Nobel qardaşları. Bir çox xarici şirkət Rusiyada dirçəlməkdə olan neft
sərvətini istismar etməyə çalışırdı, əsas diqqət mərkəzində, əlbəttə Bakı idi; 8
ingilis, 3 fransız, 2 isveç, 2 alman, 2 belçikalı, 1 Danimarka və başqa şirkətlər
Azərbaycanın qara qızılını xaricə daşıyıb aparırdılar. İş o yerə çatmışdı ki,
1898-ci ildə neft mədəni və zavodu ələ keçirməkdən ötrü Bakıya 30-a qədər
ingilis kapitalisti gəlmişdi. Amerikanın Rusiyadakı səfirinin arvadı da onlara
qoşulmuşdu, özü ilə güclü pul və iki nəfər meft mütəxəssisi gətirmişdi.
«Standart oyl» şirkətinin sahibi Rokfeller özünün xüsusi nümayəndəsi Tvidilini
hələ 1878-ci ildə Bakıya yollamışdı.
Bakıda ilk xarici şirkəti Nobel qardaşları yaratmışdı, Emanuel Nobel
1843-cü ildə İsveçdən Rusiyaya gəlib, zavod açıb silah istehsalına başlayır və
downloaded from KitabYurdu.org
79
sualtı mərmilər hazırlayır. Krım müharibəsi zamanı Peterburq və Kronştatda
ingilis hərbi gəmilərinə qarşı bu mərmilərdən istifadə edirlər. Nobellər hərbi
qayıqlar üçün buxar maşınları da qayırıb satırdılar.
Krım müharibəsi qurtarandan sonra dövlət sifarişləri kəsilir, Nobel
iflasa uğramaq təhlükəsi qarşısında qalır; borclarını manat yarım əvəzinə bir
manat vermək şərtilə müflis olmaqdan birtəhər yaxasını qurtarır. Arvadı və iki
oğlu Alfred və Elmar ilə Peterburqdan vətənə qayıdır; kimya laboratoriyası
açır. Laboratoriyada partlayış baş verir və Elmar həlak olur. Alfred o dövr üçün
ən dəhşətli və dağıdıcı maddə hesab edilən dinamiti kəşf edir, Dünyanın ən
zəngin adamlarından biri olur; öləndə 50 milyon frank miras qoyur.
Ölümündən qabaq həmin pulun müəyyən faizindən Nobel mükafatını təsis edir.
Lyüdviq və Robert Peterburqda qalıb Nobel qardaşlarının şirkətini
yaradırlar. Zavodlara maşın və cihazlar satırlar, yenə hərbi nazirliklə əlaqə
yaradırlar. İjev şəhərindəki silah zavodunu da icarəyə götürüb 7 il müddətində
rus ordusuna 200.000 tüfəng verməyi boyunlarına götürürlər. Almaniyadan
tüfəng qundağı üçün baha qiymətə gətirilən qoz ağacı Nobel qardaşlarına o
qədər də sərfəli deyildi, Peterburq ətrafında isə qoz ağacı bitmədiyindən bunu
ölkənin müxtəlif zonalarında axtarırlar. Mütəxəssislər xəbər verirlər ki, belə
ağac Qafqazda, Lənkəran meşələrində çoxdur. Lyüdviq balaca qardaşı - Robert
Nobeli Lənkərana göndərir. O da bələdçilərlə meşələri gəzib qoz ağacı massivi
axtarır. Lənkəranda belə massiv tapa bilmir, kor-peşmən geriyə qayıdır.
Yolüstü Bakıda qalır. Qaraşəhər və Ağşəhəri, neft mədənlərini gəzir. Maliyyə,
sənaye, iqtisadi vəziyyəti öyrənir, əsl sərvət mənbəyinin Bakıda olduğunu kəşf
edir. Peterburqa məktub -göndərib qardaşı Lyüdviqə xəbər verir ki, perspektiv
cəhətdən tükənməz dövlət burda - Bakıdadır. Buruqlardan gecə-gündüz qızıl
axır burada. Şirkət yaratmağı ondan israrla təkid edir.
Lyüdviq yaxın maliyyə dostlarından baron P. A. Bilderlinq, F. A.
Blyümberq, A. S. Suldqeren, B. F. Vunderlinq, İ. Y. Vabelski, M. Y.
Belyamini toplayıb «Nobel qardaşları» şirkəti düzəldir (diqqət yetirin, şirkətdə
bir nəfər də olsa nə rus və nə də rus təbəəsi var). Robertə Bakıya lazımi vəkalət
və pul göndərilir ki, mədən və zavod alsın.
Robert bütün gecəni səksəkəli yağmışdı; qorxurdu ki, yatıb qalar, yerli
sənayeçilər ona kələk gələ bilər, müzaidədən əli çıxar. Ayağa qalxanda
pəncərədən bayıra baxır. Hava tutqun idi. Səs-küy, fayton, araba çarxlarının
sırıltısı, piyada gedən adamların ayaq tappıltısı eşidilirdi. Ona elə gəlir ki, hamı
bir səmtə müzaidə yerinə tələsir.
Cəld
yuyunub
geyinir,
bufetdə
ayaqüstü
qəlyanaltı
edib,
mehmanxanadan çıxır. Hərrac yerinə çatanda əməliyyatın başlandığını görür.
Adam əlindən tərpənmək olmurdu; elə bil burada Asiya və Avropa libaslarının
sərgisi keçirilirdi: əba, çuxa, hərbi şinel, dənizçi gödəkçisi, arxalıq, ləbbadə,
kostyum, papaqlar, qotazlı osmanlı fəsi, girdə iranlı papağı... Hər sinifdən
downloaded from KitabYurdu.org
80
nümayəndə: tacir, neftxuda, zavod sahibi, hərbi, mülki məmurlar, axund, dəllal,
molla, keşiş, kəndli, sənətkar, avara, fırıldaqçı, dirəkçi, vəkil, həkim,
mühəndis... bir sözlə burada nə cür sənət sahibi desən tapa bilərdin. Səsdən
qulaq batır, baş çatlayırdı...
Meydançada dayanmış saqqallı kişi: «Altı yüz manat, bir...» deyə
qışqırdı və çəkisi mis lövhəyə endirdi.
Kənardan kim isə: «Altı yüz əlli!..» təklif etdi. səs-küy qopdu.
Qiymət get-gedə min üç yüz manata qalxdı.
Aleksey adlı mədən sahibi qardaşı ilə çənə döyürdü. Birdən xəbər
yayıldı ki, satılan torpağın qonşuluğunda gecə fontan vurub... Səs-küy qopdu...
...Qiymət 2.800 manata qalxmışdı. Müzaidəçinin sözü ağzında
yarımçıq qaldı, çəkici mis lövhəyə vurmağa macal tapmırdı. Üç min bir
deyəndə araya sükut çökdü... Çəkicin cingiltisi aydın eşidildi.., Üç min iki!..
Birdən kim isə astadan yığılanların başa düşmədiyi bir lisanda dedi:
«Fyunf tauzend... Fyunf tau-zend...».
Buradakılar deyilən sözlərin mənasını anlamağa çalışdılar. Birdən
dilmanc qışqırdı: «Beş min manat təklif edir cənab Nobel...».
Camaatın elə bil üstünə su ələndi. Hərracçının çəkici havada bir anlığa
dayandı, sonra lövhəyə tərəf endi. Mis lövhə elə cingildədi ki, elə bil zarıdı...
Şaşqınlıqdan sükut daha da artdı. Birdən mədən sahibi Aleksey
tacirlərin arasından özünə yol açıb meydançaya yaxınlaşaraq bağırdı:
«Üçüncünü, üçüncü çəkici vurma! Bu nə cənabdır?! Bu nə cənabbazlıqdır?
Bakı kimindir? Urusların! Biz sözə inanmırıq. Qoy pulunu çıxartsın ortaya
qoysun! O yer, mənim mədənimə paz kimi soxulub. Mən almaq istəyirəm. Qoy
pulu çıxarsın. Pulu verəndən sonra çəkici vurarsan! Bəlkə öz dilində bizi ələ
salır».
Dilmanc deyilənləri tərcümə etdi. Hamı maraqla işin necə
qurtaracağını gözləyirdi. Robert halını pozmadan ala-bula qalstukunu düzəldib,
tələsmədən gümüş papiros qutusundan siqar götürdü, alışdırdı, heç kəsə məhəl
qoymadan qoltuğundan çıxardığı çek kitabçasına xırda, səliqəli hərflər və
rəqəmlər yazdı: «L. və R. Nobel qardaşlarının vəkalətilə Robert Nobel»... Çeki
dilmanc vasitəsilə hərracçıya ötürdü...
Sonra Robert Qaraşəhərdə neft təmizləyən zavod da aldı.
Onlar az bir müddətdə Suraxanı, Balaxanı və Bibiheybətdə mədən
sahibi oldular. Ağşəhərlə Qaraşəhər birləşən yerdə geniş bir yeri icarəyə
götürüb neft təmizləyən, kükürd turşusu, mis, çuqun əridən zavodlar və
körpülər tikdirdilər. «Nobel qardaşları» öz firmalarının 5 illiyini bayram
edəndə onların ümumi kapitalı 3.000.000 manata yaxın idi. Ümumi məbləğ
şəriklər arasında belə bölünmüşdü: Nobellər - 1.610.000 manat, Baron P. A.
Bilderlinq - 930.000 manat, F. A. Blyumberq - 25.000 manat, A. S. Suldqeren -
downloaded from KitabYurdu.org
81
5.000 manat, B. F. Vunderlinq - 5.000 manat, İ. Y. Vabelski - 135.000 manat,
M. Y. Belyamin - 25.000 manat.
Ağşəhərdə 1882-83-cü illərdə firmanın qulluqçuları üçün xüsusi
«Villa Petrolea» («Neft bağı») saldılar. Zavodlardan qalxan tüstülərin, irili-
xırdalı, gümüşü rəngə çalan dəyirmi rezervuarların, gecə-gündüz ətrafa buxar
sovuran qurğuların arasından görünən bu «Gülüstan» bağı qəribə bir aləm idi.
Onu salmaq üçün Varşavadan məşhur mütəxəssis E. Beklini dəvət etmişdilər.
Məlum oldu ki, bu yerlər neft və tullantı ilə korlanıb. Buraya torpaq gətirmək
lazım idi. Çox keçmədi ki, Lənkəranın qara torpağı ilə yüklənmiş gəmilər
Qaraşəhərdəki körpülərə yan aldı. Qara torpağı arabalarda bağa daşıdılar.
Əkilən ağacları, kolları və çiçəkləri sulamaq üçün Həştərxandan su gətirdilər.
Bağda Beklinin təklifilə Lənkəran, Tiflis, Batum, Rusiya və Avropanın
müxtəlif yerlərindən gətirilmiş 80.000 ağac və bəzək kolları əkmişdilər.
Bağbanlar onları səliqə ilə qayçılayıb, buralarda o zamana qədər görünməmiş
geometrik, konusvari, kubaoxşar, piramidavari, çadır və alaçığa bənzər
formalarda bəzəyirdilər. Fəvvarə vuran çarhovuzlar eyni zamanda şirin su
saxlamaq üçün istifadə edilirdi.
Bünövrəsi daş, birinci və ikinci mərtəbələri ağacdan olan binalar
tikdirdilər; ən böyük binanın alt mərtəbəsində kontor, üst mərtəbədə isə klub və
əyləncə otaqları, kitabxana yerləşirdi. İsveçli mühəndis və qulluqçular
kottejlərdə firavan yaşayırdılar. Buraya Peterburqdan heykəl, rəsm əsərləri,
büst, çoxlu kitab gətirtmişdilər.
Mənzillərini və otaqlarını bəzəyən Azərbaycan və İran xalı-xalçaları
əsl mədəni, aristokrat həyat tərzindən xəbər verirdi.
Nobellər yüksək maaşla ən bilikli, ən bacarıqlı mühəndisləri,
iqtisadçıları, alimləri şirkətlərinə cəlb etmişdilər. Mütəxəssis və qulluqçular
isveçli idilər: ruslara, xüsusilə də müsəlmanlara yuxarıdan baxırdılar: rus
təbəələrini məsul işə yaxın qoymurdular: yalnız ağır və çirkli işləri onlara
tapşırırdılar. Yüz milyon manatlar talan edib apardıqları halda Bakıda bir dənə
də olsa gözə dəyən mülk tikmədilər.
O yerlərdə ki, neft güman edilirdi, Kür düzənliyində, Qobustan
ovalığında, Xəzəryanı düzənlikdə, Xəzər akvatoriyasında sahə icarəyə götürüb
ehtiyatda saxlayır, lazımi yerlərdə quyular qazdırır, axtarış-kəşfiyyat
aparırdılar.
Son vaxtlar Abşeron adaları neft milyonçularının və vətəgə
sahiblərinin diqqətini özünə cəlb etmişdi. Nobel qardaşları vaxt itirmədən
«Pirallahı» adasını icarəyə götürüb buruq salırlar və 1904-cü ildə zəngin neft
yatağı kəşf edib mədən qurdular və yatağı istismara başladılar. Kiçik bir balıqçı
kəndi qısa müddət ərzində sənaye qəsəbəsinə çevrildi.
«Pirallahı» adasında çalalardan, əl ilə qazılan dayaz quyulardan hələ
qədim zamanlardan neft götürülürdü. Burada «Atəşgah» və «Pir» varmış ona
downloaded from KitabYurdu.org
82
görə də Pirallahı deyirdilər, buraya hər tərəfdən - şəhər və kəndlərdən ziyarətə
gəlirdilər.
Camaat kinayə ilə Pirallahıya «Nobel Saxalini»adını vermişdi.
Nobellərin Bakıda bir baş idarəçisi və müxtəlif sahə üzrə müavinləri
vardı.
Mədənlərdə hasil edilən neftin hamısını zavodlar təmizləyə bilmirdi.
Saxlamağa da yer yox idi. Ağ nefti istehsal edəndən sonra yerdə qalanları
dənizə axıdırdılar. Məşhur rus kimyagəri Mendeleyev Bakıda olanda bu
mənzərədən dəhşətə gəlir və deyir ki, bu, gündə milyon manatlarla qızılı
yandırıb kül etməyə bərabərdir, bu, milli sərvətə qarşı vəhşilikdir, hətta bu
barədə hökumətə xüsusi etiraz məktubu da yazır.
Nobellər isə ağ nefti hasil edəndən sonra, qalan yanacağı iri həcmli,
dəyirmi çənlərdə saxlayır, ondan milyonlar qazanırdılar. Tez-tez Qaraşəhər
və Ağşəhərdəki digər zavodları icarəyə götürür, öz məhsullarını təmizləyirdilər.
Bayaq dediyimiz kimi, güclü fontanlar zamanı neftin dəyəri birdən-
birə aşağı düşür, maliyyə çətinliyi törənir, xırda mədənçilər torpağını satmağa
vadar olurdular. Nobellər onlara «mərhəmət» əlini uzadıb, ədəni dəyər-
dəyməzinə alır, şikəst düşənləri çıxılmaz, ağır vəziyyətdən «xilas» edirdilər.
Kapitalistlər bu tükənməz sərvəti at-araba ilə daşıyıb qurtarmağın
mümkün olmadığını dərk eləyəndə başladılar (1878-ci ildə) Balaxanıdan
Qaraşəhərə neft kəməri uzatmağa. Bu yolla neftin zavodlara daşınması 7 dəfə
ucuz başa gəlirdi.
Şəhərdən Balaxanıya gedən yol boyu at qoşulmuş arabalar
Amerikadan gətirilmiş boruları daşıyır, onlar yoxuşu qalxdıqda, enişə düşdükdə
aşmasın deyə, dəstə ilə fəhlələr səs sala-sala arabalara «dayaq» olurdular.
Layihə əsasında minlərlə fəhlə xəndək qazır, kərpic divarlar ucaldırdılar.
Podratçılar, iş icraçıları at üstündə işlərə nəzarət edir, fəhlələri tələsdirir, söyür,
tez-tez atdan düşüb yumruq, şallaq-tatarını işə salırdılar.
Bu kəmər şəhər və mədənlərdə böyük iğtişaşa, dava-dalaşa səbəb
oldu. Beş mindən çox neft daşıyan arabaçı, minlərlə çəlləkçi, tuluqçu tətil edib,
işi saxladılar və tələb etdilər ki, kəmər sökülsün... Hətta kəməri neçə yerdən
zədələdilər, sındırdılar, nasos stansiyasını xarab etdilər... Hökumət işə qarışdı,
tətilçilərin üstünə atlı kazaklar göndərdi... Adamları tutub dustaqxanaya saldı.
Atlı kazaklar kəməri gecə-gündüz qoruyurdular. Başqa sahibkarlar da kəməri
uzatmağa başladılar və altı-yeddi ildən sonra mədənlərdən zavodlara, körpülərə
neft vurulurdu. Gəmilərdə Rusiyaya, İrana, Türküstana, Batuma, Rostova
vaqonlar çəlləklərdə neft daşıyırdılar.
Çəlləklərdə, tuluqlarda dəvə karvanı ilə ucsuz-bucaqsız Rusiyanı
neftlə təmin etməyin, onu dünya bazarına çıxarmağın çətin olduğunu nəzərə
alan kapitalistlər dəniz və okeanlar üçün tankerlər, dəmir yolu üçün sisternlər
downloaded from KitabYurdu.org
83
düzəltdirməyə, bu yolla neft daşınmasının sürətini artırmağa çalışırdılar. 3.000
ton neft daşıyan bir tanker 9.000 çəlləyi əvəz edirdi.
Nobellər bilirdilər ki, texnikanın təkmilləşdirilməsi, iqtisadi cəhətdən
üstünlük qazanmaq, nəqliyyat sürətini artırmaq üçün var-dövlət rəqabətində
qələbənin əsas rəhnidir. Bütün layihə işləri, təcrübə zavodları, emalatxana və
konstruktor bürolarındakı işləri, tədqiqat və nəticələri son dərəcə məxfi
saxlayırdılar, sifarişləri gizli yerinə yetirirdilər.
Volqaətrafı şəhərlərdə tacirlər Nobellərə körpü tikib çən qurmağa,
kontor açmağa mane olurdular. Nobellər müxtəlif hiylələrə əl atıb onları da pay
sahibi edir, öz tərəfinə çəkir, tələyə salırdı.
Qaz fanarları və lampalarının icadı ilə ağ neftə ehtiyac və tələb qat-qat
artdı. Yol olmayan yerlərdə isə Nobellər xırda çay gəmiləri və barkazlarla neft
daşıyıb satırdılar. Şəhərlərdə, qəsəbə və stansiyalarda, yolayrıclarında,
qayalarda qəribə-qəribə şüarlara rast gəlmək olardı: «Ağ neft qaranlıtlara ziya
saçır», «Ağ neft ən şiddətli şaxta, soyuq və qarda insanların dadına çatır»,
«Əsrimiz ağ neft əsridir» və s.
Nobellər mazutdan yanacaq kimi istifadə etməyə başladıqdan sonra
odun, kömür, torf və başqa yanacaqların qiyməti xeyli aşağı düşdü.
Təkcə Bakıda yox, Şimali Qafqazda - Qroznıda, Maykopda da
mədənlər ələ keçirib «qara qızıl» əldə edirdilər. 1909-cu ildə Maykop neft
mədənlərində qızğın iş gedirdi. Dünyanın hər yerindən buraya gəlirdilər. Neftə
yiyələnmək məqsədilə milyonlarla xərc çəkilir, kapital qoyulurdu. Nobellərin
tamahı hüdudsuz idi. Kazan şəhərindən tutmuş Quryevə qədər uzanan ərazidə
çoxlu torpaq icarəyə götürüb ehtiyatda saxlayırdılar.
Birinci dünya müharibəsi ərəfəsində Nobellər Qroznıda neftdən emal
edilən «Toulol» partlayıcı maddə zavodu tikdirdilər. Rusiyanın dəniz
donanmasının çoxu onlarınkı idi, təkcə Rusiyada yox, Avropa, Hindistan, Çin,
İran və digər ölkələrə də neft məmulatı satırdılar.
Nobel qardaşlarını başqa sahibkarlardan fərqləndirən o idi ki, onlar
işçilər üçün «yaxşı» şərait yaratmışdılar. «On saatlıq iş günü» elan edib, əslində
isə fəhlələri on bir saat işlədirdilər. Fəhlələrin məişəti başqalarınkından guya
fərqli idi. Müsəlman fəhlələri üçün namaz qılmağa, dini ayinləri keçirməyə
otaq da ayırmışdılar. İşçilərinə ev tikməyə möhlətə borc verirdilər, dərmanxana
və müalicəxana açmışdılar.
Onu da qeyd etmək lazımdır ki, Nobellər yerli hökumətlə, idarələrlə o
qədər də hesablaşmırdılar, Geoloji komitənin Bakıda xüsusi nümayəndəsi
Dmitri
Vasilyeviç
Qolubyatnikov
proqnoz
vermək
üçün Abşeron
yarımadasının geoloji xüsusiyyətini öyrənib, geoloji və yeraltı təbəqələr üçün
struktur xəritələri, profil və kəsilişlər qurduqda mədənlərin sahibləri ona lazımi
material, sənəd və məlumat verdikləri halda Nobellər heç bir alimi yaxına
downloaded from KitabYurdu.org
84
buraxmırdılar. Qolubyatnikov əlacsız qalıb Bibiheybətdə xüsusi quyu
qazdırdıqdan sonra istənilən elmi nəticəni aldı.
Nobellərin əsas iqamətgahı Peterburqda tikdirdikləri imarət idi; birinci
mərtəbə kontor, üst mərtəbə mənzil idi; pəncərələri I Aleksandrın öldürüldüyü
yerdə alabəzək mozaikalı qranitdən tikilmiş xatirə-məbədə, kilsəyə baxırdı.
Lyüdviq Nobel söhbətlərindən birində demişdi ki, dövrümüzdə əsl
kral və hökmdar neft mədəni və zavodların sahibləridir.
1905-ci ildə Bakıda baş vermiş inqilab hərəkatı günlərində
Peterburqda yaşayan Nobellərdən biri gileylənib şikayətlənmişdi ki, biz nə
türkük, nə də rus, amma elə gün olmur ki, mədən və zavodlarımızda fəhlələr
iğtişaş salıb maşın, avadanlıq sındırmasınlar.
Ürəyimiz Bakıdadır, bizi iflis vursa ordan vuracaq.
Murtuz Muxtarov da neft hesabınız varlananlardan biri idi, kontor
açıb, mədən sahibləri üçün sifarişlə quyu qazırdı. Yüzə qədər dəzgahı, çoxlu
avadanlığı və mühərrikləri, maşınları, yüzdən çox yük atı, arabaları, furqonları
vardı. Mədən sahibi olmaq üçün Ağcaqabulda torpaq alıb quyu qazır, neft
axtarırdı. Birinci dünya müharibəsi onun arzusunu ürəyində qoydu. Özü ixtiraçı
idi, düzəltdiyi «Muxtarov» adlı qazma dəzgahı bütün dünyada məşhur idi; bu
dəzgah çox ölkələrə ixrac edilirdi.
Cavanlıqda arabaçı olub mədənlərdən çəlləkdə şəhərə qara neft
daşıyıb satırmış. Deyilənə görə, aldığı ağ atın ayağı ona «düşür» və get-gedə
varlanıb dövlət sahibi olur. O ağ atı da sərtövlədə saxlayıb, kişmişlə, ləbləbilə
bəsləyirmiş, arabaya qoşmazmış.
O, Əmircan kəndində doğulubmuş, nəsilliklə rəncbər və arabaçı
imişlər. Dəmir yolu olmayanda, payızda, qışda araba karvanı ilə Bakıdan
Tiflisə kirayə ilə yük daşıyarmışlar. Özü 1870-ci ildə arabanı satıb Balaxanı-
Zabrat kəndləri ətrafında salınan mədənlərdən birində fəhləliyə başlayır;
sonralar dolla dayaz quyulardan neft çıxardır. Güclü və dözümlü, sərt və
qorxmaz adam imiş.
Maraqlı orasıdır ki, Bakıda olduğu kimi, Amerikada da (Rokfeller və
s.) ilk neft milyonçularının çoxusu əvvəlcə buruqlarda fəhləlik, sonra usta
köməkçisi, usta və nəhayət milyonçu olmuşdular.
Quyuları mexaniki üsulla qazmağa başlayanda Muxtarov buruqda adi
fəhlə işləyir. Səhər alaqaranlıqda kiçik qardaşı Bala Əhmədlə bərabər
Əmircandan Zabrata piyada gedib axşam, çıraqlar yananda dala qayıdardılar. O
zamanlar mədənlərdə pul qazanmaq insanın dözümü, iradəsiylə bağlı idi.
Martov adlı bir sahibkar Muxtarovdakı dözümü, iradəni nəzərə alıb
ona mexaniki alət və cihazların sirrini öyrədir, onu tezliklə usta təyin edir,
mədən emalatxanasını da ona tapşırır. O vaxtlar neft mədənlərində quyuları
ağac və taxtadan quraşdırılmış Kanada dəzgahları ilə qazırdılar. Dərinə
getdikcə bu dəzgahlar tez-tez xarab olurdu. Murtuz yarım mexanikləşdirilmiş
downloaded from KitabYurdu.org
85
«Molot» dəzgahında bir neçə dəyişiklik eləyir. Sahibkar qocaldığından
Zabratdakı qazma avadanlığı emalatxanasını ona satır. Murtuz artıq qazma
zamanı quyularda tutulan alət və cihazları xilasetmə ustası kimi ad çıxartmışdı.
Məşhur Azərbaycan neftçisi, usta Piri (Quliyev) deyirdi ki, Ağa
Murtuz bir dəfə faytonda bağa gedəndə qəflətən atları saxlatdırıb, yaxınlıqda
qazılan buruğun ustasını yanına çağırtdırır və deyir ki, qazmanı saxla, qəza baş
verə bilər, borular boş-boşuna fırlanır. Usta soruşur: «Nədən bilirsən?» Murtuz
deyir ki, alətlərin səsindən. Qazmanı dayandırıb yoxlayanda görürlər ki,
doğrudan da borular Murtuz deyən kimi hədər yerə fırlanırmış.
Maşınların səsindən, balta və boruların ahəngindən, avadanlığın
gurultusundan, quyunun dərin qatlarında vəziyyəti müəyyənləşdirmək insandan
peşəkarlıq, fərasət və vərdiş tələb edir.
Mühəndislərə maaş verib öz savadını və texniki biliyini əsrin tələbinə
uyğun artırır. Çertyoj çəkməyi, sxem qurmağı öyrənir. Mürəkkəb cihaz,
dəzgah, avadanlıq və maşınları mühəndislərdən heç də pis bilmirdi.
Sahibkar olandan sonra dövləti daha da artır. Şəxsi qazma kontorunu
hələ 1890-cı ildə açmış və get-gedə böyütmüşdü.
Murtuz Muxtarov podrat götürüb, 1.100 metr dərinlikdə quyu qazır. O
zamanlar kövrək, yağlı və sairə süxurlarda quyu qazmağı möcüzə hesab
edirdilər. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını
quraşdırır və bunun üçün dövlət patenti alır. O bu ixtirasına «Bakı qazma
sistemi» adı verir. Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun bir
sıra digər ixtirası da vardı. Muxtarov on doqquzuncu əsrin axırlarında
Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada ilk neft
avadanlığı müəssisəsi idi. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün
üçmərtəbəli yaşayış binaları tikdirir; bununla da həm işçi qüvvəsini ətrafına
toplayır, həm də əlavə gəlir əldə edirdi.
Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici
ölkələrə satırdı. Özü də xaricdən, xüsusilə Amerikadan çoxlu maşın, cihaz, alət
və avadanlıq alırdı. Hətta inqilabdan sonra da onun adına avadanlıq
göndərirdilər.
Təkcə Bakıda yox, Maykop və Qroznı neft mədən sahiblərilə də
müqavilə bağlayıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə
texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.
Bir dəfə dəmir yolu stansiyasında görür ki, perronda çərkəzi libasda
iki leytenant yerə xalça sərdi, canamaz açdılar. Pirani bir general, o da çərkəzi
libasda başladı namaz qılmağa. Murtuz Muxtarov onun kim olduğu ilə
maraqlanır və öyrənir ki, vladiqafqazlı tanınmış general Tuqanovdur. Tanış
olur, dəvətini qəbul edib Vladiqafqaza, evlərinə qonaq gedir. Nəhayət,
generalın ortancıl qızı Liza xanımla evlənib, qohum olurlar. Bakıya qayıdanbaş
həmin stansiyanın restoran sahibinə deyir ki, bu gün burada nahar edənlərin
downloaded from KitabYurdu.org
86
hamısının xərcini mən verəcəm. Mən onları qonaq edirəm. Vladiqafqazda qoşa
minarəli, qoşa eyvanlı, əzəmətli bir məscid tikdirir. Əmircanın qocaları bir dəfə
ona rast gələndə deyirlər ki, «Ağa Murtuz, çox sağ ol, uşaqlara məktəb
tikdirdin, biz yaşlılar üçün də aduva layiq bir məscid tikdir, allaha xoş gedər,
cavab olar. Ata-ananın ərvahına dua oxuyarıq, həm də səndən bu kəndə yadigar
qalar. «Baş üstə!» deyib Ağa Murtuz əlini aparır gözlərinin üstünə.
Vladiqafqazda tikdirdiyi məscid kimi Əmircanda da qoşa minarəli, hər
minarəsi qoşa balkonlu bir məscid tikdirir.
Sənədləri imzalayanda nadir hallarda, familiyasını bütöv şəkildə
yazardı, adətən üç hərfdən ibarət «Mux...» cızardı. Adamlar deyərdi ki, yüz
min manatlar onun üçün milçək kimi bir şeydir.
Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binaların
arxitekturası neftxudanı valeh edir. Və onlara oxşar bir sarayı Bakıda bir il
ərzində (1911-1912) tikdirir. Sarayın hər sütunu, tağları, buta və gülləri,
pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq
incisidir. Neftxuda pul əsirgəmədiyi kimi memar da ilham, ustalar də səy və
əməklərini əsirgəməyiblər. Sarayı arxitektor Ploşko fransız kotik üslubunda
layihələşdirib.
Murtuz Muxtarovun bu mülkünü ev podratçısı Hacı Qasımov icarəyə
götürüb başa çatdırır.
Bir dəfə yenə də Beslanda, restoranda oturub nahar edir və qatarı
gözləyirmiş. Birdən qaçhaqaç düşür: «Zəlim xan gəlir...», «Zəlim xanın süvari
dəstəsi stansiyaya basqın edir...» sözləri ağızdan-ağıza keçir.
Neftxudanın yanındakı adam deyir ki, «ağa, at da var, kareta da,
hazırdır, dur qaçaq!».
«Heç yerə gedən deyiləm!» deyə o cavab verir. «Sən də otur».
Çox çəkmir, salon boşalır, atlılar stansiyanı araya alırlar. Salonda
oturmuş iki adamın geyimi və görkəmi Zəlim xanın diqqətini cəlb edir; adam
göndərib onu yanına çağırtdırır. Neftxuda təklifi rədd edir. Süvarilər onu
öldürməyə Zəlim xandan icazə istəyirlər. O razılaşmır, özü neftxudaya
yaxınlaşır. Muxtarov stulu çəkib ona yer təklif edir: «Əyləş, qonağım ol!»
deyir. Qonaq sözü Zəlim xanın xoşuna gəlir, oturur. Dostlaşırlar. Sonralar bir-
birinə hədiyyələr göndərirlər. Zəlim xan mərdlik əlaməti kimi ona bir gümüş
xəncər və zər qotazlı bir başlıq da yollayır.
Çar hökuməti Zəlim xanı öldürəndən sonra, neftxuda adam göndərib
onun oğlunu və qızını Bakıya gətizdirir, xeyli qonaq saxlayır; hər ikisini
Peterburqa, öz xərcinə oxumağa göndərir. Oğlan aqronom, qız isə həkim olur.
Həyətlərdə gəzib mahnı oxuyan Fatma adlı bir qız Muxtarovun
diqqətini cəlb edir, onu qızlığa götürür, ona öz familiyasını verir, musiqi təhsili
almağına kömək göstərir. Sonralar Fatma Muxtarova respublikanın adlı-sanlı
sənətkarı olur.
downloaded from KitabYurdu.org
87
Üç nəfər cavan oğlan kasıb tələbələr üçün pul toplayanda Murtuza da
müraciət edirlər. Neftxuda deyir ki, bilirsiniz nə var, mən ömrümdə heç kəsə
boş yerə pul verməmişəm. Sizə bir şey öyrədim. Mənə veksel verin, borc alın,
şəhərdə bir bəzzaz dükanı açın, başlayın alış-verişə; dükanı da özünüz idarə
edin. Belə bir tələbələr dükanı mən Peterburqda görmüşəm. Yaxşı mənfəət
götürürlər. Peterburq və Moskva manufakturaçılarının üstünə məktub yazaram,
güzəştlə, ucuz qiymətlə kreditə, möhlətə sizə mal buraxarlar. Elə ki,
mayalandınız, pulumu qaytararsız.
Tələbələr razılaşmır, əliboş çıxıb gedirlər. On yeddinci ilin
əvvəllərində çar taxtdan salınır. Azadlıq tərəfdarları Nəriman Nərimanovun
yanına gəlib şikayət edirlər ki, ay doktur, bəs bu bərabərlik harda qaldı, nə vaxt
olacaq? Odur Şəmsi Əsədullayev təzə quyular qazdırıb gündə milyon putlarla
nöyüt götürür. Nərimanov cavab verir ki, qoy qazsın, hamısı bizə qalacaq.
İkinci dəfə Musa Nağıyevin təzə mülk aldığını xəbər verirlər. Doktur yenə
deyir: «Fikir eləməyin, qoy alsın, bizə qalacaq». Üçüncü dəfə Hacı
Zeynalabdin Tağıyevin fabrikdə təzə sex açdığını söyləyirlər, yenə də həmin
cavabı verir.
1919-cu ildə bir neçə nəfər gəlib Səmədağa Ağamalı oğluna şikayət
edir ki, Mailov təzə vətəgələr düzəldir, Dadaşov qardaşları gəmi tərsanəsini
böyüdür, daha bu nə hürriyyət oldu? Ağamalı oğlu da cavab verib ki: «Fikir
eləməyin, doktor Nəriman doğru deyib, qoy eləsinlər, bizə qalacaq».
Şəmsi Əsədullayev də Bakı neftxudalarından biri idi. Əmircan
kəndindəndir; ata-babadan onlar da rəncbər və arabaçı olublar. Suraxanıda
buğda və arpa əkirlərmiş; biçindən sonra arabaçılıq edər, yük daşıyıb kirə
alarlarmış. Dəmir yolu olmayanda, onlar da araba karvanı ilə Tiflisə, oradan da
Bakıya kirayə mal daşıyarlarmış.
Neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də
neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas fasadı
Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya (Tolstoy) küçəsinə,
digəri Karantin (həzi Aslanov) küçəsinə baxan əzəmətli bina tikdirir. Başqa
binaları da vardı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz
gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə
Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta
Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı
kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı.
Oktyabr ayının axırlarında Volqada naviqasiya bağlananda Bakıda
neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də,
xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurar, yazda naviqasiya
açılanda daşıtdırardı Rusiyaya.
Şəmsinin Bakıda bir müsəlman, Moskvada isə Mariya Pavlovna adlı
rus arvadı, birinci arvaddan iki oğlu və qızları vardı. Mariyanın atası çar
downloaded from KitabYurdu.org
88
ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum
senatorun köməyi ilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün
bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı
məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində
çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il Avropa
şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər.
Böyük oğlu və müsəlman arvadı Mariyaya görə dava-şava salır, yola
getmirdilər,
Şəmsi qış aylarını, adətən, çox vaxt Moskva və Peterburqda yaşayar,
tacirlərlə müqavilələr bağlayar, Novruz qabağı Bakıya qayıdar, satdığı nefti
müştərilərə yola salardı; Mərdəkandakı yaraşıqlı malikanəsində yaşayar,
qohum-əqraba, dost-aşna ilə gününü eyş-işrətdə keçirdərdi; o gün olmazdı ki,
əzəmətli binanın orta günbəzi üstündəki mildə ştandart yellənib dörd bir tərəfə
ziyafət məclisinin davam etdiyi xəbərini verməsin.
Qocaman buruq ustası, əmək veteranı Mövsüm kişi nəql edirdi ki,
yazın əvvəli idi. Novruz bayramından bir az keçmişdi, qohumum Murtuz
Muxtarovun bağında idim; əlimdə bel bağçada gülləri sulayırdım, qəfəslərdəki
min bir avazla oxuyan quşlara dən, ceyran və marallara yem verirdim. Quşlar
da, heyvanlar da, çiçəklər də elə bil baharı salamlayırdı. Nökər yaxınlaşıb dedi
ki, Murtuz ağa sizi çağırır. Getdim. Murtuz şüşəbənd eyvanda oturmuşdu; məni
görəndə dedi: «Oğul, Ağa Şəmsi Məskodan qayıdıb, bağdadır. Get malakeş
usta Məsməliyə xəbər ver, axşamüstü gəlsin, gedək Ağa Şəmsiyə baş çəkək.
Usta Məsməli söhbətcil kişidir, xoşməcazdır. Şirin danışır».
Axşamüstü getdik Şəmsinin bağına. Nərd oynayırdı. Mehriban-
mehriban görüşdük. Başladı təzədən nərd atmağa. Qaşqabağı yerlə gedirdi.
Gödək-boy, gombul, tüklü bir kişi idi. Bizə çay gətirdilər. Birdən uzaqda
paroxod fit verdi. Malakeş Məsməli dedi: «Ağa Şəmsi, paraxodundur a, fit
verir, elə bil səni haylayır. Fiti min gəminin fitinin içindən seçilir. Böyük
oğlun, bala xozeynin adınadur a...».
Kiçik bir haşiyə: deyilənlərə görə, Şəmsi gəmilərin fitinə yaman aşıq
imiş, bütün gəmi və barkazlarındakı sirenaları xüsusi sifarişlə qayıtdırarmış.
Bir dəfə köhnə gəmisini satırmış. Müştəri deyir ki, gəmi çox köhnədir. Şəmsi
cavab verir ki, köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda
eşidilir.
Malakeş Məsməlinin sözündən Şəmsinin rəngi qaçdı, papağını
peysərinə itələyib, yerindən sıçrayıb qalxdı. Hirsli-hirsli qışqırdı: «O paroxod,
indi mənimki döyül, borclu olduğum adamlarınkıdır. Pul yeyələrininkidir», -
papağını götürüb, zərblə yerə çırpdı, başladı böyük oğlunu söyməyə,
qarğışlamağa - «Ay oğul, səni görüm zəlil olasan, ananla bir gora basdırım,
məni xəcil elədüz, müflis elədüz!».
downloaded from KitabYurdu.org
89
Boğazı tutuldu, su verdik, oturdub başladıq təsəlli verməyə. Şəmsi
sakit olmurdu, Muxtarova baxıb dedi: «Ağa Murtuz, bax gör, böyük oğlum,
dəyyus, başıma nə mərəkə açıb. Hər il payızın axırlarında müştəri tacirlərlə
daqavor bağlayıb, neft satıram. Bakıya pravlyaşiyə tel vururam ki, bu qədər
ucuz qiymətə neft al xırda sahibkarlardan, vur anbarlara; yazda yollayım
müştərilərə. Bu il vurduğum tel gəlir bura cümə günü çatır, pravlyaşi olmur
kontorda. Aparıb verirlər Mirzə başıbatmışa. O da teli oxuyur, anasınnan söz
bir olub gizlədirlər. Allah canını almış, mənim gəlməyimdən bir həftə qabaq
anasını götürüb, Xorasan ziyarətinə aparıb ki, üz-üzə gəlməyək. Gəlib
pravlyaşiyə tapşırıram ki, aldığım nefti yavaş-yavaş paraxodlara vur, yerit
Urusiyyətə, müştərilər intizardadır. Deyir ki, siz payızda sərəncam vermədiniz,
mən də icazəsiz sürət edib, neft almadım. Soruşuram, necə yəni, tel
vurmamışam? Deyir mən almamışam. Çatmayıb mənə. Poçtu yoxladıq, məlum
oldu ki, başı batmış Mirzənin əlinə düşüb. O da arvadımla müxənnət çıxıblar,
əlbir olublar, Moskvadakı arvad üstündə, Mariyaya görə ana-bala başıma belə
oyun açıb, məni xar elədilər». - Birdən başladı hirsindən ağlamağa. - «İndi yaz
gəlib, neft bahalanıb, gərək özüm iki-üç dəfə baha qiymətə Bakıdan aldığım
nefti öz xərcimlə daşıtdırım Urusiyyətin uzaq şəhərlərinə, Alla Əkbərin
qurtaran yerinə, qəbalə bağladığım tacirlərə ucuz satım. Yol pulu da
məndən. Gəmilərin çoxunu satmışam, zavodu satmışam, Ramanadakı
mədəni satmışam... Müflisəm, müflis... Əlimdə qalan bu bağdı, şəhərdəki
mülklərimdir, bir də ki, Suraxanıdakı xırman yeri... Bunlar da tezliklə satılar,
əlimdən çıxar. Canım çıxsa yaxşıdır», Qəzəblə özünü yerə çırpdı, ürəyi getdi.
Otaqda olanlar birtəhər onu ayıldıb, təsəlli verdilər: «Allah kərimdir, əl-
amanda qoymaz səni...».
Musa Nağıyevin qızı Ümülbəni Şəmsinin gəlini böyük oğlunun arvadı
idi. Musa dar gündə qudasının dadına çatıb, iflas olmaqdan xilas edir.
Rusiyadakı müştərilərə neft göndərir, qoymur şəhərdəki mülkü, bağı və
Suraxanıdakı Xırman yerini satsın. Fətulla bəy Rüstəmovun məsləhətilə
Suraxanıda Xırman yerində Musanın puluna buruq qurdurub, quyu qazdırır.
Çox keçmir quyu elə bir fontan vurur ki, ətraf neft dənizinə dönür; özü də xalis
Suraxanı nefti, benzinə bərabər. Müştərilər göydə götürürdülər. Gündəlik
hasilat on min tondan çox idi. O quyu, məşhur fontan vuran quyularla bərabər
Bakı neft-qazma tarixinə daxil edilib, olduğu yerdə xatirə daşı basdırılıb, xüsusi
nişana qoyulubdur.
Bəxt ulduzu birdən parlayan neftxudalardan biri də Seyid Mirbabayev
idi. Çox məlahətli səsi varmış, musiqi duyumu yaxşı imiş. Dövlətlilər bir-
birinin bəhsinə onu toya dəvət edər, güclü pul, qiymətli hədiyyələr verərdilər.
Varşavada səsini qramofon vallarına yazdırıb, çox baha qiymətə satırdı;
çox vaxt birə-iki, birə-üç qiymətə.
downloaded from KitabYurdu.org
90
Bir dəfə Bakı kəndlərindən birinə toya gedir, məclisi çox şənləndirir.
Bəyi tərifləyəndə cuşə gəlir, dəfi atıb-tutur, ilhamla oxuyur: «Gəlsin görüm
bəyin igid əmisi, görüm a bəy, toyun mübarək olsun, qohumun-qardaşın bizə
borc olsun».
Bəyin əmisi qavala iki dənə beşyüzlük salır... Əl salırlar, hərə bir söz
deyir, məclis daha da qızışır. -Seyid tərif etməkdə olur:
«Gəlsin görüm bəyin varlı dayısı, gəlsin görüm bəyin comərd dayısı, a
bəy, sənin toyun mübarək olsun, olasan sən on iki oğul atası, igid dayın bizə
borc olsun».
Oğlanın dayısı gözəl libasda, belində qızıl kəmər, qızıl xəncər,
tapança, boynundakı qızıl zəncirdən sallanan brilyant, yaqut medalyonlar bərq
vurur, yerindən qışqırır: «Seyid, ana babamdan mənə miras qalmış «Bala
şoranlıq»da qazdırdığım quyunu sənə xələt verirəm... Nə çıxsa sənin bəxtinə,
quyu başa çatana qədər xərci mənim boynuma. Cəddinə qurban olum, bir
«Segah» oxu.
Belə töhfədən sonra Seyid sağ əlini qoyur qulağı qənşərinə, adsız
barmağındakı üzüyün iri brilyant qaşı min bir rəngdə şəfəq saçır, elə bir
«segah» oxuyur ki, məclisdəkilər heyran qalır. Şabaş xanəndənin dəfinə xəzəl
kimi tökülür... Seyid brilyant sərrafı və aşiqi imiş, yığırmış.
Birdən «Bala şoranlıq»dakı quyu fontan vurur, yeri-yurdu qızıl seli
bürüyür, xanəndə Seyid bir anda dönür olur milyonçu Seyid... Neftxuda,
Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alır sındırır ki, guya əsl
sənəti olan xanəndəliyi indiki milyonçuluğuna əskiklik gətirər, şan-şöhrətini
azaldar, keçmişinə arxa çevirir.
Yeri gəlmişkən, xoş avazlı, məlahətli səsin Varşavada qramofon
valına yazılması ilə və Seyid adı ilə əlaqədar bir əhvalatı oxuculara çatdırmaq
elə zənn edirəm ki, maraqlı olar.
Seyid Mirbabayevdən sonra Qarabağlı xanəndə Seyidi səsini yazmaq
üçün Varşavaya dəvət edirlər. Gedir oxuyur və səsi vala düşür; adını soruşanda
deyir ki, Seyid. Məəttəl qalırlar və deyirlər ki, Seyid adlı adanın səsi bizdə var.
Necə olar, o da Seyid, sən də Seyid? Xeyli götür-qoydan sonra iki Seyidi bir-
birindən ayırd etmək üçün qərara gəlirlər ki, ikinci Seyidə" Şuşinski adını əlavə
etsinlər.
Seyid Mirbabayev başlayır başqa milyonçular kimi cah-cəlal qurmağa.
Aramyanın dəniz sahilindəki mülkünü alır.
Aramyan həmin mülkü bir dəfə qumarda uduzmuşdu. Hadisə belə
olub. Klubda oyunda başı necə qızışırsa var-yoxu əldən gedir, axırda mülkü də
qoyur banka, o də əlindən gedir. Xəbər evlərinə çatır. Klubda birdən görürlər
ki, qapı açıldı, Aramyanın arvadı girdi qumar oynanan otağa, uzaqdan başladı
sözə: «Əzizim, eşitdik ki, pulları, üstəlik mülkü də uduzmusan. Əcəb eləmisən.
downloaded from KitabYurdu.org
91
Heç kefini pozma. - Əlindəki balaca çamadanı uzadır ərinə. - Al, bunun
içindəkiləri də uduz, amma qəm yemə». - Çamadanı qoyub gedir.
Çamadanın qapağını açanda görürlər ki, bütün qiymət qızıl-cəvahirat,
bəzək əşyalarını ərinə təsəlli, ürək vermək üçün gətirib.
Oyun təzədən qızışır. Aramyan uduzduğu pulların da, mülkü də geri
qaytarır...
Yay və qış klublarında hər axşam qızğın oyun gedərdi. Qumarda min
manatlarla pulu, mülkü udan kim, uduzan kim... Bəzən varlı müflis, hoqqabaz
bir adam isə dövlət, var, mülk, zavod sahibi olardı.
Şəhərin məşhur qumarbazlarından biri də xəsislikdə ad çıxarmış Hacı
Hacağa oğlu Yusifağa idi. Qarınqulu, kəmağıl bu adam bir gecədə çoxlu pul və
bir neçə mülkü qumarda uduzandan sonra deyir ki, «adə, iş bərkiyir, gərək
özümü yığışdıram». Sonra da əzəmətli mülkü, içərisindəki avadanlıqla birlikdə
on dəqiqənin içində qumarda uduzur.
Arvadı, qohum-əqrabanın, xeyirxah adamların məsləhətilə vəkil tutub
Naberejnı (Neftçilər) prospektindəki dörd mərtəbəli görkəmli binanı öz adına
keçirtdirir ki, əri qumarda uduza bilməsin.
Dağlı Abbasla, Malbaş Yusif də məşhur qumarbaz, qoçu idilər; onlar
Hacağa oğlu Yusifağanı Novxanıya, Pirşağıya dəvə ətindən qutaba, cız-bıza
qonaq aparıb» qumarda lat-lüt eləyib yola salırdılar. Yusifağa axır da yaman
günə qalır. Atasının dostlarından biri Yusifağanı çağırıb deyir ki, atan öləndə
mənə vəsiyyət etmişdi ki, sənə çatdırım, yaman günə qalanda özünü böyük
otaqda, çilçıraq sallanan qırmaqdan əsasən, biabırçılıqdan canını qurtarasan.
«Atam deyib özümü asım!». «Bəli». Gedib özünü asmaq istəyəndə çıraq
sallanan qırmaq yerindən çıxır, qızılla dolu iki kisə yerə düşür. Yusifağanın
kefi kökəlir. Lakin çox keçmir ki, həriflər onları da əlindən alırlar. Düşür
dilənçi gününə.
Danışıb gülmək, vaxt keçirmək üçün içərişəhərli məzhəkəçi Şönü oğlu
Abdullanı da tez-tez məclisə çağırardılar. Şəhərdə Şönü oğlu ilə əlaqədar
maraqlı bir əhvalat danışırdılar. Bir nəfər dövlətli Kərbəla ziyarətinə gedəndə
Şönü oğlunu özünə həyan aparır, at alır, xərcini boynuna götürür. Dolu bir kisə
verir Şönü oğluna ki, bunu gizlət yəhərin altında, mənzil başında, Kərbəlaya
çatanda verərsən mənə.
Dövlətli Kərbəlaya çatanda kisəni istəyir. Şönü oğlu cavab verir ki,
kisədəkini qovut bilib yol boyu yemişəm. «Necə yəni yemişəm?!» - təəccüblə
kişi soruşur. Şönü oğlu deyir: «Nəinki yemişəm, bayıra da getmişəm». Düşür
dava, kişi deyir: «Adə, o mənim atamın sümükləri idi, həvəngdə döyüb toza
döndərib, kisədə gizlədib gətirirdim ki, burda, Kərbəlada basdırıb, üstündə
qəbir tikdirim». Şönü oğlu deyir: «Əvvəldən xəbər eləyəydin də, mən nə
biləydim».
downloaded from KitabYurdu.org
92
Milyonçu olandan sonra Seyid Mirbabayev gedir Hacı Zeynalabdin
Tağıyevin yanına, xahiş edir ki, siz şəhərdə olan bütün imarətləri tanıyırsız,
yanınıza məsləhətə gəlmişəm, mülk almaq istəyirəm. O da deyir ki, şəhərdə
çoxlu mülküm var, oturduğum, bir də doğulduğum evlərdən savayı, hansını
istəyirsən qurbandır səddinə. Seyid razılıq edir və deyir ki, Hacı, sizin
mülklərdə mənim gözüm yoxdur... Hacı deyir: «Onda məktub verim get Tiflisə.
Aramyan dəniz qırağındakı imarəti satır, bəlkə ala bildin. Çox yaxşı mülkdür,
heç mənim imarətimdən əskik deyil. Çox da şükümlü binadır. Özüm o binada
neçə il yaşadım, evim hazır olanda ordan köçdüm. Sonra Ağa Musa neçə il
yaşadı, elə mən olan otaqlarda». Hesabdarı Mirhəbibi qoşur Seyidə, göndərir
Tiflisə, Aramyanın üstünə. Bir məktub da verir və deyir ki, bunu əvvəl aparıb
verərsən canişin idarəsinə, deyərsən ki, Qori seminariyasının hamiliyini
götürürəm boynuma. İldə bir neçə min xərcin çıxsa da, padşahlıq qabağında
üzün ağ olar, sözün keçər, gələcəkdə artıq müsəlman uşağı göndərə bilərik ora.
Mən də elə buna görə Bakı texniki məktəbinin hamiliyini götürdüm üstümə.
Gəlmişdilər ki, bina üç ildir qalıb yarımçıq, otuz min manat çatışmır. Dedim
otuz beş min manat verirəm, özüm də o məktəbin hamisi oldum... Ağa Musa da
realnı şkolun hamisi oldu, indi orda oxuyanların yarıya qədəri müsəlman
balalarıdır.
Seyid, Hacı deyən kimi eləyir, gedir canişinliyə Qori seminariyasının
hamiliyini götürür boynuna. Tiflisdə bu xəbər dönür böyük bir hadisəyə, hamı,
hər yerdə bu barədə danışır.
Aramyan da Bakıdan gələn qonaqları çox hörmətlə qarşılayıb qəbul
edir, nökəri göndərib çamadanlarını mehmanxanadan apartdırır öz evinə,
qonaqlara deyir, «Hacının adamlarının Tiflisdə mehmanxanada qalması mənim
üçün ayıbdır, təhqirdir. Nəinki sizin kimi hörmətli şəxslərin, hətta Hacının
nökərinin da mənim evimin baş tərəfində yeri var».
Onları neçə gün qonaq saxlayır, o ki var hörmət edir, şərəflərinə
ziyafət düzəldir. Tiflisin görməli yerlərinə aparır, mehribanlıq göstərir, axırda
deyir ki, bir vaxt mən o mülkü satmaq istəyirdim, sonra fikrimdən daşındım.
İndi ki, Hacı üstümə adam göndərib, məsləhət görür, satıram. Üç yüz min
manat qiymət qoymuşdum. Hacının xatirinə əlli min manat güzəştə gedirəm.
Seyid Mirbabayev bir sözü iki eləmir, cibindən bank kitabçasını
çıxardıb, dörddə bir milyon manata çek yazıb qol çəkir, Aramyana uzadır.
Yola düşəndə Aramyan iki zərf verir Mirhəbibə və deyir: «Bu zərfi
Hacıya çatdırarsan. Bu birisi isə sənindir».
Mirhəbib deyirdi: «Yaman təşvişə düşdüm, görən mənə nə verib».
Vaqonda zərfi cırdım, gördüm ki, içində beş dənə yüzlük var... Seyid xəbər
aldı: «Aramyan xozeyin sənə nə qədər bəxş edib». Cavab verdim ki, beş yüz
manat; zərfi ona uzatdım. Beş yüz manat da o bağışladı. Mirhəbib də
Mərdəkanda bağ saldırıb, gözəl bir mülk tikdirir.
downloaded from KitabYurdu.org
93
Birdən-birə milyonçu - neftxuda olanlardan biri də Binəqədili Səlimov
idi. Ata-baba yurdunda quyusu fontan vurmuşdu. Nəql edirdi ki, var-yoxu
xərclədim, qohum-əqrəbaya əl açdım, bir qədər borc verdilər, quyu döndü
əjdahaya hamısını uddu... Nöyüt görünmədi. Hər cümə axşamı fəhlələrə pul
vermək lazım idi, kasıb adamlar, yarıtox, yarıac, gündə on iki saat ağır
dəmirləri qaldırır, daşıyır, zığ-palçıq içində vurnuxurlar..,. Mədən qonşularımın
gözü mülkümdə idi; allahdan istəyirdilər ki, iflas olum, ucuz qiymətə yeri alıb,
məni aldatsınlar... Bir neçə nəfər borc vermək istəyirdi, amma ağır şərt
qoyurdular. Axırda qərara gəldim ki, gedim Peterburqa padşaha yol tapım,
düşüm ayağına, əhvalatı nəql edim, kömək istəyim. Nöyüt çıxanda borcu
qaytarım. Kənddə bir dükanımız vardı, onu girov qoydum, pul götürdüm... Usta
ilə fəhlələrə ay yarımlıq maaş qoydum. Çörək bişirtdirib məfrəşlərə doldurdum
ki, gedib qayıdana qədər mənə bəs eləsin. O zaman müsəlman dindarları səfərə
çıxanda məfrəşlərə qurumuş lavaş doldurub aparırdılar, üstünə su çiləyib
yeyirdilər.
Biləcəriyə gəlib bilet alıb qalxdım vaqona. Fikir götürmüşdü məni, az
qalırdı ürəyim partlasın, qabaqdan qış gəlir, qürbət, yad el, görəsən sözümə
qulaq asan olacaqmı? Yaxşı bir xəzim vardı, pəncərənin yanında asmışdım.
Sərnişin az idi. Birdən platformada buruq ustası gözümə dəydi, üst-başı nöyüt
içində. «Allah şeytana lənət eləsin» deyib gözlərimi sildim, fikirləşdim ki,
yəqin başıma hava gəlib. Bir də baxdım usta yoxa çıxdı. Mənə elə gəldi ki,
məni çağırırlar. Pəncərədən boylandım, usta məni gördükdə qışqırdı:
«Muştuluğumu ver, xozeyin, quyu fontan vurur». Elə götürüldüm ki, bir də
fontan vuran quyunun qabağında ayaq saxladım. Göydən nöyüt yağır, yeri-
yurdu başına alıb sel kimi axır... Biləcəridən Binəqədiyədək birnəfəsə
yüyürmüşdüm... Bahalı xəz, çamadan, çörək dolu məfrəşlər qalmışdı vaqonda...
Buruq ustası məndən xeyli sonra gəlib çıxdı... Buruğun dövrəsində, yalan
olmasın, onlarsa fayton, qazalaq vardı... Adam əlindən tərpənmək olmurdu...
Hamı məni təbrik etməyə tələsir, bir-birinə macal vermirdilər... Mənə pul
uzadan kim, çek təklif edən kim, xoş söz deyən kim; bığımın altından keçmək
istəyənlərin sayı-hesabı yox idi...
Səlimov şəhərdə Starıy politseyski (Məmmədəliyev) küçəsində bir
möhtəşəm imarət, Krasnovodski (Səməd Vurğun) və Kamenisti (Şors)
küçələrinin kəsişdiyi yerdə isə ikinci böyük imarət tikdirmişdi. Başqa küçələrdə
də... Hamısı əzəmətli, arxitektura cəhətdən zəngin binalar idi.
Bakı milyonçularından biri də Tumanyan idi. Qubernator (sağlamlıq
zonası) bağı ilə üzbəüz dördmərtəbəli, hündür binanı (1893-1894) o
tikdirmişdi. Özü İran təbəəsi olsa da, Rusiyanın çox yerində ticarət kontoru
vardı. Müzəffərəddin şah Avropaya səfər zamanı yolüstü Bakıya gələndə onun
evinə düşmüşdü. İran şahı öz səyahətnaməsində Bakıya gəlməyini və burada
iki gün qalmağını belə təsvir edir: «Qatar dayandı, biz vaqondan düşdük,
downloaded from KitabYurdu.org
94
stansiyada bizi çoxlu müsəlman camaatı - təbrizlilər, dağıstanlılar qarşıladı.
Hərbi təşrifat qaroulu hazır dayanmışdı, musiqi çalınırdı. Bu qaraulun
qarşısından keçdik, sonra əvvəldən hazırlanmış otağa girdik; burada üləma,
seyidlər və tacirlər, Tumanyanın adamları dayanmışdılar. Qafqaz işlərinə baxan
Tiflisdə oturan baş konsulumuz Nazimülmülk öz məiyyətilə hüzura müntəzir
idi. Bir neçə dəqiqə keçdi, xəbər verdilər ki, kareta hazırdır. Binadan çıxdıq.
Şiddətli xəzri əsirdi; küçələrdə şərəfimizə asılmış bayraqları, çıraqları və fəxri
darvazanı xəzri xarab eləyirdi. Hiss olunurdu ki, mənim şərəfimə xüsusi
şadyanalıq hazırlayıblar. Küçələrdə və səkilərdə, şiddətli küləyə baxmayaraq,
çoxlu müsəlman və digər millətlərdən şəxslər vardı.
Stansiyadan mənzilə - iqamətgaha iyirmi dəqiqəyə çatdıq.
Tumanyanın möhtəşəm imarətinin qabağında çoxlu xalı-xalça döşənmişdi,
bina bayraqlarla və çıraqlarla bəzədilmişdi. Ətraf çırağbanla işıqlandırılmışdı.
Karetadan düşüb imarətdəki çoxlu pillələrlə qalxdıq. İmarət dördmərtəbəlidir.
Biz üçüncü mərtəbədə yerləşdik. Otaqlar avropasayağı, çox zəngin və əla
döşənib bəzədilmişdi. Tumanyanın adamları məni qarşıladılar, onlarla
görüşəndən sonra mənim üçün hazırlanmış otaqlara keçdim. Mənimlə
gələnlərin çoxusu da bu mülkdə yerləşdirildilər.
Ertəsi gün sədr əzəm (baş nazir - M.S.) xəbər verdi ki, rus
imperatorunun əmri ilə Qafqaz canişini Tiflisdən mənimlə görüşmək üçün
Bakıya gəlib, hüzura müntəzirdir.
Canişin içəri girdi; görüşdük. Cüssəli, xoş sima, fərasətli və aqil bir
şəxs idi. Qısa söhbətdən sonra o getdi.
Bakının bütün əyanları və şəhər hakimləri hüzuruma gəldilər,
imperatorlara layiq mənə üç məcməidə duz-çörək gətirdilər. Fərəcbəy də
hüzuruma çatdı. Ona da izhar iltifat etdim. Rus imperatorunun hədiyyə
göndərdiyi altı dənə əla tüfəngi mənə təqdim etdilər. Həddindən çox yaxşı
tüfənglər idi. (Müzəffərəddin şah mahir ovçu imiş - M.S).
Olduğumuz imarətin böyük bir eyvanı vardı. Buradan dəniz
görünürdü. Eyvandan ətrafa tamaşa etdik. İmarətin qabağında çoxlu adam
yığılmışdı. İran təbəələri də çox idi; dalbadal salavat çəkir və uca səslə hurra
deyirdilər.
Eyvandan şəhər və dəniz yaxşı görünür; şirin su olmadığı üçün, bir də
torpağın pisliyindən və neftin çoxluğundan bu aralarda ağac yoxdur; azca ağac
var ki, onu da çox böyük zəhmətlə yetişdirib saxlayırlar.
Bakının havası o qədər də tərifəlayiq deyil; çünki dəniz kənarıdır,
rütubət çoxdur, həm də neft mədəni yaxındadır. Hər yerdən - divarlardan,
yerdən, qapı və pəncərələrdən neft iyi gəlir, aləm qapqaradır.
Xəzər sahilindəki bütün şəhərlərə buradan neft gedir. Bakıda çoxlu
abad imarət var.
downloaded from KitabYurdu.org
95
Avropaya təhsilə göndərəcəyimiz tələbələr gəlmişdi. Sədr əzəm
hüzuruma gətirdi. Onları müxtəlif dövlətlərin paytaxtlarına yolladım.
Mən, Sədr əzəm, bir də admiral Arsenyev karetada neft mədəninə
tamaşaya yollandıq. Qabaqlar neft çeşməsi yerlə axarmış, indi bu çeşmələr
dərindədir, quyu qazıb çıxardırlar, xüsusi tulumbalar var; ətrafda iri anbarlar
düzəldiblər, quyudan çıxarılan neft arxla o anbarlara axır, çəlləklərə doldurub
daşıyırlar. Neft ticarətindən çoxlu mənfəət əldə edirlər; mədən sahibləri,
tacirlər və rus dövləti bu mənfəəti bölüşdürürlər.
Kareta Fərəcbəyin neft mədəninə çatdı; bura iri, sanballı mədən
olduğundan tamaşa etməyinə dəyərdi. Neftin necə çıxmasına, arxla anbara
axmağına baxdıq; birdən neft yağış kimi yağıb üstümüzə töküldü, o üfunətli və
pis iy verirdi. Burada çox dayanmadıq, geriyə qayıtdıq. Dincəlmək üçün hər
şey hazır idi.
O axşam bakılılar şərəfimizə ziyafət - təşrifat məclisi düzəltdi. Bütün
şəhər çırağban edilmişdi.
Sabahı gün imarətin eyvanında oturdum. Sədr əzəm də hüzurumda idi;
bütün məktəblərin şagirdləri təzə, gözəl libasda, əllərində bayraqlar, nəğmələr
oxuya-oxuya
dəstələrlə,
(imperatorlar
üçün
edildiyi
kimi)
mənim
iqamətgahımın qabağından keçirdilər. Şəhər əhalisi qarşımda dayanmışdı».
Neft mədənlərində fəhləlik eləyən Molla Əhəd nəql edirdi ki, «şəhəri
bəzəmişdilər. Qartal nişanı olan rus və Şiri-Xurşid nişanlı İran bayraqlarını hər
yerə sancmışdılar; eyvanlar xalı və xalçalarla bəzədilmişdi. Qala bürcünün
üstündə qara çıraqlar, «Qız qalası»nın və «Qoşa qala qapısı»nın üstündə iri
məşəllər yanırdı. Haşımov (Gənclər) meydanında zurna-balaban çalınır,
kəndirbazlar oynayırdı. Rəngarəng fanarlar yanırdı.
Axşam dənizdə əlvan çıraqlarla - şamlarla bəzədilmiş gəmilər,
qayıqlar seyrə çıxmışdı; musiqi çalınırdı; şahın şərəfinə toplardan yaylım atəşi
açdılar.
Spaski (Qasım İsmayılov) küçəsində yerləşən İran konsulxanasının
böyük həyətində qurban kəsib, şənlik düzəltmişdilər. Küçələrdə adam əlindən
tərpənmək olmurdu. Şahın düşdüyü binanın qabağında iki gün böyük izdiham
oldu. Adam əlindən tərpənmək mümkün deyildi.
Neft mədənində və zavodlarda, şose yollarında, inşaatda ən ağır
işlərdə çalışan fəhlələrin əksəriyyəti iranlılar idi, hamısı yığıncağa gəlmişdi.
Şah küçə eyvanına çıxanda bir fəhlə özünə od vurub yandırdı. Alovu
söndürmək üçün fəhlənin üstünə pal-paltar atdılar.»
O vaxtlar ümumiyyətlə, fəhlələrin, xüsusilə də iranlıların güzəranı çox
ağır keçirdi. İranın özündə şah istibdadı, mülkədar, xan zülmü, məmurların
cəza tədbiri, ölkədə iqtisadiyyatın tənəzzülü, işsizlik, hərc-mərclik aclıq onları
vətəni tərk etməyə vadar edirdi. Ayağı yer tutan iş dalınca Rusiyaya qaçırdı:
Bakıya, Həştərxana, Samaraya, Gürcüstana, Şimali Qafqaza... Qürbətdə onlar
downloaded from KitabYurdu.org
96
kapitalistlərin, güclülərin, qolu zorbaların zülmü altında əzilirdilər. Qoçu aldığı
tapançanı yoxlamaq üçün yoldan keçən yazıq iranlını nişan alıb öldürürdü,
sorğu-sual edən də olmurdu. Bakının «həmşəri palanı» (Şors küçəsinin yuxarı
başı) adlanan məhəlləsində ancaq kasıb iranlılar yaşayırdı. Oradan o yana
zibillik, çöl-biyaban idi. Taxtadan, ağac parçalarından, paslı dəmirdən
quraşdırılmış alçaq, rütubətli daxmalar, qaranlıq zirzəmilər məskənləri idi; beş-
altı adam bir daxmada, bir zirzəmidə yaşayırdı. Ətraf çirkab, üfunətli. Axşam
düşəndə Kamenisti (Şors) küçəsi ilə üzüyuxarı hambalların, fəhlələrin axını
başlayırdı, özləri də mazutlu, palçıqlı, cır-cındır içində. Gündə on iki saat ağır
iş... Yarıtox, yarıac... Qürbətdə qaldıqları müddəti yırtdıqları mitilin sayı ilə
hesablayırdılar: üç mitil, beş mitil, yeddi mitil...
Elə ki, xəzri başlayırdı, «həmşəri palanı»nda toz əlindən göz-gözü
görmürdü; yağışda daxmaları, zirzəmiləri su basırdı... Yoxsullar yaşayan
küçələrdə, həyət-bacada palçıq dizə çıxırdı.
Yağışlar zamanı sel dağlıq məhəllələrindəki zir-zibil və palçığı gətirib
tökürdü şəhərin bazar küçəsinə, Quba (indiki Füzuli) meydanına...
İranlı fəhlə özünü yandıran günün axşamı (onsuz da gündə bir neçə
fəhlə mədəndə, quyularda, zavodda tələf olur, ya da qoçu gülləsilə ölürdü) Hacı
Zeynalabdin Tağıyev şahın şərəfinə verdiyi böyük ziyafətdə giley-güzar edir ki,
mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın
evinə düşdünüz. Şah cavab verir ki, sən müsəlman olsan da, rus təbəəsisən,
Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir.
Milyonçulardan biri də Hacı Hacağa idi. Sandıq milyonçusu. Şəhərdə
çoxlu mehmanxanası, karvansarası, sərnişin və yük daşıyan gəmiləri vardı.
Deyirlər ki, Hacı bir dəfə gəmiyə qalxanda matros onu tanımır, biletsiz
olduğunu güman edir, itələyir, Hacı yıxılır. Hacağanın oğlu və kürəkəni
matrosu döymək istəyəndə, Hacı cəld ayağa qalxıb onları qoymur: «Lazım
deyil! Gərək deyil! İş düşər polisə, bizi cərimə edərlər. Mənə heç nə olmayıb,
bir balaca toza batdım, onu də çırpdım, qurtardı getdi».
Hacı Peterburqa gedir, çoxlu mal alır. Ancaq limanda deyirlər ki, daha
yük qəbul etmirik, malları ancaq yazda, altı aydan sonra götürəcəyik. Əzü nəql
edirmiş ki, o qədər yükün yarım il anbardaqalma xərci neçə min manat
edəcəyini fikirləşəndə az qaldım dəli olam, baş soxmadığım idarə qalmadı, heç
nə eləyə bilmədim. Əlim hər yerdən üzüldü, başladım Fitilbörk küçələrində
hərlənməyə. İri bir kilsənin qabağına çatanda yorulub oturdum. Bir qoca mənə
yaxınlaşıb dedi ki, arxanı çarın sarayına tərəf çevirib oturma, buraya tez-tez
durbinlə baxırlar, acıqlarına gələr.
Ehtiyatsızlıq edirsən, gəlib səni tutarlar, məni də qulluqdan qovarlar,
bir tikə çörəyim var, o da əlimdən çıxar. Durdum ayağa, başladım mərmər
qəbirlərin arasında hərlənməyə; qoca kişidən xəbər aldım ki, bu qəbirlər
kimindir. Cavab verdi ki, imperatorların, onların arvadlarının, böyük
downloaded from KitabYurdu.org
97
knyazların, generalların qəbirləridir. Bir qəbrin yanında oturub başladım
ağlamağa. Ürəyim dolu idi, az qalırdı partlasın. Heç yarım saat keçməmişdi ki,
bir də gördüm iki əfsər mənə yaxınlaşıb dedilər ki, dur düş qabağımıza gedək
bizimlə. Düşdüm qabaqlarına. Məni gətirdilər padşahın evinə. Mərmər
pillələrlə qaldırdılar, bir neçə bəzəkli otaq keçdim. Orta yaşlı hərbçi bir arvadla
pəncərədən bayıra baxırdılar. Ayaq səsinə döndülər, kişi əlindəki durbini
arvada verdi, mənə tərəf gəldi. O saat tanıdım ki, Nikolay padşahdır. Təzim
etdim. Soruşdu ki, kimsən, nə üçün gəlmisən. Arvad da gəldi yanımıza. Dedim
ki, Bakıdan gəlmişəm. Tacir babayam. Xəbər aldı ki, o qəbirlərin yanında
niyə oturmuşdun, niyə ağlayırdın. Birtəhər başa saldım ki, bizim dinimizdə
padşah yer üzünün allahıdır. Onlara ağlamaq, ruhlarına dua eləmək savabdır,
bizim borcumuzdur. Dediklərimi arvada firəng dilində başa saldı. Üz-
gözündən anladım ki, sözlərim onun da, padşahın da xoşuna gəlib. Xəbər aldı
ki, indi burda neyləyirsən. Dedim çoxlu mal almışam, amma limanda yük
götürmürlər. O, qapıdakı zabitə nə tapşırdısa, zabit dəftərçəsini çıxardıb yazdı;
sonra məni qaldığım mehmanxanaya apardı və tapşırdı ki, səhər saat doqquzda
hazır ol, gəlib səni aparacağam. Sübh tezdən qalxıb namaz qıldım, bir stəkan
qəhvə içib, başladım gözləməyə. Zabit gəlib çıxdı, məni faytona mindirib
böyük bir imarətə apardı. Qapıda qılınclı-tapançalı zabitlər o saat təzim
elədilər, qapını taybatay açdılar. Yenə böyük bir otağa girdik. Haçasaqqal,
uzunbığ, ahıl bir hərbçi ayağa qalxıb mənə sarı gəldi, aparıb yumşaq stulda yer
göstərib, oturtdu. Dilmancı çağırdılar. Hər şeyi dedim, yazdılar. Mənə iki zabit
qoşub göndərdilər limana. O saat kağızları yazıb verdilər, malları götürdülər.
Bakıya çatanda, gördüm ki, yüklər məndən tez gəlib, daşıyıblar anbarlara...
Neçə il sonra Hacı Hacağanı Peterburqa dəvət edirlər. Vağzala
düşəndə iki zabit gəlib onu qarşılayır, kareta dayanan yerə aparırlar. Hacı
Hacağa xəbər alır ki, bu araba kimindir. Başa salırlar ki, bu karetanı çar sənə
özü göndərib ki, oturasan. Hacı Hacağa Xorasan kürgünü çiyninə salır və deyir:
«Gedək, rəiyyət padşah arabasına oturmaz, padşahın arabası qabaqda gedər,
rəiyyət də onun dalınca piyada... Bunun özü böyük şərəf, böyük fərəhdir...».
Bakıdakı «Metropol» mehmanxanasını hərraca qoyurdular. Hərracın
Tiflisdə olacağı xəbər verilirdi, Hacı Hacağa gedir ora. Bədxahlar onu ələ salıb
soruşurlar ki, Hacı, burda nə gəzirsən? Sən yumşaq rezin çarxlı faytona bir
abbası verib minmirsən ki, bahadır, üç şahılıq dəmir təkərli, köhnə faytonda
gedirsən. Hərracda əlli-altmış min manat söhbəti olacaq. «Tamaşaya
gəlmişəm» deyir. Hərracda mehmanxanaya əlli min manat qiymət elan edilir və
yavaş-yavaş qalxır altmış min manata: Hacı Hacağa qışqırır: «Yetmiş min!».
Ehtiraslar təzədən soşur. Qiymət qalxır doxsan min manata. İkinci zəng
çalınanda Hacı Hacağa qışqırır: «Doxsan doqquz min manat!» Çaxnaşma
düşür. Mehmanxananı Hacı alır. Küçədə bədxahlar soruşur ki: «Hacı, bu qədər
pul hardan?» Cavab verir ki, «Faytonlara vermədiyim şahılardan!» Başqası
downloaded from KitabYurdu.org
98
xəbər alır: «Hacı, bəs niyə yüz min manat demədin!» «Axı min manatla beş
min dəfə faytonda getmək olar».
Hacı Hacağanın evinə təzə qulluqçu götürürlər. Qaş qaralanda
qulluqçuya deyirlər ki, çıraqları yandır. O da pəncərədəki çıraqların şüşəsini
bir-bir çıxardır, kibriti alışdırıb yandırır. Hacı bunu görəndə cəld qulluqçunun
başının üstünü alır: «Dayan! Dayan! Əvvəlcə çıraqların şüşəsini çıxar, düz yan-
yana». Qulluqçu onun dediyinə əməl eləyir. Hacı bir kibrit alışdırıb çırağın
beşini yandırır, sonra da bir parça kağız götürüb alışdırır, çıraqların o birilərini
də yandırır və qulluqçuya deyir: «İndi şüşələrini tax, hər gün bax, belə edərsən.
Yoxsa hər çırağa bir kibrit çöpü yandırsan məni müflis edərsən...»
Hacı Hacağanın qəribə bir xasiyyəti də varmış. Xoşu gəlməyən adam
ona salam verəndə «Xudahafiz» deyə uzaqlaşarmış.
Professor memar Sərkisov deyirdi ki, milyoner Adamov qardaşlarının
da maraqlı tarixçələri var...
Bu qardaşlar Bakıya əliboş gəlib, zirzəmidə emalatxana açıb,
başlayırlar xarratlığa. Səhər alaqaranlıqda işə başlayar, bir də axşam çıraqlar
yananda zirzəmidən çıxardılar. Külli ixtiyar böyük qardaşın əlində idi. O, bazar
günləri hər qardaşa bir abbası xərclik, iki şahı da dəllək və hamam pulu verərdi.
Hamıya pal-paltarı o alar, təsərrüfata özü baxardı... Beş ildən sonra, bazar
günlərinin birində, səhər çayından sonra böyük qardaş fərəhlə deyir ki,
sabahdan emalatxanada iki nəfər işləyəcək. Bankda bir milyon manat pulumuz
var, körpü almışam, taxta-şalban alış-verişi edəcəyik. Müqavilə bağlamışam,
Rusiyadan, bir də Lənkərandan, Ənzəlidən tir, ağac, taxta göndərəcəklər.
Bakıda başqa milyonçular da vardı: Şibayev, Leonozov, Rotşild,
Zubatov, Bakendorf və s.
Mantaşev Bakı neftindən yüz milyonlarla fayda götürürdü, şəhərdə
bircə dənə fərli bina tikdirib. Amma mədənlərdə, dustaqxanadan da pis
kazarmalar inşa etdirdi. Xaricə qaçdı və 1920-ci illərin əvvəlində əli hər
yerdən, ümidi Bakıya qayıtmaqdan üzüləndən sonra Suraxanı, Sabunçu və
Bibiheybət mədənlərini, Parisdə dünya neft inhisarçısı Deterdinqə 7 milyon
franka satdı.
İsabəy Hacınski də neftxuda idi. Bibiheybətdə zəngin mədəni vardı,
onun şəhərdə bərli-bəzəkli mülkü hamının diqqətini cəlb edir. Bu tərəflərə yolu
düşənlər qeyri-ixtiyari ayaq saxlayıb bu gözəl binaya tamaşa edir. Əvvəl
Balaxanı (Basin) küçəsilə Marinski (Karqanov) küçəsinin tinində imarət tikdirir
və xeyli vaxt orada yaşayır, sahildə təzə evi hazır olandan sonra ora köçür,
əvvəlkini verir qardaşına.
Bakı bulvarının salınmasında İsabəy Hacınski çoxlu pul xərcləmişdi.
İki oğlu, bir qızı vardı. Böyük oğlu Sadıq bəy gözəl geyinirdi. Hər gününün öz
libası vardı. Geydiyi paltarın rəngindən adamlar həftənin hansı günü olduğunu
təyin edərdilər. Hər gün səhər düz on tamamda evdən çıxıb karetaya, ya da
downloaded from KitabYurdu.org
99
faytona oturanda ətrafdakı dükançılar saatını yoxlar, artıq-əskikliyini
düzəldərdilər. Gimnaziyada oxuduğu sinfin kasıb şagirdlərinin məktəb pulunu
verər, onlara paltar və kitab-dəftər alardı.
Bakıda memarlıq baxımından bir-birilə bəhsə girən yüzlərlə bina var.
Bu binalar heç bir cəhətdən bir-birinə oxşamadığı kimi, bir-birini təkrar da
etmir. Lakin İsabəyin roma, kotik və modern üslublarda tikilmiş mülkü diqqəti
cəlb edir. Dəniz kənarında tutduğu mövqe, əsrlərin yadigarı, əfsanəvi «Qız
qalası» ilə yanaşı durması, onlardakı təzad insanı valeh etməyə bilmir. İmarətin
xarici gözəlliyi, lakonikliyi, ondakı plastika daxili bəzəyilə tam vəhdət əmələ
gətirir, görünür istedadlı memar ilhamının ən coşğun çağlarında onu
layihələşdirib, var qüvvəsini, canını, qəlbini ona sərf edib.
İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan
heykəlləri binaya əzəmətli görkəm verirdi. Təəssüf ki, 1918-ci il mart
hadisələri zamanı bu aslan heykəlləri atılan qumbaralardan parça-parça oldu.
Dostları ilə paylaş: |