51
keçirir;
- Hökumətin tapşırığı ilə xarici dövlət borclanma proqramını hazırlayır, xarici kredit
resurslarının cəlb edilməsi üzrə işi təşkil edir;
- Öz səlahiyyətləri çərçivəsində normativ aktlar qəbul edir;
- Dövlət
icra hakimiyyəti orqanlarından,
büdcədənkənar dövlət
fondlarından və yerliözünüidarəetmə orqanlarından dövlət büdcəsini tərtib etmək üçün
zəruri materialları, dövlət büdcəsi haqqında hesabatı qəbul edir;
- Dövlət büdcəsinin icrasının həyata keçirilməsini təşkil edir;
- “Büdcə sistemı haqqında” qanunda nəzərdə tutulmuş qaydada dövlət büdcəsini icra edir;
- Dövlət büdcəsinin icrasına qabaqcadan və cari nəzarəti həyata keçirir; - Dövlət büdcəsi
haqqında hesabatı tərtib edir və Hökumətə təqdim edir;
- Uçotun aparılması haqqında qaydanı müəyyən edir. Büdcə sisteminin bütün
həlqələrinin büdcələrinin, büdcə idarələrinin xərc smetalarının icrası haqqında hesabatın
tərtibi qaydasını, uçot və hesabat formasını müəyyən edir;
- Büdcə vəsaitinin baş sərəncamçıları və sərəncamçıları, büdcə idarələrinə şəxsi hesab
açır, onlardan dövlət büdcəsinin vəsaitinin istifadəsi haqqında hesabat alır, qanunverıcılıyə
uyğun olaraq cərimə tətbiq edir.
Azərbaycan Respublikasında büdcə prosesi “Büdcə sistemi haqqında” AR qanununa
əsasən qurulur. Büdcə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
1.Büdcə layihəsinin tərtib edilməsi;
2.Büdcə layihəsinin müzakirəsi və təsdiqi;
3.Büdcənin icra olunması;
4.Büdcənin icrasına dair hesabatın tərtib və təsdiq edilməsi.
1. Büdcə prosesinin birinci mərhələsi büdcə layihəsinin tərtibindən ibarətdir. Büdcə
layihəsinin tərtibinin əsas vəzifəsi dövlətin funksiyalarının iqtisadi və sosial
proqnozlaşdırılmasında nəzərdə tutulan tədbirlərin maliyyə təminatının həyata keçirilməsi
məqsədilə mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir.
2.Büdcə prosesinin ikinci mərhələsi büdcə layihəsinin müzakirəsi və təsdiqindən
ibarətdir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və
təsdiqi Milli Məclis tərəfindən onun daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir və
cаri ilin dеkаbr аyının 20-dən gеc оlmаyаrаq təsdiq еdilir.
3. Büdcə prosesinin digər mərhələsi onun icra edilməsidir. Bu prosesdə icra hakimiyyəti
orqanları, maliyyə və vergi orqanları, kredit təşkilatları, hüquqi və fiziki şəxslər iştirak
edirlər. Ölkəmizdə büdcənin хəzinədаrlıq vаsitəsilə icrа еdilməsi müəyyənləşdirilmişdir.
4. Büdcə prosesinin son mərhələsi büdcənin icrasına dair hesabatın tərtib və təsdiq edilməsi-
dir. Büdcə ili ərzində maliyyə orqanları büdcənin tərtibi və icrasının nəticələri üzrə analitik iş aparır-
lar. Büdcənin icrasına nəzarət Milli Məclis və Hesablama Palatası tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: