Maili 5 ulduz 25. Saquli intervalin qazilmasi ucun qazima kemerinin asagi hisseleri


Kut ve yan luleli quyularin qazilmasi



Yüklə 26,04 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü26,04 Kb.
#44426
1   2   3   4   5   6   7   8   9
Maili 5 ulduz

29.Kut ve yan luleli quyularin qazilmasi

Yan lülənin qazılması üfüqi quyu tikintisinin qiymətini azaldır. Quyuda istismarın həcminin artmasından əlavə, üfüqi yan lülənin qazılması əvvəlki işlənmə zamanı toxunulmayan zonalardan karbohidrogenləri götürməyə imkan verir.

İstismar dövründə özüllərdə qazıma qurğusu olmadığından, yan lülənin məhsuldar laya qazılmasını NKB-dan və ya böhran (depresiya) ilə qazımanı elastiki borunun köməyilə aparmaq iqtisadi cəhətdən daha effektli olar. Böhranla (depresiya) ilə qazıma məhsuldar layın kollektorluq xassələrini saxlamağa və qazımanın mexaniki sürətinin artmasına köməklik edir.

Yan lülələrin qazılması meqsedile istismar obyektinin və qoruyucu kəmərin fəza vəziyyətini dəqiqləşdirmək üçün giroskoplu inklinometr və karotaj cihazı endirilir. Bu məlumatların əsasında qoruyucu kəmərdə frezerlənmə dərinliyi seçilir və yan lülə qazılır. Seçilmiş intervalda boruarxası fəzada sement halqası yoxlanılir, əgər boruarxası sement halqası pis vəziyyətdədirsə, onda frezerlənmədən sonra (hərəkət edən genişləndirici vasitəsilə açıq intervaldan) köhnə sement halqası təmizlənir və çıxarılır, belə halda eyni vaxtda quyu lüləsinin diametridə genişlənir.

Qoruyucu kəmərin frezerlənməsi zamanı quyunu polimer qazıma məhlulu ilə yumağa daha çox üstünlük verilir cunki karbohidrogen əsaslı qazıma məhlulu yanğın baş verməsi ehtimalı yaradir.

Qoruyucu kəmərin bütün perimetr boyunca frezerlənməsinə alternativ olan üsul, boruda pəncərənin açılmasıdır.

Qazılacaq yan lüləli quyunu hazırlamaq üçün aşağıdakı işləri görmək lazım gəlir:


  • əsaslı təmir üçün qurğunun sökülməsi;

  • quyudibi avadanlığın NKB-ilə qaldırılması;

  • quyunu kənar cisimlərdən təhlükəsiz təmizlənməsini aparmaq üçün perforasiya zonasına sement məhlulunun vurulması;

  • qoruyucu kəmərin vəziyyətinin qiymətləndirilməsi üçün karotaj.




  • İstiqamətləndirilməyən yan lülə - quyunun yan lüləsi qazılan zaman telesistemin köməyilə quyu trayektoriyasına nəzarət olunmayan ixtiyari azimut istiqamətində qazılır.

  • Maili istiqamətlənmiş yan lülə - verilmiş azimut istiqamətində və verilmiş zenit bucaqlı layihə trayektoriyasına uyğun qazılmış yan lülədir.

  • Üfüqi yan lülə - Zenit bucağı 800 – dən böyük intervalı olan maili istiqamətlənmiş yan lülə.

  • Üfüqi şaxələnmiş quyu - əsas lülədən və bir və ya bir neçə yan lülə ayrılmış quyudur.Üfüqi şaxələnmiş quyuları çoxlüləli (ÇLQ) və çoxdibli quyulara (ÇDQ) ayırmaq olar.

  • Çixlüləli quyu (ÇLQ) - əsas lülədən və müxtəlif məhsuldar laylara şaxələnən bir və ya bir neçə yan lülülərdən ibarət olan quyudur,bu zaman yan lülələrin əsas lülə ilə kəsişmə nöqtələri açılacaq laydan yuxarıda yerləşməlidir.

  • Çoxdibli quyu (ÇDQ) - əsas üfüqi lülə və məhsuldar layın içərisində ondan şaxələnən bir və ya bir neçə yan lüləli quyudur.

30. Çoxdibli və çoxlüləli quyuların qazılması

Çoxdibli o quyular adlanır ki, ümumi bir lülənin aşağı hissəsindən maili və üfüqi quyular şaxələnmiş olsun.

Çoxdibli quyular aşağıdakı tiplərdə olur:

- maili-istiqamətlənmiş şaxəli quyular;

- üfüqi şaxələnmiş quyular;

- radial quyular.

Coxdibli quyular (ÇDQ) aşağıda göstərilən geoloji şəraitdə qazılır:

- aşağı lay təzyiqli neft yataqlarını istismar etmək üçün;

- yüksək özlülüklü neft olduğu halda köhnə istismar olunmuş layları istismar etmək üçün;

- təbəqəli məhsuldar laylarda;

- açıq fontanları və yanğınları söndürən zaman.

Çoxdibli quyuların qazılmasında standart qazıma avadanlıqları istifadə olunur.

İndiki istismarda olan yataqların əksəriyyetinde neft çoxlu izolə olunmuş boşluqlarda yerlesir. Bele olduqda çoxlüləli quyular bir lülə vasitəsilə nefti eyni vaxtda bir neçə boşluqdan çıxartmağa imkan verir.

Çoxlüləli quyuların tikinti texnologiyasının üstünlükləri

- geoloji-texniki şəraitinin mürəkkəbliyindən asılı olmayaraq istifadə imkanları;

- quyu, sementlənən quyruq kəməri və ya sementlənməyən süzgəc-quyruq kəmərinin məhsuldar zonaya endirilməsilə yan lülə ilə tamamlana bilər;

- eyni vaxtda bir neçə məhsuldar layla işləmək,



- uzun müddət ərzində quyu lüləsini stabil vəziyyətdə saxlamaq.

Çatışmayan cəhətlərdən biri bahalı avadanlıqlardan məcburi istifadə ilə əlaqədar qazımanın qiymətinin yüksək olmasını qeyd etmək olar.
Yüklə 26,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin