www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
456
456
bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin
əvvəlində və xüsusən 1918-ci ildə, Azərbaycan Demokratik
Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş
görmüşlər. Bu, şəksiz-şübhəsizdir» [85, 156].
Bu isə o deməkdir ki, yeni dövrün siyasi-ideoloji maraq-
larına uyğun olaraq Azərbaycanda və dünyada yaşayan bütün
azərbaycanlıların milli ideyası kimi azərbaycançılıq ideyasını irəli
sürüb, bu ideyanı 1992-1993-cü illərdə Azərbaycanda baş qaldıran
separatçılıq hərəkatlarına qarşı qoymaqla yanaşı H.Əliyev hesab
edirdi ki, azərbaycançılıq milli birliyin və dövlətçiliyin təməl
daşıdır: «Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər
– bunlar hamısı Azərbaycançılıq anlayışının tərkib hissələridir»
[49]. H.Əliyev milli ideologiyanın əsası kimi də azərbaycançılığı
göstərir və onu dövlətçiliklə eyniləşdirirdi: «Bu milli ideologiya
nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və
gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas
vəzifəsidir. Dövlətçilk Azərbaycanın müstəqilliyini, ərazi
bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini
möhkəmləndirməkdir…» [49].
Bizə elə gəlir ki, H.Əliyev azərbaycançılıq ideyasını irəli
sürərkən bütün bunlarla yanaşı, XIX-XX əsrlər Azərbaycan
mütəfəkkirlərinin bu ideya ilə bağlı gördüyü nəzəri-praktiki işlərə
əsaslanmışdır. O, azərbaycançılığın əsas təməlinin isə Azərbaycan
Cümhuriyyəti dövründə qoyulmasını bu və ya başqa formada
dəfələrlə bəyan etmişdir. Bu baxımdan H.Əliyevin milli mənəvi
dəyərlərimiz, Azərbaycan Cümhuriyyəti və onun liderləri, o
cümlədən M.Ə.Rəsulzadə ilə bağlı fikirləri azərbaycançılığın
müəyyən bir tarixi mərhələ keçməsinə bariz nümunədir:
«Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli
azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız minillik
|