MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə485/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   481   482   483   484   485   486   487   488   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

458 



458 

dövlətçiliyi  atributlarının  qəbul  edilməsi,  ana  dilinin  dövlət  dili 

elan  olunması  Azərbaycanın  gələcək  müstəqilliyi  üçün  möhkəm 

zəmin  yaratmışdır.  Demokratik  dövlət  quruculuğu  sahələrində 

atılmış  addımlar  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq 

fəaliyyətini  əks  etdirən  əsas  istiqamətlərdir»  [137,  3].  H.Əliyev 

başqa  çıxışlarında  da  dəfələrlə  bəyan  etmişdir  ki,  bugünkü 

Azərbaycan  Respublikasının  əsas  təməl  prinsipləri,  dövlətçilik 

atributları,  onun  hüdudları    Azərbaycan  Cümhuriyyəti  dövründə 

müəyyən  olunmuşdur:  «Azərbaycanın  gerbi  və  digər  atributları, 

Azərbaycan dövlətinin bu gün bu salonda səslənən əzəmətli himni 

də məhz o vaxt, o şəraitdə yaranmışdır. Dövlətçilik sahəsində bir 

çox işlər görülmüş, Azərbaycan dilinin – ana dilinin tətbiq olun-

ması,  mədəniyyətimizin  bir  çox  sahələrində,  təhsil  sahəsində 

tədbirlər  görülməsi,  iqtisadiyyat  sahəsində  müəyyən  addımlar 

atılması ilk  Azərbaycan  Demokratik Respublikasının fəaliyyətini 

əks etdirən faktlardır» [86, 6]. 

Deməli,  H.Əliyev  azərbaycançılıq  ideyasının  qaynağı 

kimi,  ilk  növbədə  məhz  Azərbaycan  Cümhuriyyətini  və  onun 

qurucularını  göstərmişdir.  H.Əliyev  qeyd  edirdi  ki,  Azərbaycan 

Cümhuriyyəti  milli  azadlıq,  müstəqillik  toxumlarını  bütün 

Azərbaycana səpmiş, bu toxumlar uzun müddətdən sonra cücərər-

ək  boy  atmış  və  nəhayət,  1991-ci  ildə  Azərbaycan  yenidən  öz 

dövlət  müstəqilliyini  əldə  etmişdi:  «Ona  görə  də  Azərbaycan 

Demokratik  Respublikasının  fəaliyyəti  ölkəmizin,  xalqımızın 

tarixində  parlaq  bir  səhifədir  və  biz  bu  günü  bayram  kimi  qeyd 

edirik.  Biz o  günlərə,  aylara,  o  dövrə böyük hörmət  və  ehtiramı 

bəsləyirik.  Bu  gün,  Respublika  günü  bayramında  Azərbaycanda 

ilk  demokratik  respublikanın  yaradılmasında  fəaliyyət  göstərən-

lərin hamısını, xüsusən Azərbaycan Demokratik Respublikasının 

başçıları  Məmmədəmin  Rəsulzadəni,  Fətəli  xan  Xoyskini, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   481   482   483   484   485   486   487   488   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin