www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
218
218
müstəmləkəçilik siyasətinin tərkib hissəsinə çevirən rus
bolşeviklərinə həddən artıq güvənməsi idi. Bu mənada
Nərimanov hesab etmişdir ki, Azərbaycanın gələcəyi milli-
demokratik yol tutan Azərbaycan Cümhuriyyəti ilə deyil, Sovet
Rusiyası və onun bolşevik imperializmi ilə bağlıdır. Hətta bir
dönəm
Nərimanov
bolşevik
imperializminin
yalnız
Azərbaycanın deyil, Şərqin xilası və Avropanın inqilabı üçün
lazım olduğuna da inanmışdır: «Avropada biz istədiyimiz inqilab
meydana gələrsə, bolşevik imperializması özü-özündən yox
olacaqdır. Bu bir nazik mətləbdir, bunu başa düşmək gərəkdir»
[48, 94]. Halbuki çar Rusiyasının yerində təşəkkül tapan Sovet
Rusiyası üçün əsas məqsəd Avropada və Şərqdə sosializm
inqilabının baş verməsi deyil, çarizm dövründəki müstəmləkə
torpaqlarda hakimiyyətini bərpa etməsi idi. Bu mənada,
Nərimanov müstəqil və milli Azərbaycan ideyasını müdafiə
etmək, Azərbaycan Cümhuriyyətinə dayaq durmaq əvəzinə,
əksinə onun yenidən müstəmləkə halına gətrilməsi üçün rus
bolşeviklərinə yardım etmişdir.
Hər halda etiraf olunmalıdır ki, Nərimanov Rəsulzadə,
Yusifbəyli və digər türkçülərdən fərqli olaraq marksist sosial-
demokratizmlə rus bolşevizmini vaxtında bir-birindən ayra
bilməmiş, ən vacibi rusların sosial-demokratizmi müstəmləkəçi-
liklə eyniləşdirdiyini çox gec anlamışdır. Halbuki, M.Ə.Rəsul-
zadə, N.Yusifbəyli və başqa türkçülər sosial-demokratizmə
zaman-zaman
rəğbət
göstərmələrinə
baxmayaraq,
rus
bolşevizminin əsil mahiyyətinin türkçülüyün (istər ümumi
türkçülük, istərsə də Azərbaycan türkçülüyünun) mənafeyinə
zidd olduğunu vaxtında görmüş və ondan uzaq durmuşlar.
Ancaq Nərimanov isə onlarla müqayisədə, çox sonralar başa
düşmüşdür ki, istənilən bir ideya (sosial-demokrat, liberalizm,
|