Hidravliki yasslar yağ çənində yığılmış yağın hidravliki enerjisinin köməyilə hərəkətə gətirilir.
Bu tip yasslar qazıma kəmərinin ya dartılması, ya da boşalması ilə hərəkətə gətirilə bilir.
Yass işçi vəziyyətə gətirildikdən sonra qazma kəməri yuxarı qaldırılır. Bu zaman hidravliki maye böyük həcmli kameradan kiçik həcmli kameraya axır. Həmin maye kiçik həcmli kamerada müəyyən səviyyəyə çatandan sonra ştok yuxarı hərəkət edir və zərbə yaradılır.
Böyük inhiraflı quyuların qazılması zamanı və ya quyu lüləsində daralma olan zaman, yassın öz- özünə işə düşməsi baş verə bilər. Bu, onun çatışmayan cəhəti kimi qeyd oluna bilər.
Dostları ilə paylaş: |