32) Ənsə gəlişi I mövqe arxa görkəmdirsə - hansı cavab uyğun gəlir?
A) Oxabənzər tikiş sol çəp ölçüdədir, kiçik əmgək sağda öndədir
B) Oxabənzər tikiş sol çəp ölçüdədir, kiçik əmgək solda arxadadır
C) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək sağda arxadadır
D) Oxabənzər tikiş köndələn ölçüdədir, önə yönəlmişdir, kiçik əmgək soldadır
E) Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək solda öndədir
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
33) Döl başının düz ölçüsü neçəyə bərabərdir?
A) 13,5 sm
B) 10,5 sm
C) 9,5 sm
D) 12 sm
E) 11 sm
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
34) Döl başının böyük əmgəyinin ön tini ilə ənsəaltı çuxur arasında olan ölçü necə adlanır?
A) Şaquli ölçü
B) Böyük köndələn ölçü
C) Düz ölçü
D) Orta çəp ölçü
E) Kiçik çəp ölçü
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |