Yas-tutulmuş kəmərə yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya güclü zərbə endirmək üçün bir alətdir. Hal-hazırda yaslar tətbiq sahələrinə görə tutucu və qazıcı tiplərirə bölünür.
Borunun tutulmasının iki əsas tipi məlumdur: mexaniki və diferensial.
Mexaniki tutulma əsasən qazıma kəmərinin hərəkəti zamanı, fiziki maneə və ya məhdudiyyət səbəbindən baş verir. Borunun mexaniki tutulmasının üç əsas səbəbi var: maneə, tıxac yaranması və quyu lüləsinin həndəsi forması.
Diferensial tutulma boru hərəkətsiz və ya çox kiçik sürətlə hərəkət etdikdə baş verir. Onun səbəbi qazıma məhlulunun izafi təzyiqidir ̶ qazıma məhlulunun hidrostatik təzyiqi keçirici layların məsamə təzyiqindən artıq olduqda boru quyu divarına sıxılır. Belə mürəkkəbləşmələrin səbəbi hidroststik təzyiqin yüksək olması, qazıma məhlulunun şirələdiyi səthin qalın olması, qazıma məhlulunun sıxlığının yüksək olması həmçinində qazıma məhlulunun tərkibində bərk hissəciklərin həddən çox olması.
Yasslar quyuda tutulmuş qazıma kəmərini azad etmək və ya quyuda qazıma kəmərinin sərbəst hərəkətinə mane olan istənilən problemləri aradan qaldırmaq üçün tətbiq edilir.