www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
469
məxsusluğu daha çox Azərbaycan etnikliyinin təbiətilə
şərtlənir ki, Azərbaycan mədəniyyətinin də meydana
çıxmasında Qafqaz, Türk və İran xalqlarının mənəvi
sərvətləri, eləcə də İslam mədəniyyəti mühüm rol oynamışdır
[265, 11]. Doğrudur, Ə.Daşdəmirov öncə, Azərbaycan milli
ideyasının yaranmasında Qafqaz və İran xalqları ilə
müqayisədə İslam və Türk komponentlərinin üstünlüyünü
etiraf edir. O, əvvəlcə qeyd edir ki, milli tariximizin 70 ildən
çox davam etmiş SSRİ dövründə ən çox Türk və İslam
komponentlərinin milli şüurdan sıxışdırılması, deformasiyaya
uğraması
nəticəsində
mədəniyyətin
etnik
potensialı
azalmışdır:
«Amansız
siyasi
repressiyalara,
İslam
dünyasından, türk əlaqələrindən və dəyərlərindən təcrid
olunma şəraitinə baxmayaraq, azərbaycanlılar ibrətamiz
inadkarlıq nümayiş etdirərək, öz mədəniyyətlərinin tarixi
potensalını qoruyub saxlaya bilmiş, sovet cəmiyyətinin
mürəkkəb syiasi, sosial-iqtisadi şəraitinə uyğunlaşmışlar.
Mədəniyyətin bu və ya digər dərəcədə qadağalara məruz
qalmış İslam və Türk komponentləri o dövrdə müdafiə
reaksiyasının başlıca simvolları kimi əhəmiyyət kəsb edir,
azərbaycanlılar bunlarda öz milli hisslərini görür, onlara
indikativ məna verib öz identikliyini qururdular» [72, 127].
Akademikə görə xüsusilə türk, türksevərlik motivləri həmişə
azərbaycanlıların milli mənlik şüuruna, milli hisslərinə yaxın,
doğma olub. Onun fikrincə, bu baxımdan bunun təcəssümünü
azərbaycanlıların Türkiyədə, onun xalqında, mədəniyyətində,
dilində axtarmaları təsadüfi deyildir: «Buna görə də türk
həmrəyliyi, türk xalqı ilə dostluq, qardaşlıq ideyaları münbit
zəminə düşərək ermənilərlə qarşıdurmada, dövlətçiliyin, müs-
təqilliyin möhkəmləndirilməsi uğrunda mübarizədə etnosəfər-
|