MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə508/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   504   505   506   507   508   509   510   511   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

481 


Ə.Tağıyev, 

Ə.Abbasov, 

Y.Türkel, 

N.Şəmsizadə 

və 

başqalarıdır.  Bu  müəlliflər  ümumilikdə  türkçülük  və 



azərbaycançılığın  sinergizmindən  çıxış  etsələr  də,  bəzi 

məsələlərdə  ziddiyyətli  mövqe  tuturlar.  Burada  həmin 

ziddiyyətləri göstərməklə  yanaşı,  onlarla razılaşdığımız və  ya 

razılaşmadığımız məqamlara da toxunmuşuq. 

Məsələn,  türkçülük  və  azərbaycançılığın  sinergizmin-

dən  çıxış edən Azərbaycan filosofu, professor Əlikram Tağı-



yevin  fikrincə,  türkçülük  və  islamçılıq  əsasında  yaranan  və 

M.Ə.Rəsulzadə tərəfindən milli ideyaya çevrilən  azərbaycan-

çılıq  həm  etnik-türk ideyası  [210, 36],  «həm  də bir çox milli 

etnik  ideyaların  toplusudur,  çünki  vətəndaşlıq  ideyasıdır, 

Azərbaycanda yaşayan müxtəlif aborigen xalqların (türk, talış, 

ləzgi,  tat,  avar  və  b.)  vahid  dövlətinin  ideyasıdır»  [217,  20]. 

Bu  məsələdə  Azərbaycan  filosofu  ilə  əsas  razılaşmadığımız  

məqam  odur  ki,  azərbaycançılıq  ilk  növbədə,  türkçülüyün 

ifadəsidir.  Ə.Tağıyev  daha  sonra  yazır:  «Vaxtilə  o 

(azərbaycançılıq  –  F.Ə.)  türkçülüyün  bir  qolu  kimi  çıxış 

edirdisə,  burada  indi  o,  artıq  türkçülüyü  də  özündə  təcəssüm 

etdirir.  Yəni  azərbaycançılıq  bir  tək  etnik  ideya  olmaqdan 

kənara  çıxaraq  arıtq  dövlət  ideya  sahəsini  də  özündə 

birləşdirir.  Hazırda  azərbaycançılıq  bir  ideya  kimi 

formalaşmaqdadır  və  o,  respublikanın  bütün  yerli  aborigen 

etnoslarının  iradəsini  ifadə  edir»  [217,  22].  Fikrimizcə, 

Azərbaycan  milli  ideyasının  türkçülüyün  bir  qolu  kimi  çıxış 

etməsi  aydın  olsa  da,  ancaq  türkçülüyün  sonralar  hansı 

mənada  azərbaycançılığın  tərkib  hissəsinə  çevrilməsi  məlum 

deyildir.  Yəni  necə  olmuşdu  ki,  türkçülüyün  doğurduğu 

azərbaycançılıq  sonralar  türkçülüyü  bir  ideya  xətti  kimi 

üstələmiş,  hətta  onu  öz  içərisində  «əridə»  bilmişdir?! 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   504   505   506   507   508   509   510   511   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin