www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
465
bunun fonunda türkçülüyün tamamilə arxa plana çəkilməsi,
yaxud da şovinizm adı verilərək dövlətçiliyə təhlükə kimi
qiymətləndirilməsi kökündən yanlışdır.
Çox təəssüflər olsun ki, bəzi Azərbaycan alimləri
(Ə.Daşdəmirov, Z.Quluzadə və b.) bunu, yəni türkçülüyün
Azərbaycan dövlətçiliyinin tarixində mühüm rol oynamasını
qəbul etmələrinə baxmayaraq, fikrimizcə, yenə də subyektiv
yanaşamlardan çıxış edirlər. Məsələn, Azərbaycan filosofu,
əməkdar elm xadimi Zümrüd Quluzadənin fikrincə,
«Azərbaycan ideologiyası»nın yaranmasında qafqazdilli,
türkdilli və farsdilli etnoslardan təşəkkül tapan Azərbaycan xalqı
mühüm rol oynamışdır [282, 55-56]. Hətta, Azərbaycan
tarixçiləri Fəridə Məmmədova və İqrar Əliyev Azərbaycan
xalqının formalaşmasında əsas rolun türklərə deyil, uyğun olaraq
qafqazdilli və irandilli etnoslara məxsus olduğunu iddia edirlər
[283, 719].
Fikrimizcə, Azərbaycanın çoxetnoslu dövlət (irandilli,
qafqazdilli,
türkdilli) olması ilə bağlıı məsələdə də
dəqiqləşdirmələr aparmağa ciddi ehtiyac var. Əvvəlla,
«çoxetnoslu» anlayışı dedikdə nə nəzərdə tutulur, buna aydınlıq
gətirmək lazımdır. Doğrudur, Azərbaycanda türklərlə yanaşı,
türk olmayan etnik qruplar da var, artıq neçə əsrlərdir birgə
yaşayırlar. Biz etnik mənşəyi tarix elmində mübahisə obyekti
olan ancaq bizim tərəfimizdən də türk hesab olunan xalqları
(mannalılıar, albanlar və b.) nəzərə almadan belə deyə bilərik ki,
ən azı 2500 ilə yaxındır türklər Azərbaycanda say çoxluğu və
dövlət yaratmaq məsələsində həmişə əsas millət olmuşlar. Bunu,
Dədə Qorqud boylarından tutmuş bir çox yerli və xarici
mənbələr də təsdiq edirlər. Məsələn, 7-ci əsr ərəb mənbəsində
Azərbaycanın bir türk olması və qədimdən burda türklərin
|