www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
137
Rəsulzadə yazırdı: «Bizi düşündürəcək bir məsələ varsa, o da
cəmiyyətçilərin («Gənc türklər»in) nöqteyi-nəzərlərinin
burada dayanıb bir az da o yanı görməmələridir ki, bu da əsl
hürriyyət almağa qabil olan füqərayi-camaata istinad etməyib,
sinfiyyət ayırmayaraq «hamı camaata» söykənmələridir» [185,
121]. Rəsulzadə «Gənc türklər»ə tövsiyə edirdi ki, Türkiyənin
hürriyyəti və səadəti naminə millət və məzhəb məsələsində
fərq qoymasınlar: «Qoy beynəlmiləllik nuru işıqlanıb
«millətçilik» və dargözlülük cəhlini yer üzündən məhv edərək
səadəti-ümuminin vücudunu təmin eləsin!» [185, 123].
Deməli, həmin dövrdə Rəsulzadə milli məsələni bir
kənara qoyaraq, bütün millətlərin o cümlədən, türklərin-
müsəlmanların hüquq və azadlıqları uğrunda mübarizə aparan
yeganə cərəyan və siyasi partiya kimi beynəlmiləlçi sosial-
demokratları qəbul etmişdı: «Bu firqənin amalı və əfkarı fəqət
füqərayi-kasibənin əmniyyətini təmin edib, ümum insanları
nəzərində bir tutub, bilafərq millət, məzhəb, arvad və kişilərin
hər bir hüquq və ixtiyaratda müsavi (bərabər – F.Ə.)
olmalarıdır. Bu firqə beynəlmiləldir. Bunun üçün milliyyət
filan yoxdur. Bunun nəzərində əhəmiyyət qazanan fəqət
sinifdir. Bir-biri ilə zidd olan iki sinfin ki, onları heç bir rabitə
müttəhid edə bilməz…. Kəmali-cürətlə demək olar ki,
ictimaiyyun-ammiyyun müsəlman firqəsidir. Bəli, müsəlman-
lara, müsəlman füqəra və məzlumlarına, o ixtiyarsız və
hüquqsuz füqəralara bir firqəyə mülhəq olmaq, bir heyətə
mənsub olmaq münasibət və məravə yavuq isə o da
ictimaiyyun-ammiyyun firqəsidir» [185, 93].
Fikrimizcə, Rəsulzadə türkçülük və islamçılıq
məfkurəsinə tapınına qədər (1911-1913) siyasi-ideoloji dünya-
görüşündə sosial-demokratizmə, bu mənada beynəlmiləlçiliyə
|