www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
470
470
bəredici rol oynamışdır» [72, 139]. O daha sonra yazır:
«Bütöv bir dövr ərzində türkçülük ideyası tarixi köklərə
qayıdışın təcəssümü olmuş, İslam fəlsəfəsi və ideologiyası isə
azərbaycanlıların formalaşmaqda olan milli şüurunun və
mənlik şüurunun, mənəvi-əxlaqının bünövrəsi rolunu
oynamışdır» [72, 154].
Maraqlıdır, akademik türk ideyasının Azərbaycan
xalqının, onun dövlətinin yaranmasında mühüm rolunu etiraf
etməklə yanaşı, ancaq indiki zamanda onun əhəmiyyətini
olduqca azaldır. Eyni zamanda, o, SSRİ dövründə Azərbaycan
türklərinin milli mənlik şüurunun zədələnməsini, demək olar
ki, nəzərə almaq istəmir və bu zaman yuxarıdakı fikirlərinə
zidd mülahizələr səsləndirir. Məsələn, yuxarıda türksevərliyin,
türklüyün Azərbaycan xalqına doğma və yaxın olduğunu
yazan akademik daha sonra iddia edir ki, ötən əsrin
əvvəllərində «türk» etnonimi şüura kifayət qədər möhkəm
hopmamışdır: «Hər halda, 30-cu illərin ikinci yarısında
inzibati yolla, «yuxarıdan aşağıya» «türk» etnoniminin
«azərbaycanlılar» etnonimi ilə əvəz olunması, məlum olduğu
kimi, elə bir müqavimətə rast gəlmədi. Bundan əlavə, «türk»
adı tamamilə unudulmasa da, hər halda, tarixi yaddaşın
periferik qatına «endi». Bu isə, hər necə olsa, milli mənlik
şüurunun həmin ada etinasızlığından xəbər verir» [72, 141].
Çox qəribədir, «türk» adı türk olan bir millət üçün hansı
mənada etinasız ola bilər? Eyni zamanda, necə oldu ki,
dünənə qədər «azərbaycanlı» anlayışını nadir hallarda işlədən
bir millət üçün bu ad qısa bir zamanda kütləvləşdi və
doğmalaşdı?!
Fikrimizcə, azərbaycançılığın bu cür əsaslandırıl-
masının heç bir məntiqi yoxdur. Çünki bəlli olduğu kimi,
|