MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə140/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   136   137   138   139   140   141   142   143   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

134 



134 

olmaqdan  daha  üstün  tutmuşlar:  «Çarizmlə  mübarizədə  onlar 

(milli  inqilabçılar  –  F.Ə.)  inqilabi  sosializmə  tam  sadiq  olmasa 

da, ən münasib müttəfiq kimi baxırdılar» [180, 26].  

XX əsrin əvvəllərində, daha konkret desək 1900-1910-cu 

illərdə  müsəlman,  indiki  anlamda  Azərbaycan  sosial-demokrat 

təşkilatının  –  «Hümmət»in  yaranmasında  və  sosial-demokrat 

prinsiplərinin  təbliğində  ən  mühüm  rolu  milli  inqilabçılardan 



M.Ə.Rəsulzadə oynamışdı. Əgər Ə.Ağaoğlu, Ə.Hüseynzadə və 

başqaları sosial-demokratizmə müəyyən qədər rəğbət bəsləməklə 

kifayətlənirdilərsə,  Rəsulzadə  ilk  dövrlərdə  birmənalı  şəkildə 

marksizm  cəbhəsində  fəaliyyət  göstərmişdi.  Millətin  mənafeyi, 

rifahı,  xoşbəxt  gələcəyi  naminə  istənilən  bir  ideya  ətrafında 

birləşməyin  zəruri  olduğunu  iddia  edən  M.Əminin  fikrincə, 

hazırkı  şəraitdə  bu  sosial-demokrat  ideyası  əsasında  da 

mümkündür.  Bu  baxımdan  Rəsulzadə  materializmin  bəzi  müd-

dəalarının  İslamla  üst-üstə  düşdüyünü,  İslami  prinsiplərlə 

materializm arasında oxşarlıqlar olduğunu sübut etməyə çalışırdı. 

Onun məqsədi  müxtəlif  əqidələrə  –  demokratiyaya, millətçiliyə 

və  İslama  tapınanları  islami  sosializmdə  birləşdirməyə  nail 

olmaq idi: «İslam bizə rahi-nicatdır - desəm eyni savabdayam. 

Nə sosializmin, nə də demokratizmin ümdə əqidələri İslam ilə 

müxalif  deyil.  Bəlkə  şəryei-müqəddəsi-İslam  qoyduğu 

qəvaidlə  eyni  mütabiqətdə  və  müvafiqətdədir.  Zəkat,  fitrə  və 

qeyrə  sədəqələr  vacibi-sünnəti  materializm  deyil  də  nədir? 

Bərəkət cəmaətlikdədir. Ümur cümhuri-şura ilə görülməlidir - 

kəlamları demokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar 

edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, 

bu  eyni  insaniyyətdir»  [185,  18-19].  Deməli,  Rəsulzadə 

marksistlərlə  eyni  cəbhədə  olduğu  zaman  sübut  etməyə 

çalışmışdır  ki,  İslam  dini  nəinki  sosial-demokratizmə  ziddir, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin