,  guya  ictimaiyyət  əfkarı  milliyyəti 

bilmərrə  götürüb  millətlərin  mədəniyyət,  ədəbiyyat  və 

dillərinə  əsla  qədr  vermiyor»  [185,  75].  İlk  dövrlərdə 

Rəsulzadə  belə  nəticəyə  gəlirdi  ki,  sosial-demokratlar  həqiqi 

milliyyətə  deyil,  cibpərəstlikdən  ibarət  «milliyyət»ə  əksdir: 

«Sosial-demokrat  külli  millətlərin  özü  üçün  tərəqqi  edib 

mədəniyyətləşməsinə  zidd  deyildir.  Onların  zidd  olduğu  o 

«millət»dir  ki,  özgə  millətləri  məhv  və  müzməhlil 

(assimilyasiya  –  F.Ə.)  etmək  istiyor»  [185,  75].  Beləliklə,  o, 

belə bir nəticə çıxarırdı ki,  yalnız  «... ictimaiyyun-ammiyyun 

üçün  milliyyət  -  filan  yoxdur.  Fəqət  məzlumların  haqqını 

himayə  etmək,  həqiqəti  açıb,  aləmə  bildirmək  vardır»  [185, 

108].  


Rəsulzadə  1908-ci  ildə  Türkiyədə  hakimiyyətə  gələn 

«Gənc Türklər»ə də tövsiyə edirdi ki, milliyyət məsələsini bir 

kənara  qoyub  beynəlmiləlçiliyə  söykənsinlər.  Onun  fikrincə, 

Türkiyə  camaatı  bunu  başa  düşməlidir  ki,  hürriyyət,  səadət 

ayrılıqla  deyil,  ittihadi-ittifaq  ilə  başa  gəlib  beynəlmiləllik 

zühuru  ilə  qələbə  edəcəkdir.  Ancaq  «Gənc  türklər»  bu 

məsələdə  səhv  edərək  sinfi  məsələni  nəzərə  almırlar. 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin