www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
471
«türk» etnoniminə qarşı qəti hücum başlayarkən (1937-1938-
ci illər) «müqavimətə rast gəlinməməsi»nə səbəb Azərbaycan
türklərinin milli kimliklərinə və milli dillərinə biganə
olmaları, yaxud da onların şüurunda bu amillərin kifayət qədər
hopmaması ilə deyil, 1920-ci il 27 aprel işğalından ötən 16-17
il ərzində milli aydınlarının 100-də 90 faizinin ya
güllələnməsi, ya da sürgünə göndərilməsi ilə bağlı olmuşdur.
Yəni işğaldan sonrakı dönəmdə türklüyə, milliliyə xidmət
edənlərə qarşı bu cür amansız repressiyalardan sonra,
Azərbaycan türklərinin «yuxarıdan aşağıya» «türk» etnoniminin
«azərbaycanlılar» etnonimi ilə əvəz olunmasının müqavimətsiz
baş verməsini söyləmək heç bir oybektivliyə əsaslana bilməz.
Üstəlik, akademikin türk etnonimi ətrafında baş verənləri xalqın
milli mənlik şüurunun həmin ada etinasızlığı ilə bağlaması,
sözün açığı başa düşülən deyildir. Əgər Azərbaycan xalqının
milli mənlik şüurunda «türk» adına etinasızlıq var idisə, o zaman
nədən Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, N.Yusifbəyli,
M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və başqaları 19-cu əsrin sonu –
20-ci əsrin əvvəllərində türklük davasını aparmış, 1918-ci ildə
qurulan Azərbaycan Cümhuriyyətinin dilini türk dili elan
etmişlər?! Üstəlik, unutmaq olmaz ki, 1920-ci ildə Sovet
Rusiyası qoşunlarının birbaşa hərbi müdaxiləsi ilə süquta
uğradılmış Azərbaycan Cümhuriyyətinin yerində yaradılmış
Azərbaycan SSR-nin rəhbərləri və həmin dövrdə yaşamış
ziyalıları başda N.Nərimanov olmaqla, bir müddət türk kimliyinə
və türk dilinə birmənalı şəkildə sahib çıxmışlar. Ona görə «bir
müddət» deyirik ki, artıq həmin vaxt ərzində milli mənlik
şüurunun daşıyıcılarının əksəriyyəti məhv edildi; repressiyaya
uğramamış çox az bir qisim ziyalılar baş verənlərlə «razılaşmalı»
oldular. Bu baxımdan Azərbaycan türk etnoniminin
|