357) Eklampsiyalı qadında taxikardiyanın əmələ gəlməsi nə ilə əlaqədardır?
A) Hipoksiya
B) Dövr edən qanın həcminin azalması
C) Bütün sadalananlar
D) Metabolizm pozğunluğu nəticəsində yaranan intoksikasiya
E) Ürək keçiriciliyinin pozulması
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
358) Hamiləlik hestozu zamanı hamiləliyin təcili pozulmasına göstərişlər hansılardır?
A) Bütün sadalananlar
B) Dölün bətndaxili inkişafdan qalması
C) Preeklampsiyanın ağır forması
D) Fetoplasentar çatmamazlığın proqressivləşməsi
E) Hamiləlik hestozunun uzun müddət davam etməsi və 1-2 həftə ərzində aparılan kompleks müalicənin effekt verməməsi
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
359) Hestozun ağırlıq dərəcəsini qiymətləndirmək üçün hansı göstəricilər nəzərə alınmalıdır ?
A) Nəbz, arterial təzyiqinin səviyyəsi
B) Orta arterial təzyiq (mm c. süt. ilə)
C) Bütün sadalananlar
D) Diastolik arterial təzyiqin səviyyəsi
E) Sidikdə sutkalıq zülal itkisi
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
Dostları ilə paylaş: |