MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə488/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   484   485   486   487   488   489   490   491   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

461 


sürmüş  Azərbaycan  Cümhuriyyətinin  xələfi  elan  edib,  70  il 

yaşamış  Azərbaycan  Sovet  Sosialist  Respublikasından 

(Azərbaycan  SSR)  imtina  etməyimizə  baxmayaraq,  bəzi 

hallarda kifayət qədər ziddiyyətli hallarla qarşılaşırıq.  

Ümumiyyətlə,  əgər  bu  gün  söhbət  «türkçülük»  və 

«azərbaycançılıq»  arasındakı  fərqlərdən  və  oxşalıqlardan 

gedirsə,  onda  məntiqi  olaraq  Azərbaycan  Respublikası 

Azərbaycan  Cümhuriyyətinin,  yoxsa  Azərbaycan  SSR-nin 

varisi  olması  məsələsi  də  gündəmə  gəlməlidir.  Çünki  bu 

varislik  bir  çox  məsələlərdə,  o  cümlədən  türkçülüklə  bağlı 

mənəvi-ideoloji  sahədə  sözdə  qəbul  edilsə  də,  əməldə  bunun 

tamamilə  əksi  ortaya  qoyulur.  Belə  ki,  özünü  Azərbaycan 

Cümhuriyyətinin  xələfi  elan  edən  bir  respublika  bəzi  hallarda 

Cümhuriyyətin  başlıca  ideoloji  prinsiplərinə  (türk  dili,  türk 

milləti  və  s.)  deyil,  daha  çox  SSRİ  ideoloqlarının  Azərbaycan 

SSR  üçün  müəyyənləşdirdiyi  ideyalara  (Azərbaycan  milləti, 

Azərbaycan dili və s.) sahib çıxmışdır. Çox təəssüflər olsun ki, 

yalnız  millət  və  dilin  adı  ilə  bağlı  deyil,  ərazi  məsələsində  də 

Azərbaycan Respublikası eyni yolu tutmuşdur. Ən düşündürücü 

hal odur ki, bu günə qədər nədən Azərbaycan Cümhuriyyətinin 

ərazisinin  deyil,  məhz  Azərbaycan  SSR  ərazisinə  varis 

çıxmağımzla bağlı doğru-dürüst fikirlərə, açıqlamalara rast gələ 

bilmirik.  Bu  baxımdan  millət  və  dilin  adı  problemi  ilə  yanaşı, 

ərazi  məsələsində  də  varislik  problemi  gündəmə  gətirilməlidir 

[81

a

, 436-437]. 



Azərbaycançılığın əsas ideoloqlarından akademik Ramiz 

Mehdiyevin  Azərbaycan  milli  ideologiyası  ilə  bağlı  mülahizə-

lərindən belə çıxır ki, bu günün milli ideologiyası, əsasən tarixə 

qovuşmuş,  ümumi  və  mücərrəd  mahiyyət  daşıyan  türkçülük 

(türk birliyi, türk həmrəyliyi və s.) deyil, «ölkədə yaşayan bütün 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   484   485   486   487   488   489   490   491   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin