MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə509/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   505   506   507   508   509   510   511   512   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

482 



482 

Fikrimizcə, elmi və obyektiv əsaslandırmalar, faktlar olmadan 

məsələnin bu cür qoyuluşu doğru ola bilməz.  

Bu  məsələ  ilə  bağlı  Ə.Tağıyev  başqa  bir  əsərində  isə 

yazır  ki,  azərbaycançılığın  milli  ideya  kimi  seçilməsi  heç  də 

onun türkçülüyə qarşı qoyulması demək deyildir: «Türkçülük 

ümumi,  bir  qədər  də  romantik  səciyyə  daşıyan  halda, 

azərbaycançılıq  daha  real  və  praktiki  görünür,  yerli  xalqlar, 

xüsusən də azsaylı xalqlar üçün daha məqbul və cəlbedicidir» 

[213,  182].  Maraqlıdır,  bəzi  müəlliflər,  o  cümlədən 

Ə.Daşdəmirov,  Ə.Tağıyev  və  başqları  hansı  prinsipdən  çıxış 

edərək  hesab  edirlər  ki,  azərbaycançılığın  milli  ideyaya 

çevrilməsi  türkçülüyə  qarşı  olmaq,  yaxud  da  onun 

azərbaycançılığın  daxilində  «əridilmə»si  kimi  qiymətləndiril-

məməlidir?  Axı  belə  bir  qarşı-qarşıya  qoyulma  fikri  haradan 

gəlmiş  və  bunun  kökündə  hansı  faktorlar  dayanır?!  Digər 

tərəfdən, o türkçülük  ümumi,  bir qədər də romantik ola bilər 

ki,  konkretlikdən  və  gerçəklikdən  uzaqdır.  Ancaq  bunu 

Azərbaycandakı  türkçülüyə,  yəni  Azərbaycan  türkçülüyünə 

aid  etmək  doğru  deyildir.  Ən  azı  ona  görə  ki,  bugünkü 

Azərbaycan  Respbulikasının  sələfi  olan  Azərbaycan 

Cümhuriyyəti  məhz  Azərbaycan  türkçülüyü-azərbaycançılıq 

əsasında  yaranmışdır.  Azərbaycançılıq  isə  ilk  növbədə, 

türkçülüyün 

siyasi-coğrafi 

Azərbaycanda 

müstəqil 

təcəssümüdür.  Ancaq  milli  ideologiya  problemi  ilə  bağlı 

Ə.Tağıyevin  o  fikri  ilə  razılaşırıq  ki,  türkçülük  etnik, 

azərbaycançlıq isə siyasi-coğrafi millətçilikdir [213, 182].  

Bu  mənada,  hazırda  əgər  Azərbaycanda  türkçülük 

varsa  belə,  o  əsla  və  əsla  Azərbaycanda  yaşayan  talışlara, 

ləzgilərə,  kürdlərə,  udinlərə,  tatlara  və  başqa  azsaylı  etnik 

qruplara  qarşı  yönəlməmişdir.  Əksinə,  Azərbaycan  türkləri 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   505   506   507   508   509   510   511   512   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin