www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
457
tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini
yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan
məhrum olmuşdur. XX əsrin əvvəllərində Azərbaycanda milli
azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri,
mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi
uğrunda, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular.
Birinci Dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq dünyada
baş vermiş dəyişikliklər, sosialist inqilabı nəticəsində Rusiya
imperiyasının dağılması, Azərbaycanda müstəqil dövlət yaratmaq
üçün şərait meydana gətirdi. Azərbaycanda geniş vüsət almış milli
azadlıq hərəkatı bu dövrün səciyyəvi cəhətlərindən hesab
edilməlidir. Məhz belə bir şəraitdə Azərbaycanın demokratik
qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-də ilk Azərbaycan
Demokratik Respublikasının yarandığını elan etdilər. Həmin gün
Azərbaycan xalqının tarixinə böyük və əlamətdar bir hadisə kimi
daxil olmuşdur. Biz bu günü Respublika günü, Milli İstiqlal
bayramı kimi qeyd edirik» [82, 385].
1998-ci ildə Azərbaycan Cümhuriyyətinin 80 illiyinin
keçirilməsi ilə bağlı verdiyi sərəncamda da H.Əliyev azərbay-
cançılığın milli ideyaya çevrilməsinin əsasının Cümhuriyyət
dövründə qoyulduğunu ifadə etmişdi: «Şərqdə ilk demokratik
dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti
istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini
nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin
daxilində və xaricində yaranmış kəskin və mürəkkəb ictimai-
siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir
müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz
buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən,
cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar
verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan
|