www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
473
etməsi təbiidir. Daşdəmirovun məntiqi ilə gərək Azərbaycan
türkləri 19-cu əsrdə çar Rusiyası tərəfindən onun milli mənlik
şüuruna yeridilən «tatar» etnonimindən də imtina etməməli
idilər. Axı unutmamalıyıq ki, bir əsr bundan əvvələ qədər
«yuxarıdan aşağıya» zorla qəbul etdirilən assimilyasiya
nəticəsində dilimiz, millətimiz, ədəbiyyatımız, mədəniyyətimiz,
məktəblərimiz «tatar» adlandırılırdı. Hətta, çarizmin bu
«yuxarıdan aşağıya» yönəlmiş müstəmləkəçilik siyasəti
nəticəsində bəzi ziyalılarımız da «tatar» etnonimindən istifadə
edirdilər. Ancaq 1900-1920-ci illərdə Ə.Hüseynzadənin,
Ə.Ağaoğlunun,
M.Ə.Rəsulzadənin,
N.Yusifbəylinin
və
başqalarının müəyyənləşdirdikləri milli ideologiya nəticəsində
Azərbaycan xalqı bu dəfə «yuxarıdan aşağıya» məcburi siyasətlə
deyil, əksinə «aşağıdan yuxarıya» təklif edilən təbii istəklə, qısa
bir müddətdə türk etnonimi adına qovuşmuşdu. Halbuki çar
Rusiyası və SSRİ ideoloqları uyğun olaraq «tatar» və
«azərbaycanlı» kimlikləri formalaşdırmaq üçün onillərlə vaxt
sərf etməli olmuşlar.
Bu baxımdan hesab edirik ki, Ə.Daşdəmirov
azərbaycançılıq və türkçülük məsələsinə qismən obyektiv
şəkildə yanaşmış, əsasən subyektiv mövqedən çıxış etmişdir.
Məhz məsələyə subyektiv yanaşmanın nəticəsidir ki, akademikin
fikrincə, çağdaş dövrdə Azərbaycan xalqı türk ideyasına deyil,
«azərbaycanlı» etnoniminə sahib çıxmaqla mühafizəkarlıq
etmişdir: «Türk ideyası bəlkə ona görə Azərbaycan mənlik
şüurunu inhisara ala, çoxməsaməli Azərbaycan etnikliyini
tamamilə özünə hopdura bilmədi ki, Azərbaycanın etnik
mədəniyyəti müasir mərhələdə də yetərincə möhkəm
mühafizəkarlıq nümayiş etdirdi. Görünür, elə buna görə
etnonimlə, dillə manipulyasiya baş tutmamışdır» [72, 142].
|