www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
474
474
Birincisi, türklük ideyası heç zaman qeyri müəyyən
«Azərbaycan mənlik şüurunu» inhisara almağa cəhd
göstərməmişdir. Çünki Azərbaycanda bütün zamanlarda, əsasən
türk mənlik şüuru hökm sürmüşdür. Təkcə bir faktı yenidən
xatırlatmaq yerinə düşərdi ki, 7-ci əsrə aid tarixi məlumata görə,
Xəlifə Müaviyənin müşaviri Azərbaycanın qədimdən türklər
ölkəsi olmasını söyləmişdir. İkincisi, Azərbaycan türklərinin
digər etnik qrupları tamamilə özünə hopdura bilməməsi fikrinə
gəlincə, bu türk millətinin hər zaman azsalyı etnosların
mədəniyyətinə, dilinə xoşgörüdən yanaşmasının, assimilyasiya
düşüncəsindən həmişə uzaq olmasının bir ifadəsidir. Ancaq
akademikin bütün bunları obyektiv şəkildə dəyərləndirmək
əvəzinə, bunu qeyri-müəyyən Azərbaycan etnik mədəniyyətinin
türk ideyası üzərində qələbəsi kimi qələmə verməsi tamamilə
yanlışdır. Eyni zamanda, Ə.Daşdəmirovun o fikrini də doğru
saymırıq ki, zaman keçdikcə türksevərliyin millət fövqündə
duran fenomen olduğu dərk edilmiş, bununla da «bir millət – iki
dövlət» ideyası Azərbaycan cəmiyyətində geniş müdafiə
olunmamışdı [72, 139]. Bizcə, tamamilə əksinə Azərbaycan
türklərinin məhz müstəqil türkçülüyü müdafiə etmələrinin, Türk
birliyinə isə daha çox mənəvi baxımdan yanaşmalarının
nəticəsidir ki, nəinki «bir millət – iki dövlət», digər Türk
dövlətləri ilə də ən azı mənəvi-mədəni birlik ideyasına həmişə
dəstək veriblər və bu gün də verirlər. Əlbəttə, bu məsələyə
münasibətdə bir qədər fərqli düşünənlər ola bilər. Ancaq bu heç
də çoxluğun fikri demək deyildir.
Hər halda, bütün bunlardan sonra Ə.Daşdəmirov belə bir
nəticə çıxarır ki, Azərbaycanın müasir ideoloji həyatında iki xətt,
yaxud meyil təzahür edir: «Birinci meyil – azərbaycançılıq
ideyasının ümumtürk, ümumislam ideyasında əriməsinə
|