Hidromexaniki yasslar iki ayrı seksiyadan ibarətdir:
- yuxarı seksiya özlüyündə hidravliki yassdır
- aşağı seksiya özlüyündə mexaniki yassdır
Üstün cəhətinə seksiyaların ayrılması və hər seksiyanın ayrılıqda işlənməsidir.
Akselerator və ya gücləndirici yasın yaratdığı zərbə gücünün artırılması üçün tətbiq edilir.
Onlar sürüşkən birləşmələrdən ibarətdir, belə ki, onun uzanma hərəkəti zamanı fəaliyyətsiz qazda sıxılma imkanı yaradır (məsələn, azot).
Sıxılmış qazın təsiri ilə quyudibi alət azad olan zaman onun ilkin vəziyyətinə qayıtması baş verir ki, bu da yassın özünün zərbə gücündən əlavə zərbə gücü əmələ gətirir.
Dostları ilə paylaş: |