www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
476
476
Şübhəsiz, islam və türkçülük variantları bizim ideoloji
həyatımızın tarixinin, identikliyimizin real hissələridir və əvvəlki
kimi də bizə təsir göstərməkdə davam edəcəklər. Bununla
yanaşı, bizdə mədəniyyət və tariximizin mühüm hissəsini təşkil
edən digər dəyərlərimiz də mövcuddur» [155, 14]. Hazırda
türkçülüyün deyil, azərbaycançılığın vacibliyini sübut etmək
üçün, İ.Məmmədzadə daha sonra yazır: «Marksizm qanunlarına
əsaslanaraq, bəziləri 20-ci əsrin əvvəllərinə aid ideyalardan
yoğrulmuş türkçülük ideologiyasını yaratmağa və başqalarına
qəbul etdirməyə cəhd göstərirlər. Guya bütün türk xalqlarını bir
dövlətin himayəsi altında birləşdirmək lazımdır, qan-soy birliyi,
mənşə birliyi mədəniyyətdən, siyasi və geosiyasi, iqtisadi və
sosial mənafelər isə vətəndaşların seçimindən vacibdir. Belə bir
sual yarana bilər ki, belə olduğu halda, söz türkçülük ideallarının
dirçəldilməsindən gedəndə biz marksizm qanunlarını nədə
görürük? Bu qanunlar özünü onda göstərir ki, dünyanın rasional
dərk edilməsində, Azərbaycan millətinə özünün inkişaf
yollarının əsaslandırılmasından çox uzaq nəsə sırınır, nəhayət,
azərbaycanlıların bir hissəsinin azərbaycanlı olmaq və dost
xalqlarla əlaqə saxlamaq və s. bu kimi sarsılmaz arzularına
əhəmiyyət verilmir» [155, 16].
Biz də hesab edirik ki, ötən əsrdə mövcud olan
ideyalardan bəhs edərkən onları indiki cəmiyyətə olduğu kimi
uyğulamaq lazım deyildir. Ancaq bu o da demək deyil ki, biz
Azərbaycan dövlətçiliyinin yaranmasında müstəsna rol oynayan
milli ideyaları bu gün yalnız tarixin, ya da milli identikliyin
hissələri kimi görməliyik. Əgər yeni dövrdə, doğrudan da, həmin
ideyaları reallaşdırmaq mümkün deyilsə, ancaq onların əvəzinə
irəli sürülən ideya və ya ideologiyada bu və ya digər formada
varisliyi qorumaq da mütləqdir. Əks təqdirdə bizim
|