www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
454
454
Fikrimizcə, məhz bu nüanslardan çıxış edərək AMEA-nın
müxbir üzvü Nizami Cəfərov da yazır ki, azərbaycançılıq
ideologiyası «nə qədər dərin köklərə malik olsa da onun əsaslarını
müasir Azərbaycan dövlətçiliyinin banisi, dünya azərbaycanlıları-
nın lideri Heydər Əliyev məhz milli dövlət quruculuğu prosesində
yaratmışdır» [221, 5]. Başqa sözlə, H.Əliyev Azərbaycan xalqının,
dünya azərbaycanlılarının milli birliyi uğrunda mübarizə aparmış,
bunu Azərbaycan dövlətinin siyasəti səviyyəsinə qaldırmışdı [65,
231]. Onun fikrincə, çağdaş Azərbaycan dövləti də, respublikanın
ərazisində tarixən məskunlaşmış bütün etnoslara, bir neçə minillik
dövrdə formalaşmış bütün Azərbaycan cəmiyyətinə – Azərbaycan
xalqına məxsusdur [65, 226]. Bütün bunlarla yanaşı, N.Cəfərovun
fikrinə görə, Azərbaycan xalqının milli dövlətçilik təfəkkürünün
əsas mənbəyi qədim türk dövlətçilik mədəniyyətidir. 1918-ci ildə
M.Ə.Rəsulzadə və başqa mütəfəkkirlərin ideyaları ilə yaranan
Azərbaycan Xalq Cümhuriyyəti də həmin türk dövlətçiliyinin
davamıdır [65, 220].
Azərbaycan filosofu Əlikram Tağıyev də hesab edir ki,
müasir dövrdə azərbaycançılıq ideyası H.Əliyev tərəfindən irəli
sürülsə də onun tarixi kökləri qədimdir: «Onun (azərbaycançılığın
– F.Ə.) idealdan ideyaya çevrilməsi tarixi XIX əsrin sonu – XX
əsrin əvvəllərinə gedib çıxır. M.Ə.Rəsulzadənin siyasi sahəyə və
eləcə də elmə gətirdiyi bu anlayış Azərbaycan Demokratik
Cümhuriyyətinin yaranmasının ideoloji əsaslarını təşkil etmişdi»
[217, 20]. Eyni müddəanı müdafiə edən Sona Vəliyeva da yazır
ki, Azərbaycan milli ideyası ideologiyaya çevrilmə prosesində
tarixi inkişaf baxımından islamçılıq, türkçülük mərhələlərini
yaşamış, 20-ci əsrin əvvəllərindən etibarən tədricən müstəqil ideya
cərəyanına çevrilmiş və 1905-1918-ci illərdə Azərbaycan milli
hərəkatının nəzəriyyəçiləri (M.Ə.Rəsulzadə, N.Yusifbəyli və
|