MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə489/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   485   486   487   488   489   490   491   492   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

462 



462 

etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri 

əsasında  birləşdirmək  ideyasının  verballaşdırılması  kimi  1992-

1993-cü  illərdə  xüsusilə  geniş  yayılan  şovinist  və  separatçılıq 

əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmiş» 

[140,  458]  azərbaycançılıqdır.  O  yazır:  «Yeni    demokratik 

dövlətin  əsas  prinsiplərinin,  vətəndaş  cəmiyyəti  ünsürlərinin, 

yeni  iqtisadi  sistemə,  tarazlı  xarici  siyasətə  istiqamətlənmiş 

dünyəvi,  hüquqi  dövlətin  prioritetlərinin  təşəkkülünün,  yeni 

demokratik  təsisatların  qurulması,  yeni  siyasi  birliklərin 

yaradılması,  siyasi  plüralizmin  inkişafı  və  milli  ideologiyanın 

əsas  ünsürlərinin  tədricən  formalaşması  prosesinin  ağlasığmaz 

dərəcədə mürəkkəb şəraitdə getməsinə baxmayaraq, Azərbaycan 

dövlətçiliyinin  milli  identifikasiyasının  başlıca  ehkamları  məhz 

həmin dövrdə formalaşmışdır» [139, 22-33]. 

Akdemik  hesab  edir  ki,  «azərbaycançılıq»  anlayışınn 

sosial-etnik tərkibi Azərbaycan ərazisində yaşayan bütün xalqları 

əhatə  etdiyi  halda,  «azərbaycanlılılq»  məfhumu  isə  bir  milləti 

ifadə  edir  [143,  191].  Fikrimizcə,  bu  məsələnin  də  bir  qədər 

dəqiqləşdirilməsinə  ehtiyac  var.  Belə  ki,  «azərbaycanlılıq» 

«türkiyəlilik»,  «gürcüstanlılıq»,  «rusiyalılılq»,  «iranlılıq»  və 

başqaları  kimi  əslində  konkret  bir  etnik  milləti,  məsələn  yalnız 

türkləri  nəzərdə  tuta  bilməz.  Əslində  «azərbaycanlılıq»  başda 

türklər  olmaqla,  Azərbaycanda  yaşayan  bütün  etnosları  siyasi 

millət  anlamında  ifadə  etmişdir.  Ancaq  o  başqa  məsələdir  ki, 

Azərbaycan  əhalisinin  böyük  əksəriyyəti  türklərdən  ibarət 

olduğu üçün, «azərbaycanlılıq» anlayışı ilk növbədə onlara şamil 

edilir.  Eyni  zamanda,  türklər  azlıq  təşkil  edən  etnik  qruplardan 

fərqli  olaraq,  «müsəlman»  məfhumu  kimi  «azərbaycanlı»  və 

«azərbaycanlılıq»  anlayışlarını  daha  çox  mənimsəmiş, 

«azərbaycanlı»  olmaqda  da  elə  bir  zorluq  çəkməmişlər.  Bunu, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   485   486   487   488   489   490   491   492   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin