364) Hamiləlik hestozunun erkən klinik əlamətləri hansılardır?
A) Diastolik təzyiqin artması
B) Diurezin azalması
C) Oliquriya
D) Bütün sadalananlar
E) Proteinuriya
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
365) HELLP sindromu zamanı qanda gedən dəyişikliklər hansılardır?
A) Massiv damardaxili hemoliz
B) Bütün sadalananlar
C) Hiperkaliemiya
D) Transaminazanın səviyyəsinin kəskin artması
E) Trombositopeniya
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
366) Hipotonik qanaxma nə ilə nəticələnir?
A) Bütün sadalananlar
B) DDL- sindromu
C) Hemorragik şok
D) Şok uşaqlıq
E) Hipovolemiya
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
367) Doğuş fəaliyyətinin diskoordinasiyasının yaranmasının səbəbləri hansılardır?
A) Uşaqlıq boynunun rigidliyi
B) Çoxsululuq
C) Yastı su kisəsi
D) Patoloji preliminar dövr
E) Bütün sadalananlar
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
368) Uşaqlığın ön divarında yerləşmiş ciftin vaxtından əvvəl ayrılması üçün hansı xüsusiyyətlər xarakterikdir ?
A) Uşaqlığın hipertonusu
B) Qanlı ifrazat
C) Bütün sadalananlar
D) Ağrıdan sonra başlayan qanlı ifrazat
E) Lokal ağrı
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
369) 28 yaşlı təkrar doğan, 3 il əvvəl kliniki dar çanaq münasibətilə aşağı seqmentdə kesar əməliyyatı olunmuşdur. Doğuş fəaliyyəti zəifdir. Doğuşun davamiyyəti 5 saatdır. Uşaqlıq boynu 1,5 sm-ə qədər qısalmışdır, servikal kanal bir barmaq üçün keçiricidir. Su kisəsi tamdır. Mamalıq taktikası nədən ibarətdir?
A) Amniotomiya və prostaqlandinlərlə stimulyasiya
B) Spazmolitiklər fonunda doğuş fəaliyyətinin stimulyasiyası
C) Bunlardan heç biri
D) Kesar kəsiyi
E) 2-3 saat müddətində medikamentoz yuxu, sonra amniotomiya və stimulyasiya
Ədəbiyyat: А.Н.Стрижаков, А.И.Давыдов. Клинические лекции по акушерству и гинекологии. «Медицина», Москва, 2000.
Dostları ilə paylaş: |