829) Splenomeqaliya termini nəyi bildirir?
A) Mədəaltı vəzi böyüməsi
B) Öd kisəsinin böyüməsi
C) Dalağın böyüməsi
D) Qaraciyərin böyüməsi
E) Mədənin böyüməsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
830) Mexaniki sarılığı nə yaradır?
A) Virus hepatiti
B) Qaraciyərdə birləşdirici toxumanın inkişafı
C) Eritrositlərin parçalanması
D) Öd yollarında mexaniki maneə
E) Hepatositlərin parçalanması
Ədəbiyyat: R.M.Məmmədhəsənov. “Daxili xəstəliklər”. Bakı, 2004
831) Öd durğunluğuna hansı faktor səbəb olmur?
A) Qida rejiminin pozulması
B) Hamiləlik
C) Uzunmüddətli ishal
D) Psixoemosional gərginlik
E) Hipodinamiya
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
832) Qaraciyər çatışmazlığında hansı ağırlaşma müşahidə edilmir?
A) Mexaniki sarılıq
B) Assit
C) Parenximatoz sarılıq
D) Toksiki ensefalopatiya
E) Kəskin xolesistit
Ədəbiyyat: Федюковиц Н.И. “Внутренние болезни, учебное пособие” – Ростов н/Д.2000
Dostları ilə paylaş: |