www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
479
deyildir: «İdeoloqlarımızın elmi əsərlərinin heç birində Türkiyə
və Azərbaycan millətləri arasında fərqlərə dair tədqiqata rast
gəlmək mümkün deyil. Bir sözlə, türkçülük ideoloqları mədəni,
sosial və siyasi fərqləri görməməyə çalışırlar. Vaxtilə bu
xəstəlikdən sovet doqmatik marksizmi də əziyyət çəkmiş,
inqilaba bəraət qazandırmaq, həmçinin bazar münasibətlərindən
imtina etmək istəmişdir. Amma gördüyümüz kimi, bunun
nəticəsi bizim üçün acınacaqlı olmuşdur» [155, 33-34].
Bizə elə gəlir ki, H.Əliyevin «biz bir millət, iki dövlətik»
tezisində əsas vurğunun «bir millət», ya da «iki dövlət»in üzərinə
düşməsindən asılı olmayaraq, burada vacib olanı müəyyən
mənada eyni etnik mənşəyi, dili, mədəniyyəti, ədəbiyyatı, tarixi
paylaşmaqla yanaşı, siyasi, iqtisadi, mədəni, hərbi və s. mənalar-
da da bir-birinə dəstək olmalarıdır. Şübhəsiz, bütün bunlar
Türkiyə və Azərbaycan müstəqil dövlətlər kimi başqa
ölkələrlə əlaqələr qurması, ya da dostluq yaratmalarına əngəl
ola bilməz. Türkiyə və Azərbaycan türkləri arasında fərqlərin
olması, o cümlədən türkçülük və azərbaycançılığın
alternativliyi məsələsinə gəlincə, fikrimizcə, bu məsələdə də
obyektivliyə
əməl
edilməli,
yəni,
yalnız
mövcud
gerçəkliklərdən deyil, eyni zamanda ortaq milli tarixi, mədəni,
bir sözlə milli dəyərlərdən də çıxış edilməlidir.
Bu baxımdan türkçülük və azərbaycançılığın bir-birinə
alternativ olması prizmasından çıxış edən gənc tədqiqatçı,
fəlsəfə üzrə fəlsəfə doktoru Əliyar Orucovun «Azərbaycan
xalqı milli özünüdərk yollarında: XIX əsrin sonu – XX əsrin
əvvəlləri» monoqrafiyasında bu məsələ ilə bağlı irəli sürdüyü
bəzi fikirlərlə də razılaşmırıq. Çünki Ə.Orucov bu əsərində
iddia edir ki, o, milli ideologiyaya münasibətdə
F.Ələkbərovdan (yəni bu kitabın müəllifindən) fərqli olaraq,
|