818) Mədə qanaxmasında həkiməqədər yardıma nə daxildir?
A) Qansaxlayıcı preparatlar, buz qovuğunun tətbiqi
B) Aclıq, qansaxlyıcı preparatlrın tətbiqi
C) Aclıq, buz qovuğunun tətbiqi
D) Mədə yuyulması, buz qovuğunun tətbiqi
E) Spazmolitik preparatlar, buz qovuğunun tətbiqi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
819) Düz bağırsağın iltihabı necə adlanır?
A) Duodenit
B) Enterokolit
C) Enterit
D) Proktit
E) Kolit
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
820) Mexaniki sarılıq hansı xəstəlik üçün xarakterikdir?
A) Virus hepatiti
B) Qaraciyər sirrozu
C) Öd daşı xəstəliyi
D) Xroniki xolesistit
E) Xroniki hepatit
Ədəbiyyat: R. M. Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
821) Mədə xorasının kəskinləşmə dövründə xəstə hər gün qusma və “Lax yumurta iyli gəyirmə” arıqlama olarsa bu hamısı mədə xorası ağırlaşmasını göstərir?
A) Perforasiya
B) Xoranın bədxassəli transformasiyası
C) Penetrasiya
D) Mədənin pilorik hissəsinin stenozu
E) Qanaxma
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
822) Bu preparatlardan hansı sekretor çatışmazlıqla gedən xroniki qastritin müalicəsində işlədilir?
A) Almaqel
B) Mədə şirəsi
C) Qastrosepin
D) Ranitidin
E) Simetidin
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
823) Sekretor çatışmazlıqla gedən xroniki qastritə xas olan əsas əlamət hansıdır?
A) Bağırsaq tərəfindən dəyişikliklər: ishal, köpmə. Meteorizm
B) Qida qəbulundan sonra epiqastral nahiyədə küt ağrı
C) Dispeptik əlamətlər: qıcqırmaq, qusma, qəbizlik
D) Qida qəbulundan sonra sağ qabırğa altı nahiyədə ağrı
E) Gecə və acqarına ağrılar
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
824) Eroziv qastriti olan xəstəyə hansı qrup preparatların təyin edilməsi məqsədə uyğun deyil?
A) Bürüyücü maddələr
B) Geniş – spektrli antibiotiklər
C) Antasidlər
D) Qeyri-hormonal iltihab əleyhinə preparatlar
E) Trankvilizatorlar
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
Dostları ilə paylaş: |