26.Idare olunan rotor sistemi
İdarə olunan rotor sistemi çox böyük inhiraflı və üfüqi quyuların qazılmasına imkan verir.
Müasir idarə olunan mühərrikli quyudibi yığımlarda hidravliki quyudibi muhərriklərdən və yer səthindən idarə olunan əyrikeçiricidən (0 – 4 derece) istifadə olunur.
Standart idarə olunan mühərrik qazıma məhlulunun köməyilə hərəkətə gələn güc bloku, fırlanan ötürücü val və baltadan ibarətdir.
İdarə olunan mühərriklə quyuların qazılması iki rejimdən biri ilə aparılır: fırlanma və istiqamətli (sürünən). Fırlanma rejimində rotor və ya yuxarı intiqal sistemi baltaya güc göstərmək üçün bütövlükdə qazıma kəmərini fırladır. Sürünən rejimli qazımada qazıma kəməri fırlanmır, qazıma məhlulu seli baltanı fırlatmaq üçün quyudibi mühərrikə yönəldilr.
Fırlanma üsulu ilə qazıma zamanı quyu lüləsinin diametrinin bir qədər böyüməsi, spiralsekilli kanallarin yaranmasi, quyu lüləsinin kələ-kötürlü alınmasi kimi bir sira problemler yaranir.
Sürünən rejimli qazımada qazıma məhlulunun boru ətrafında qeyri-bərabər axınınin yaranmasi neticesinde süxur hissəcikləri quyu lüləsinin aşağı divarına yığılir və təbəqə yaradırki, bu da qazıma kəmərinin tutulma riskini artırır.
Sürünmə baltaya verilən fırlanma gücünü azaldır, bu isə birlikdə qazımanın mexaniki sürətini azaldır, təzyiqlər fərqinin təsirindən tutulma ehtimalını artırır
Dostları ilə paylaş: |