814) Venadan qan götürərkən turna nə vaxt açılır?
A) İynəni çıxarmamışdan qabaq
B) İynəni çıxarandan sonra
C) Venapunksiyadan sonra
D) 3 dəqiqə sonra
E) İynəni çıxardıqdan bir neçə dəqiqə sonra
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. - М.: Медицина, 1983
Terapiya
815) Mədə xorası daha çox hansı yaş qrupunda təsadüf edilir?
A) 18-25 yaş
B) 20-30 yaş
C) 20-35 yaş
D) 40-50 yaş
E) 25-40 yaş
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
816) Duodenit nədir?
A) Qida borusunun iltihabı
B) 12 barmaq bağırsağın iltihabı
C) Öd yollarının iltihabı
D) Yoğun bağırsağın iltihabı
E) Nazik bağırsağın iltihabı
Ədəbiyyat: R.M.Məmmədhəsənov.” Daxili xəstəliklər”. Bakı, 2004
817) Mədə xorasında hansı müasir diaqnostik metod istifadə edilir?
A) Duodenal zondlama
B) Ultrasəs müayinə
C) Rektomanoskopiya
D) Qastrofibroskopiya
E) Rentgenoloji müayinə
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
Dostları ilə paylaş: |