Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   ...   9   10   11   12   13   14   15   16   17
KY0000435


BİR NEÇƏ MƏLUMAT 
 
Nəriman Nərimanov 1919-cu ilin iyulunda Həştərxandan əksinqilabçı 
Müsavat  hökumətinin  baş  naziri  Nəsibbəy  Yusifbəyova  yazır:  «Bütün 
siyasətiniz  üçün  Zaqafqaziya  müsəlman  fəhlə  və  kəndlilərinin  məhkəməsi 
qarşısında cavab verməli olacağınız müdhiş saat yaxınlaşır...». 
* * * 
Bazarda  qiymətlər  -  Ağ  çörəyin  girvənkəsi  (400  qram)  -  30  manat, 
qarışıq  çörək  -  23  manat,  kəpəkli  çörək  -  18  manat,  arpa  çörəyi  -  8  manat, 
downloaded from KitabYurdu.org

234 
 
qoyun əti - 36 manat, pendir - 80 manat, yağ - 140 manat, qənd və şəkər - 110 
manat,  manpası  -  130  manat,  soğan  -  16  manat,  kartof  -  15  manat,  süd  -  15 
manat,  səbzə-kişmiş  -  30  manat,  düyü  –  20-25  manat,  yumurta  -  10  manat. 
Fəhlənin gündəlik əmək haqqı isə 35 manatdır. İndi kasıb, gəl külfət saxla. 
* * * 
Mədənlərdə. Bibiheybətdə bir neçə fəhlənin söhbəti:  «İki gündür evə 
getməmişəm, balalarım yalvarıb ət istəyirlər».  «Bizimkilər çörəyə həsrətdirlər, 
ətin dadı çoxdan yaddan çıxıb. Özüm azarlı; işə çıxmasam olmur». «Əh, mən 
özüm  acından  ölürəm,  o  ki,  arvad-uşaq  ola?  Sahibkarlar  günümüzə  30  manat 
verirlər.  Onun  da  beşini  mirzə  çıxır,  üçünü  podratçı  kəsir,  ələ  gələni  də  kara 
gəlmir», «A kişi, pulu o qədər gec verirlər ki, qiymətdən düşür olur zibil». 
* * * 
Bir    nəfər    Bibiheybətə    nəzir  aparırdı.    Fəhlələr  onu  dayandırıb 
yalvarırlar ki, sən allah, sən peyğəmbər, bizim adımızdan da Bibini ziyarət elə 
və  xahiş  elə  ki,  bu  qarnıyoğun  xozeyinlərin  ürəyinə  rəhm  salsın,  olmasa  neft 
quyularına od salsın. 
Suraxanıda. Gündüzlər də bayıra çıxmaq olmur. Hərc-mərclik hökm 
sürür.  Evləri  qarət  edirlər;  qışqır-bağır,  yalvarmaq  kömək  etmir.  Polis 
məmurları özü qarət edənlərdir. 
* * * 
Dağıstan neçə aydır ki, od içində yanır, məmləkət puç olur. 
* * * 
Şibayevin  Ağ  şəhərdəki  zavodundan  domna  sobasındakı  platin  kasa 
oğurlanıb. Əhvalat belə  baş verib: gecə  saat 3-də  bir dəstə  adam zorla  həyətə 
soxulub, silah gücünə növbədə olan gözətçilərin hamısının  əl-qollarını sarıyıb, 
sexə  keçib  ocağı  (farsunkanı)  söndürüb,  platin  kasanı  çıxarmışlar.  Küçədə  də 
üç  nəfərin  əl-qolu  sarınıbmış.  Qapıçını  qarnından  2  güllə  ilə  yaralayıblar. 
Yaralı, telefonla çapqın barədə polisə xəbər verməyə  macal tapıb, sonra ölüb. 
Mütəxəssislərin fikrinə görə platin kasanın dəyəri ağlasığmaz dərəcədə bahadır. 
Hazırkı qiymətlərlə hesaba gələn deyil; əgər zavodda ehtiyat platin kasa yoxsa 
iş dayanacaq. 
* * * 
Fatmayıda  kəndxuda  kor  Rəhman  bir  «malades»  üçün  Dadaş 
Bünyadzadəni tutub pristava vermişdir. 
İngilislər iyirmiyə qədər adamı,  günahsız  olduqları halda, əsassız, bir 
ildən beş ilə qədər həbsə məhkum edib  dustaqxanalarda  saxlayırdılar. Ortada 
heç bir sənəd-sübut yoxdur.  
* * * 
Nikolay  və  Kerenski  pullarının  qiyməti  gündən-günə  aşağı  düşür. 
Birjada çaxnaşma, maliyyəçilər, dəllallar, alverçilər başlarını itirib. 
* * * 
downloaded from KitabYurdu.org

235 
 
Quba (Füzuli) meydanında və Şamaxı yolunda (Cəfər Cabbarlı küçəsi) 
qoçular  bəhsə-bəhslə  at  çapanda  atların  ayaqları  altında  bir  arvad  və  üç  uşaq 
qalıb, bir uşaq ölüb, ikisi yaralanıb, arvad da yarımcandır. 
Üç  dövlətli  bəhsə-bəhs  fayton  çapanda  qabağa  ötən  faytona  dalda 
qalanlar  güllə  atıblar,  atışma  düşüb,  ölən  və  yaralananlar  var,  yoldan  ötən  iki 
nəfər cavan da ölüb. 
 
* * * 
Ey gül bədənim, sən nə üçün böylə mükəddər,  
Halada tulu etmədimi fəsli baharın?  
Ey canlı çiçək, örtülü qalsınmı üzarın?  
Aç  çöhrəni!  Ey  çöhrayi   məstur  və  füsunkar. 
 
Məhəmməd  Hadi 
 
* * * 
Bir  tabor  əsgər  hərbi  musiqi  təranələri  altında  təlimdən  Salyan 
qışlalarına  qayıdanda,  bir  qoçu  onları  Quba  (Füzuli)  meydanında  dayandırıb, 
musiqiçilərə  «Azərbaycan»  havası  çaldırtdırıb,  özü  oynayıb;  əsgərlər  və 
meydanda olan adamlar əl çalıblar. Sonra da qoçu  əsgərləri pitiyə qonaq edib, 
hər əsgərə 50 manat bağışlayıb. 
 
SABAHA AÇILAN PƏNCƏRƏ 
 
Hava  korpusu  -  Bakı  sahil  radio  stansiyası.  Bolşeviklərdən  bir  radist 
1919-cu  ilin  axırlarından  başlayaraq  Bayıldakı  stansiyadan  gizli  surətdə  əvvəl 
Həştarxan,  sonrada  Moskva  ilə  necə  əlaqə  yaradıldığından  danışırdı:  «Rabitə 
çox zəif idi, lakin təşkilat Moskvaya ardıcıl məlumat verib, tapşırıq almalı idi. 
Həştərxana  bolşeviklərin  xüsusi  ekspedisiyası  vasitəsilə  göndərilən  xəbərlər 
çox  vaxt  gecikir,  əhəmiyyətini  itirir,  həm  də  gündən-günə  çətinləşirdi.  Bütün 
yolları  ağlar  mühasirəyə  almışdılar,  ekspedisiyanın  qayıqlarını  tutur, 
komandaya  olmazın  işgəncə  verib,  axırda  da  güllələyir,  ya  da  ki,  diri-diri 
çuvala salıb dənizə atırdılar. Bünyad Sərdarov, F. Qubanov, Səməd Cəfəroğlu, 
Kuznetsov, İvan Saraykin, Roqov və başqalarını bu yolla öldürmüşdülər. 
Mərkəz  xeyli  götür-qoy  edəndən  sonra  qət  etdi  ki,  radio  ilə  rabitə 
yaratmaq lazımdır: başqa çarə yox idi. 
Bu  çətin,  ağır  və  çox  qorxulu  iş  idi.  İlk  günlərdə  heç  nə  çıxmadı. 
Axırda birtəhər Həştərxan radio stansiyasına salandıq. Birinci radioqramı gecə 
saat 4-də verdik və cavab da aldıq. İnanılmış matroslardan biri aparatlara, birisi 
də  radistə  baxırdı,  həm  də  əhvalatdan  xəbərdar  olmayan  qulluqçuları  gözdən 
qoymurdular. 
downloaded from KitabYurdu.org

236 
 
Rəhbərlik mənə göstəriş verdi ki, radio ilə, aldığımız cavabı Persidski 
(Poluxin) küçəsindəki Çolax Ağabala Quliyevin mülkünə aparım. Binanı tapıb 
zəngi çaldım. Qapıda bir arvad göründü və nəzəkətlə soruşdu: «Kimi istəyirsiz? 
Sizə  nə  lazımdır?».  Mən  də  nəzakətlə  xəbər  aldım:  «Mariya  İvanovna 
evdədir?»  Qadın  qapını  aralayıb  məni  təmtəraqlı  geniş  bir  dəhlizə  buraxdı: 
«Buyurunuz salona!»,  - dedi. 
Salon  şərq  üslubunda  bəzənmişdi.  Tavan  döşəmədən  gözəl,  döşəmə 
divarlardan. Divarlar isə əfsanəvi bir aləm  idi. Nəqşlər, qızıl təki par-par bərq 
vurur.  Adam  özünü  itirir.  Həqiqətdən  çox  əfsanəyə  oxşayan  bir  aləm... 
Görməsən  təsəvvür edə bilməzsən. Büllur çilçırağın   hər biri elə bil iri brilyant 
parçasıdır.  Çox  güman  ki,  çilçırağın  nəqşli  metal  hissələri  gümüşdən  idi. 
Küçəyə  baxan  pəncərələrin  arasında  tavana  çatan  əzəmətli  daş    güzgünün 
həşiyələri  inkrustatsiyalı,    naxışlı-bəzəkli  gümüşdən  idi.  Hər  şey  həqiqətdən 
çox  xəyala  oxşayırdı.  Mat-məəttəl  salonun  qeyri-adi  zəngin  bəzək-düzəyinə 
tamaşa  edirdim  ki,  baş  qapının  məxmər  pərdələri  aralandı,  qırx  yaşlarında, 
sarışın  bir  kişi  çıxdı.  Əynində  türk  xalatı,  ayaqlarında  ev  çustu,  başında  qara 
qotazlı,  tünd  sumağı  fəs.  Siması  sərt,  hərəkətləri  cəld  və  çevik.  Gözlərindən 
zəka yağırdı, tünd-kəskin baxışı, burma, qəşəng bığı, üst-başı, duruşu-oturuşu, 
hərəkət tərzi, üzündəki cizgilər, hər şey, hər şey onun türk olduğunu göstərirdi. 
Xalis türk paşası idi. Yaxınlaşıb əlini uzatdı, mən də əl verdim;  barmaqlarım 
elə bil məngənəyə girdi. «Siz radio stansiyasındansınız?» deyə soruşdu. Başımı 
təsdiq işarəsi ilə tərpədib dedim: «Bəli!» Paşa oturmağa  yer   göstərdi. Taxtın 
arxa və baş tərəflərində xara üzlü mütəkkələr vardı. 
Paşa  da  əyləşdi.  Mən  Həştərxandan  aldığım  radioqramı  qoltuq 
cibimdən  götürüb  ona  uzatdım.  Paşa  sevindi  və  lütfkar  bir  təbəssümlə,  xoş 
baxışla  mənə  nəzər  saldı,  təşəkkür  edib  durdu  ayağa.  Mən  də  durdum.  Əlini 
mənə uzatdı. Ehtiyatla əl verdim. Vidalaşdıq. 
Arvad məni yola salıb qapını bağladı. 
Bu  minvalla  efirin elektromaqnit dalğaları Bakıya  yeni-yeni xəbərlər, 
əmrlər,  göstərişlər  və  məsləhətlər  gətirir,  Bakıdan  isə  görülən  işlər  barədə 
raportlar aparırdı. 
Bu  aylarda  fəhlə-kəndli  Qızıl  Ordusu  Denikinin  ordusu  ilə  vuruşa-
vuruşa cənuba tərəf irəliləyirdi. 
Radio  stansiyası  işçiləri  canlarını  əsirgəmədən,  ölüm  təhlükəsindən 
belə  qorxmayaraq  Müsavat  hökumətindən  məvacib  alıb  başlarının  üstündən    
Moskvaya  xidmət  edirdilər.  Bəzən  gecələr  radioqram  vermək  mümkün 
olmayanda,  risk  edib,  gündüzlər  rəqəm  şrifti  ilə  məlumat  verirdilər.  Bir  dəfə 
gündüz günorta çağı qəfildən poçt-teleqraf kantorunun rəisi gəlib girir içəri və 
soruşur ki, radioqramı hansı şriftlə verirsiz. Radist özünü itirmir, cavab verir ki, 
Yerevanı  çağırıram.  Xoşbəxtlikdən  onda  Yerevanla  əlaqə  rəqəm  şrifti  ilə 
saxlanırdı.  Yenə  xoşbəxtlikdən  o  zamanlar  ağqvardiyaçı  könüllü  donanmada 
downloaded from KitabYurdu.org

237 
 
işləyən radistlərin çoxu sovetlərə hüsn-rəğbət bəsləyirdilər. Bakıdan tutduqları 
radioqramları  denikinçilərdən  gizlədirdilər.  Onlar  hətta  Bakı  ilə  əlaqəyə  girib 
xəbərdar edirdilər. 
İş o yerə çatmışdı ki, Bakı hər an, istədiyi vaxt Həştərxan və Moskva 
ilə əlaqə saxlaya bilirdi. 
Birdən  hökumətin  yarım  rəsmi  orqanı  «Azərbaycan»  qəzeti  öz 
səhifələrində  elan  etdi  ki,  Türkmənistandan  gələnlər  xəbər  verirlər  ki,  Bakı 
radiostansiyası  hər  gecə  Həştərxandakı  bolşeviklərlə  calanır,  məlumat  verir, 
göstəriş alır. Radiostansiya bolşeviklərin casusluq ocağıdır. 
Görünür  Xəzərin  o  tayında  denikinçilərin  radiostansiyası  Bakıdan 
verilən radioqramları tuturmuş. Hər an intizarla gözləyirdik ki, gəlib bizi tutub 
həbs edəcəklər, ağır cəza verəcəklər. 
Həftənin axırında tezə əngəl çıxdı. Gecə saat 12-də radiostansiyaya iki 
nəfər  türk  radioteleqrafçısı  təyin  etdilər.  Birinin  adı  Vəli,  o  birisininki  Əziz 
Xəlil. Rusca pis danışırdılar. Əziz əsasən telefon olan yerdə otururdu. 
Rəisimizə  dedilər ki, poçt-teleqraf naziri səni telefona çağırır. İşin nə 
yerdə  olduğunu  başa  düşür,  gecənin  bu  aləmində,  şübhəsiz  ki,  söhbətin  ancaq 
gizli verilişlər barədə olacağını duyur. Həyəcanla, əli əsə-əsə telefon dəstəyini 
götürür,  rəsmi  bir  dildə  deyir:  «Cənab  nazir,  qulaq  asıram».  Nazir  bərkdən 
qışqıra-qışqıra  düşür  onun  üstünə:  «O  nədir,  orda  casus  ocağı  açmısız?  Bu 
dəqiqə qaç şöbə müdirinin  yanına, de ki, radiostansiyanı bağlayıb  möhürləsin. 
Gözətçi qoysun. Heç kəsi  stansiyaya yaxın buraxmasın». 
Qapı şarappıltı ilə açıldı, şöbə rəisi kandarda göründü. Qəm dəryasına 
batmışdı. Yaxınlaşıb telefon dəstəyini yoldaşımızın əlindən alıb, özünü o yerə 
qoymayaraq başladı nazirlə danışmağa:  «Heç ola bilməz ki, bizim işçilərimiz 
casusluq eləsin. Özüm hər şeyi yoxlayıb, günahkarları verərəm məhkəməyə...». 
Radist  pəncərə  qabağında  dayanıb,  dənizə  baxır,  özü  isə  qəm  dəryasındadır, 
işin nə ilə qurtaracağını götür-qoy edir. Fikrindən bir-birindən qorxulu min bir 
ehtimal  keçir.  Nə  etmək?  Nə  qədər  ki,  tutub  həbs  etməyiblər  qaçıb  aradan 
çıxmaqmı? Yoxsa qalıb gözləməkmi? 
Şöbə  rəisi  nazirlə  danışıb  qurtardı,  dəstəyi  yerinə  qoydu,  dönüb 
pəncərə  qabağındakı  radistə  dedi:  «Gedək,  radio  stansiyasını  bağlayıb 
möhürləyək. Əsgərlər də, gözətçilər də şahid kimi akta qol çəkərlər». 
Elə  də  elədilər.  Bütün  gecəni  gözlədilər  ki,  gəlib  onları  həbsxanaya 
aparacaqlar. 
Sabahı  gün  radiostansiyaya  dörd  nəfər  poçt-teleqraf  işçilərindən 
nəzarətçi  təyin  etdilər.  Yoxlama  aparmağı  nazirliyin  işlər  müdiri  sol  eserə 
tapşırdılar.  O  da  Müsavat  hökumətinin  son  günləri  olduğunu,  onun  tezliklə 
yıxılacağını  güman  edib,  işi  təxirə  saldı.  Nazirin  özü  də,  çox  güman  ki,  o 
fikirdə imiş. 
downloaded from KitabYurdu.org

238 
 
Görünür radiostansiyanın öz  qulluqçularından kim  isə  intiqam almaq 
məqsədilə nazirə şeytanlıq etmişdi. Qızıl Ordu Petrovskini (Mahaç-Qala) azad    
edib Azərbaycan sərhədlərinə yaxınlaşırdı. 
Mərkəz bizə tapşırmışdı ki, üsyan vaxtı birdən hökumət Tiflisə, gürcü 
menşeviklərinə  müraciət  edib  yardım  istəsə  radiostansiyanı  xarab  edin. 
Müsavatçılarla gürcü menşevikləri arasında qarşılıqlı hərbi yardım müqaviləsi 
vardı. 
Üsyan  vaxtı  Moskvadan  radio  ilə  kömək  istəməyi  həyata  keçirə 
bilmək  üçün  türk  radistlərini,  Vəli  və  Əziz  Xəlili    Bakıdakı    Mustafa    Kamal  
tərəfdarları    olan  mərkəzə  aparıb  başa  saldılar  ki,  Sovet  Rusiyası  ilə  Türkiyə 
azadlıq hərəkatı rəhbərləri arasında dostluq münasibətləri   var. Zaqafqaziyada 
Sovet  hakimiyyəti  qurmağı  Mustafa  Kamalın  başçılıq  etdiyi  yeni  Türkiyə 
hökuməti  də  istəyir.      Kamalçıların  Antantaya  qarşı  mübarizəsini  davam 
etdirmək üçün yardımı ancaq Zaqafqaziya vasitəsilə göndərmək   mümkündür. 
Fransız  və  ingilis  qoşunlarını  Türkiyədən  ancaq  bu  yolla  qovmaq  olar.  
Kamalçılar  Əziz  Xəlilə  və  Vəliyə lazımi təlimat vermişdilər. 
Aprelin 26-dan 27-sinə keçən  gecə radio ilə Moskvaya xəbər verməli 
idik ki, Bakıda silahlı üsyan olacaq. Xahiş olunur Qızıl Ordu köməyə gəlsin. 
Xəlil  araq  alıb,  hökumət  nəzarətçilərini  yataqxanaya  apardı.  Vəli  isə 
Xəlili əvəz etməyə getdi; onlar bir-birinə yaman inanırdılar. 
1920-ci  il  aprelin  27-də  Azərbaycan  İnqilab  Komitəsi  dərhal  kömək 
üçün radio ilə Moskvaya - V. İ. Leninə müraciət etdi. Müraciətnamədə deyilirdi 
ki,  Bakı  proletariatı  üsyan  edərək  Müsavat  hökumətini  yıxmışdır.  İnqilab 
Komitəsi  Gəns  Rusiya  Sovet  Respublikası  hökumətinə  qardaşlıq  ittifaqı 
bağlamağı təklif edir. Xarici və daxili əksinqilabın birləşmiş qüvvələrinə qarşı 
öz  gücü  ilə  müqavimət  göstərməyə  imkanı  olmayan  İnqilab  Komitəsi  kömək 
üçün dərhal Qızıl Ordu hissələrinin göndərilməsini xahiş edir. 
Qızıl  Ordunun  Qafqaz  cəbhəsinin  sərkərdəsi  M.  N.  Tuxaçevskinin 
əsgərləri  Denikinin  könüllü  ağqvardiyaçı  dəstələrini  tar-mar  edib 
Zaqafqaziyaya  yaxınlaşmışdı.  XI  Qızıl  Ordu  artıq  Dağıstanı  təmizləyib 
Azərbaycan sərhədlərində idi. 
Bakı  proletariatı  var  qüvvəsilə  silahlı  üsyana  hazırlaşırdı.  Mədən  və 
zavodlarda, fabrik və emalatxanalarda, dəmir yolunda və donanmada, xüsusən 
hərbi  gəmilərdə  və  əsgərlər  arasında  əlahiddə  dəstələr  yaradılmışdı; 
təbliğatçılar əhali arasında qızğın fəaliyyət göstərirdilər. 
Milyonçular  -  Bakının  neft  sahibkarları,  böyük  tacirlər,  sərmayə 
sahibləri  Novruz  bayramı  şənlikləri  tamam  olan  kimi  dəstələrlə  vəzndən 
yüngül,  qiymətdən  ağır  var-yoxlarını  götürüb  Batuma,  ya  da  Ənzəliyə 
qaçırdılar. Biletin  qiyməti  çox  baha  idi.  Dəmir  yolu  vağzalında  adam  əlindən 
tərpənmək  olmurdu.  Körpülərdə  basabas  idi.  Varlılar  artıq  anbarlara  da 
doluşurdular. Göyərtələrdə ayaq qoymağa yer yox idi. 
downloaded from KitabYurdu.org

239 
 
Ayaq altında qalanlar da az deyildi. 
Proletariat  cəbhəsində  sinfi  həmrəylik  tam  qüvvəsilə  özünü  göstərir, 
hamı silahlı üsyana hazırlaşırdı. 
Hərbi  İnqilab  qərargahı  xaricdə  və  daxildə  lazımi  yerlərlə  əlaqə 
yaratmışdı. 
Hadisələr ildırım sürətilə bir-birini əvəz edirdi. 
Hələ  1920-ci  il  mart  ayının  15-də  Zaqafqaziya  zəhmətkeşləri  gənc 
Sovet   Rusiyasına, Leninə müraciət edir. 
Martın 17-də, Zaqafqaziya xalqlarının bu müraciətini alandan iki gün 
sonra V. İ. Lenin Qafqaz Cəbhəsi İnqilabi hərbi şurası İ. T. Smilqaya və Q. K. 
Orconikidzeyə  teleqram  göndərir.  «Bakını  almaq  bizə  olduqca  və  olduqca 
zəruridir. Bütün səylərinizi buna verin...»
*
 
Qafqaz  cəbhəsinin  komandanı  M.  N.  Tuxaçevski  operativ  əməliyyat 
planı  tərtib  edir.  Aprelin  25-də  M.  Q.  Yefremov  Qızıl  Ordunun  İnqilab 
Şurasına çağırılır. Ona Bakıya hərəkət etmək əmri verilir. 
Aprelin  26-da  Azərbaycan  Kommunist  (bolşevik)  Partiyasının  və 
RK(b)P-nin  Qafqaz  Ölkə  Komitəsinin  Bakı  bürosu  ilə  birgə  təcili  iclasında 
əksinqilabçı  Müsavat  hökumətini  silahlı  üsyan  yolu  ilə  yıxmaq  üçün  operativ 
plan  tərtib  edilir.  Qaraşəhər  və  Bayıldakı  gizli  anbarlardan  fəhlələrə  silah 
paylanır,  Çingiz  İldırım,  Mirzə  Davud  Hüseynov,  Həmid  Sultanov  və  başqa 
bolşeviklərin topladıqları silahlar proletar inqilabına xidmət edəcəkdi. 
Eynilə  Balaxanı,  Sabunçu,  Ramana,  Binəqədi  və  sair  mədənlərdə, 
Ağşəhər və Qaraşəhərdəki zavodlarda, dəmir yolu deposu və emalatxanalarında 
əhaliyə  silah  paylanır.  Gəmilərdə,  körpülərdə  və  tərsanələrdəki  fəhlələrə  isə 
Çingiz İldırımın göstərişilə silah verilir. 
Mədən  və  zavodlarda  törədilə  biləcək  təxribat  və  yanğının  qabağını 
almaq məqsədiylə xüsusi silahlı gözətçilər təyin edilir. 
Aprelin 
26-da 
Azərbaycan 
Kommunist 
(b) 
Partiyası 
MK 
nümayəndələri Q. Musabəyov, H. Cəbiyev və sairələri Dağıstan  -  Azərbaycan 
sərhədinə gəlirlər. 
Aprelin  27-si  səhər  AK(b)P MK  Müvəqqəti  İnqilab  Komitəsi  yaradır 
və Nəriman Nərimanov Komitəyə sədr seçilir. 
Hərbi  donanmanı    üsyana      hazırlamaq    Çingiz  İldırıma  tapşırılır. 
Donanmada 7   hərb gəmisi vardı. Onlara güclü toplar qoyulmuşdu. 
Hərb  gəmilərinin  heyəti  bütünlüklə  kommunistlərdən  və  onların 
tərəfində  olan  adamlardan  ibarət  idi.  Aprelin  26-dan  27-nə  keçən  gecədə, 
Çingiz İldırım gəmilərə top güllələri yollayır. 
Bayılda, ən hündür yerdə uzaqvuran sahil topları qoyulmuşdu. 
                                                           
*
 V. İ. Lenin. Əsərlərinin tam külliyyatı,  51-ci cild, səh. 191. 
downloaded from KitabYurdu.org

240 
 
Aprelin  27-də  səhər  tezdən,  Çingiz  İldırım  bir  dəstə  dənizçi  ilə 
gözlənilmədən  Bakı  hərbi  yunker  məktəbinə  daxil  olub,  bütün  kursantları 
tərksilah etmişdilər. Bir az sonra fəhlələrlə bərabər birinci şəhər polis şöbəsini 
tutub və hökumətin Bayıldakı silah anbarını zəbt edirlər. Limanı tutandan sonra 
Bayıl  həbsxanasındakı  siyasi  məhbusları  azad  edirlər.  Dadaş  Bünyadzadə, 
Rəhim Hüseynov, Qasım İsmayılov və digər bolşeviklər həbsdən xilas olurlar. 
Azərbaycan K(b)P MK-nın sərəncamı ilə Xəzər hərbi donanması əmrə 
hazır idi. Bütün gəmilərdən aypara və səkkiz guşəli ulduz və üç (qırmızı, abı və 
yaşıl) rəngli müsavat bayraqları çıxardılıb əvəzinə Sovet Azərbaycanının çəkic-
oraqlı, ay-ulduzlu qırmızı bayraqları sancılır. 
Aprelin  27-də  səhər  saat  10-da  Çingiz  İldırımın  komandası  altında 
limandakı hərb gəmiləri top lülələrini Parlamentin binasına tuşlamışdı. 
Bakıda  çox  gərgin,  qeyri-adi,  təhlükəli  vəziyyət  yaranmışdı,  hərbi 
donanma bütünlükdə, ordunun bir hissəsi, dəmir yolu, poçt, teleqraf, radio artıq 
bolşeviklərin  əlində  idi.  Müsavat  hökumətinin  başçısı  Nəsibbəy  Yusifbəyov, 
hərbiyyə  naziri  Mehmandarovdan  soruşur:  «Müsavat  ordusu  düşmənin 
qarşısını saxlaya bilərmi?» Hərbi nazir Səmədbəy suala sualla cavab verir: «Siz 
hansı düşməndən danışırsız?»  -  Və  özü də  cavab verir.  -  «Əgər daşnakları və 
menşevikləri  deyirsinizsə,  buna  ümid  etmək  olar,  lakin  Qızıl  Ordunu  nəzərdə 
tutursunuzsa, bu mənasızdır, cənab baş nazir. Onlara qarşı bir an belə gücümüz 
çatmaz! Biz bolşeviklərlə döyüşməyəcəyik!» 
Hərbiyyə  naziri  Səmədbəy  Mehmandarovun  oğlu  şahidi  olduğu  son 
günü  belə  təsvir  edir:  «On  iki  yaşım  var  idi.  Atam  aprelin  27-də  parlaman 
iclasından  qayıdıb  özümüzlə  aparmaq  üçün  anamın  hazırladığı  çamadanları 
gördükdə  dedi  ki,  bunları  boşalt,  heç  yerə  gedəsi  deyilik.  Anam:  «Nə 
danışırsan? Necə gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?». 
Atam  cavab  verdi  ki,  «Parlamanın  son  iclası  qurtaranda  «Hümmət» 
fraksiyası    lideri    Əliheydər    Qarayev  mənə  yaxınlaşıb  əmin  etdi  ki, 
«Səmədbəy,  getmə,  qal!  Heç  yerə  getmə.  Söz  verirəm  ki,  başınızdan  bir  dənə 
də tük əskik olmayacaq. Qal bizimlə işlə...». 
Anam  dilləndi:  «Ola  bilər  ki,  sənə  heç  nə  eləməzlər,  amma  oğlunun 
taleyi,  gələcəyi,  mənim  vəziyyətim?;.»  Atam  qəti  səslə:  «Heç  yerə 
getməyəcəyik»,  dedi.  Anam  mızıldadı:  «Axı  qatar  Biləcəridə  gözləyir...». 
Atam:  «Bizsiz  də  gedərlər.  Vətəndən  ayrılmağa  heç  bir  əsasım,  haqqım 
yoxdur». 
Doğrudan  da  Biləcəridə  Müsavat  hökumətinin  başçılarını  Tiflisə 
aparacaq qatar atama görə saat yarım gözləmişdi. 
Aprelin 28-i səhər Hər günkü təki  yuxudan qalxdıq. Çay içdik, çörək 
yedik. Atam general libasını geydi, başladı maşını gözləməyə. Şoferdən xəbər 
yox  idi.  Telefonda  zəng  çaldı,  cavab  verən  olmadı.  Məni  göndərdi  ki,  get  gör 
downloaded from KitabYurdu.org

241 
 
Əşrəf  niyə  maşını  gətirmir.  De  bir  az  tələssin,  gedib  nazirliyi  təhvil 
verməliyəm». 
Qaraj  indiki  «Azneft»  binasının  arxasındakı  birmərtəbəli  binaların 
birində  idi.  Müsavat  hökumətinin  baş  nazirliyi  də  indiki  «Azneft»  binasında 
yerləşirdi. 
Mirbabayev o binanın yarısını hökumətə verib kirayə də almırdı. 
«Getdim  gördüm  ki,  qarajı,  o  ətrafda  olan  mülkləri  silahlı  adamlar 
araya  alıblar,  heç  kəsi  girib  çıxmağa  qoymurlar.  Şofer  də  uzaqda  dayanıb. 
Dedim  ki,  Əşrəf,  atam  maşını  gözləyir,  niyə  gəlmirsən?»  Silahlı  adamları 
göstərib dedi ki, «bunlar məni qaraja yaxın qoymurlar». 
Qayıdıb əhvalatı atama xəbər verdim. Çıxdım küçə tərəfdəki eyvana. 
Dor ağacında oraq-çəkic ulduzlu bayraq yellənən bir barkaz sahilə yaxınlaşırdı. 
Otağa  girib  gördüyümü  atama  xəbər  verdim.  O  dedi:  «Bilirəm,  məlum 
məsələdir...». Anama baxıb əlavə etdi: «Gedib nazirliyi təhvil verməliyəm». 
Anam mənə baxdı: «Sən də geyin, atanla get, - dedi. - Bu qarışıqlıqda, 
allah bilir, nə baş verə bilər...» 
Geyindim.  Düşdük  küçəyə,  yollandıq  nazirliyə.  «Qafqaz-Merkuri» 
körpüsünün  (indiki  Kukla  Teatrının)  qabağında  adamlar  əllərində  Qırmızı 
bayraq  nümayişə  çıxmışdılar.  Atam  general  libasında  onların  yanından  keçdi. 
Heç kəs dinmədi». 
«Nazirliyə (Maliyyə nazirliyi olan bina) çatanda gördük ki, tünlükdür, 
çoxlu  silahlı  adam  var.  Atamı  uzaqdan  görəndə  bir  neçə  nəfər  yaxınlaşıb 
hörmətlə görüşdülər. Sovet Azərbaycanının hərbi Dəniz İşləri komissarı Çingiz 
İldırım qolundan yapışıb içəriyə aparanda, atam dönüb mənə dedi ki, get anana 
çatdır ki, hər şey qaydasındadır». 
Sonralar general Səmədbəy Mehmandarov Sovet hökumətinin Bakıda 
açdığı hərbi məktəbdə dərs demiş, Moskvada Qızıl Ordu komandiri olmuşdur. 
Vəziyyəti  müzakirə  etmək  üçün  aprelin  27-də  səhər  saat  10-da 
parlamanın  fövqəladə  iclası  çağırılır.  Hamı  toplanır.  Birdən  salona  başda 
Həmid Sultanov olmaqla  üç  nəfər daxil olur. Həmid  Sultanov cəld addımlarla 
yaxınlaşıb içində ultimatum olan zərfi parlamanın sədrinə verir. 
Salonda hamı özünü itirir, hamı susur. 
Parlamanın  sədri  ultimatumu  oxuyur:  «Azərbaycan  İnqilab  Komitəsi 
parlamanı  buraxıb  Müsavat  hökumətinin  dərhal  inqilabi  komitəyə  təslim 
olmağını tələb edir!» 
Səmədağa  Ağamalı  oğlu  yerindən  qalxıb  bərkdən  deyir:  «Vəssalam! 
Bazar bağlandı» 
Elə  bu  vaxt,  Çingiz  İldırımın  hərbi  Qızıl  Donanma  adından  Müsavat 
hökumətinə və parlamana göndərdiyi ultimatumu gətirdilər. 
downloaded from KitabYurdu.org

242 
 
Parlaman  sədri  ultimatum  gətirənlərə  müraciət  edərək  dedi: 
«Quracağınız  hökumətin  siyahısını  verin,  məsələni  fraksiyalarda  müzakirə 
edək!» 
Həmid  Sultanov  Azərbaycan  inqilabi  komitəsinin  siyahısını  təqdim 
edir. 
Müzakirə başlandı. 
Şəhərdə  dövlətlilər  arasına  neçə  gün  əvvəl  çaxnaşma  düşmüşdü. 
Dəmir yolu vağzalında, bina qarşısındakı meydanda, perronlarda adam  əlindən 
tərpənmək olmurdu. Dəniz qırağında da körpülərdə eyni vəziyyət idi. 
Bolşeviklərə  «Yardım  alayı»  dəstələrində  şəhərdəki  idarə  və 
dövlətlilərin  imarətlərini,  Bank  və  ticarət  müəssisələrini,  zəngin  mağazaları 
qorumaq, yanğına, soyğunçuluğa yol verməmək tapşırılmışdı. 
«Təzəpir»  məscidindəki  «Yardım  alayı»  dəstəsində  məşq  edən 
kommunist Məhərrəm  Sultanov nəql edirdi ki, komandirimiz türk kommunisti 
Məmməd Tahir bizi «Tacirlər» bankı, «Volqa - Kama» bankı və «Şimal bankı» 
yerləşən  binaların  dövrəsində  gözətçi  qoydu  və  dedi:  «Şurası  müdafiə 
məntəqəsi.  Sayıq  bulunun!»  Çox  sərt  və  fikirli  idi,  adi  vaxtlardakı  mülayim 
rəftardan  əsər-əlamət  yox  idi.  Özü  də  silahlanmışdı.  Danışanda  səsi  zəhmli, 
danışıq tərzi sərt idi. 
Qonşuluqdakı  damı  uçmuş,  divarları  dağılmış  müsəlman  teatrının 
xarabalığı  adamın  ürəyini  göynədirdi.  Küçələrdə  də,  ətrafda  da  qeyri-adi  bir 
səs-küy,  bir  qarışıqlıq  başlayırdı.  Silahlı  fəhlələrlə  dolu  maşınlar  sürətlə 
şütüyürdü...  Birdən  vağzal  tərəfdən  parovozun  və  yardıma  gəlmiş  «III 
İnternasional»,  «Ulyantsov»  zirehli  qatarlarının  sürəkli,  qorxulu  fit  səsləri 
ucaldı... Hərb gəmilərinin fit sədaları da onlara qoşuldu. 
Aprelin  hələ  27-də  axşam  qaranlığı  düşəndə  ultimatumu  müzakirə 
etmiş  fraksiyaların  qərarını  parlaman  sədri  elan  etmişdi:  «Azərbaycan 
parlamanı  bu  gündən  öz  fəaliyyətini  dayandırır  və  müsavat  hökuməti  bütün 
hakimiyyəti  doktor  Nəriman  Nərimanovun  sədrliyi  altında  qurulmuş 
Azərbaycan inqilabi komitəsinə təslim edir». 
Qaranlıq  tündləşirdi.  Minarələrdən  ucalan  azan  səsləri  qızıllı  kilsədə 
çalınan boğuq zəng səslərinə qarışırdı. 
* * * 
Bu  yaz  səhərindən  qoca  Şərqin  qapısı,  Odlar  yurdu  Sovet 
Azərbaycanının  paytaxtı,  əfsanəvi,  tükənməz  sərvət  xəzinəsi  qədim  Bakının 
tarixində yeni -  xoşbəxt bir dövr başlanır. 
  
 
 
 
downloaded from KitabYurdu.org

243 
 
Манаф Фарадж оглы Сулейманов 
ДНИ МИНУВШИЕ 
(на азербайджанском языке) 
 
Redaktorları:  Ayna Hüseynova,  Telman Nəzərli 
Rəssamı: F. Əfəndiyev 
Bədii redaktoru: B. Xananyev 
Texniki redaktoru: T. Əliyeva 
Korrektorları: Z. Məmmədova, B. Ayvazlı 
 
İB 3835 
Yığılmağa verilmiş 14.07.86. Çapa imzalanmış 26.01.87. FQ 18549.  
Formatı 84x108
1/
32
. Mət. kağızı № 1. Jurnal qarnituru. Yüksək çap üsulu ilə. 
Şərti çap vərəqi 17,43. Şərti rəngli surəti 17,75. Uçot  nəşr  vərəqi 18,2.  
Tirajı 50.000. Sifariş   6980.   Qiyməti 1  man. 30 qəp. 
Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya 
və Kitab Ticarəti İşləri  Komitəsi. 
Xalqlar  Dostluğu ordenli  Azərbaycan  Dövlət  Nəşriyyatı, 
Bakı - 370005, Hüsü Hacıyev küçəsi, № 4, 
Azərbaycan KP MK-nın «Kommunist» nəşriyyatının mətbəəsi. 
 
Государственный   комитет   Азербайджанской   ССР   по   делам 
издательств,  полиграфии  и  книжной торговли. 
Азербайджанское  ордена  Дружбы   народов   государственное 
здательство   «Азернешр». Баку — 370005, ул.   Гуси  Гаджиева, 4. 
'ипография   издательства   «Коммунист»   ЦК   КП   Азербайджана. 
 
 
downloaded from KitabYurdu.org

244 
 
Bakı qalası 
Bakının mənzərəsi 
 
 
downloaded from KitabYurdu.org

245 
 
Bakının köhnə tiplərindən 
Bakının köhnə tiplərindən 
 
 
downloaded from KitabYurdu.org

246 
 
Atəşgah 
Sahil küçəsi 
 
 
 
downloaded from KitabYurdu.org

247 
 
Qaraşəhər 
Sahildə 
 
downloaded from KitabYurdu.org

248 
 
Balaxanı 
Buruqda 
 
 
downloaded from KitabYurdu.org

249 
 
KITABIN İÇİNDƏKİLƏR 
 
BİR NEÇƏ SÖZ ................................................................................................. 3 
BAKININ KÖHNƏ MƏHƏLLƏLƏRİ .............................................................. 5 
VƏ  TİCARƏT  MƏRKƏZLƏRİ ...................................................................... 5 
NEFT SƏNAYESİNİN  İNKİŞAFI ................................................................. 49 
QAFQAZ MÜSƏLMAN MÜƏLLİMLƏRİNİN 1-Cİ QURULTAYI ........... 104 
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ ................................................................ 124 
1916-1920-ci İLLƏRDƏ BAKIDA BAŞ VERƏN HADİSƏLƏR ................ 127 
LƏNKƏRANDA AÇILAN BİR GÜLLƏNİN BAKIDAKI..........................135 
ƏKS-SƏDALARI........................................................................................... 135 
BAKI YENƏ DƏ ƏLDƏN-ƏLƏ KEÇİRDİ .................................................. 168 
XƏSTƏ BİR MƏHƏLLƏNİN AZARI VƏ DƏRDLƏRİ .............................. 179 
BİR NEÇƏ MƏLUMAT ................................................................................ 233 
SABAHA AÇILAN PƏNCƏRƏ .................................................................... 235 
 
 
downloaded from KitabYurdu.org

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin