Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   ...   9   10   11   12   13   14   15   16   17
KY0000435

Meyxanada qətl.  Professor  Hadı  Əliyevdən  bir  dəfə  bolşevik  qardaşı 
Haşımın faciəsi barədə soruşdum. O kədərləndi:  «Haşım məndən bir neçə yaş 
böyük  idi.  1892-ci  ildə  doğulmuşdu.  Realnı  məktəbdə  oxuyurdu, 
xəstələndiyindən  7-ci  sinifdən  çıxası  oldu.  Dövlətli  uşaqlarına  dərs  deyib,  pul 
qazanırdı. 
Bizim  təlim-tərbiyəmizə  İbad  dayım  baxırdı.  Maddi  kömək  edirdi. 
Dayım  Orconikidze  ilə  dost  idi.  Haşım  1915-ci  ildə  bolşeviklər  partiyasına 
daxil olmuşdu. Caparidze ilə də dost idi. Tez-tez evimizə gələrdi. Soltan Məcid 
Əfəndiyev  də,  Tağı  Şahbazi  də...  Haşım  dilmanclıq  edib  Caparidzenin 
müsəlmanların yığıncağında dediyi nitqləri azərbaycanca camaata başa salırdı. 
1918-ci  ildə  Nərimanovla  Narginə,  əsirlərin  vəziyyətini  yoxlamağa  o  da 
getmişdi. Komissiyanın üzvü idi». 
«Böyük tətil olanda Haşım komitənin sədr müavini idi. Başına köhnə 
panama  qoymuşdu  ki,  tanımasınlar.  Evə  gəlmir,  Maştağaya  gedirdi,  orada 
qalırdı. Fəhlə konfransında  Qoqoberidze  sədr,  Haşım  müavin  idi. 
downloaded from KitabYurdu.org

212 
 
Firqə  tərəfindən  Tağıyev  fabrikasına  təhkim  olunmuşdu.  Partiyanın 
pullarını ona etibar etmişdilər. 
O da gətirib verirdi anama ki, saxlasın. Anam da gizlədirdi». 
«Hacıbəy  Seyidbəyov  Haşımı  və  Mirfəttah  Musəvini  1919-cu  il, 
sentyabrın  5-də  «Новы  Свет»  restoranında  öldürmüşdü.  Seyidbəyov  dəmir 
yolu teleqrafxanasının rəisi idi. Qubernatora qohumluğu çatırdı, özü mühəndis 
idi.  Mirfəttah  Musəvi  əksinqilabla  mübarizə  idarəsində  rəis  müavini  işləyirdi.    
Vağzalda  kommunist  yoldaşlarını  Tiflisə  yola  salıb  gedirlər  limana.  Oradan 
Həştərxana benzin aparacaq barkazı yola salandan sonra üçlükdə «Новы Свет» 
restoranına  gəlirlər.  Qonşu  stolda  Seyidbəyov  bir    qadın  və  bir  kişi  ilə  şam 
edib, şərab içirlərmiş». 
«Aralarında  mübahisə  düşür.  Seyidbəyov  tapançanı  çıxardıb  onlara 
atəş  açır.  Haşımla  Mirfəttahı  öldürür.    Qoqoberidze qarnından  yaralanır.  Dəfn 
mərasimi  sentyabrın  7-də  Qurban  bayramı  günü  oldu.  Küçə-bazarı  qurban 
kababının iyi bürümüşdü. Üstünə  qırmızı parça salınmış qoşa    mafəni  əllərdə 
aparırdılar.   İki cavanın şəkillərinin çərçivələrinə qara parça sarınmışdı. Mədən 
və zavodlardan yüzlərlə fəhlə və işçi gəlmişdi. Mitinqdə danışanlar saniyə ağır 
cəza tələb etdilər.    Mafələri parlaman binası qabağında saxladılar. Əliheydər 
Qarayev eyvanda olan müsavat nazirlərinə əlini uzadıb, qışqırdı: «Bu qurbanlar 
sizə baha tamam olacaq». 
Dörd  ay  sonra  Hacıbəy  Seyidbəyovdan  əlli  min  manat  girov  alıb, 
məhkəməyə  qədər  zaminə  buraxdılar.  Bu  məsələ  camaatın  bərk  narazılığına 
səbəb  oldu.  Parlamanda  qatilin    həbsdən    nə    üçün    buraxıldığı  barədə  sorğu 
verildi.  «Hümmət»  təşkilatından  parlaman  üzvü  tribunadan  dedi:  «Əksinqilab 
Dağıstanı  işğal  etdikdə,  necə  həyəcanlı  günlər  keçirdiyimizi  yaxşı  bilirsiz. 
Bilirsiniz ki, o vaxt qara qüvvələrlə mübarizə nə qədər çətin və qorxulu idi. Bu 
yolda  çalışan  gərək  öz  çanından  keçəydi.  Biz  qorxmadıq,  bunu  bilirdik. 
Hökumətə  köməkdən  qaçmadıq,  ən  çalışqan  yoldaşlarımızı  əksinqilabla 
mübarizəyə səfərbər etdik. Mirfəttah Musəvi və Haşım Əliyev yoldaşlarımız bu 
işdə  çoxlu  düşmən  qazandılar.  Axırda  onları  qətl  etdilər.  Biz  gözlədik  ki, 
hökumət  canini,  qatili  cəzalandırar.  Qəzetlərə  yazmağa  qoymadılar,  mitinq 
keçirməyə qoymadılar. Hökumət söz verdi ki, qatili cəzalandıracaq. İndi isə pul 
alıb,  onu  buraxıblar.  Ağ  terrora  qırmızı  terrorla  cavab  verə  bilərik.  -  Böyük 
həyəcanla, - heç insafdır ki, iki gənc yoldaşımız öldürülsün, biri də yaralansın, 
özü  də  dörd  aydan  sonra  cani  həbsdən  çıxsın.  Şəhərdə  gözümüzün  qabağında 
gəzsin. Qan satılır. Biz bilmək istəyirik ki, hökumət bu xüsusda nə deyir? Biz 
bu  tribunadan  açıq  deyirik  ki,  hərgah  hökumətdən  cavab  çıxmazsa,  bizi  qane 
etməzlərsə, ağ terrorun qabağına qırmızı terror çıxardacayıq». 
Parlaman  sədri  sorğuya  cavab  vermir,  bahalıq  və  başqa  məsələlərin 
müzakirəsinə keçir. 
Qatil İrana qaçır. 
downloaded from KitabYurdu.org

213 
 
İngilislər Bakını tərk edirlər. Hadisələr bir-birini sürətlə əvəz edirdi. 
Heç  kəs  sabahkı  günün  necə  qurtaracağını  bilmirdi.  Hamı  intizarda,  nə  isə 
gözləyirdi.  Hərə  bir  mülahizə  yürüdürdü.  On  doqquzuncu  ilin  axırına  yaxın 
ingilis  qoşunları  Bakıdan  Tiflisə  yola  düşürdü.  Zabitlər  burada  «evləndikləri» 
xanımları  üçün  qatarın  arxasında  xüsusi  vaqon  qoşdurmuşdular.  Xanımların 
çoxu erməni dövlətlilərinin qızları idi. Əşyalarını - çamadan, boxça-torbalarını 
yerbəyer edib, yola düşməyə  müntəzir idilər. Xanım-xatın  gözəllər İngiltərədə 
necə yaşayacaqları barədə fikirləşirdilər. 
Zabitlər  qabaq  tərəfdəki,  komanda  heyəti  olan  vaqonda  idilər.  Onlar 
söhbət  edir,  danışıb-gülürdülər.  Belə  zəngin,  rəngarəng  şəhərdən  ayrılmağa 
təəssüf edirdilər. 
Parovoz  uzun,  sürəkli  fit  çalır,  astadan  hərəkətə  gəlib  vaqonları 
arxasınca  sürükləməyə  başlayır.  Xanımlar  üçün  qoşulmuş  «xüsusi»  vaqon  isə 
tərpənməyib  yerindəcə  qalır.  Xanımlar  bunu  gördükdə  dəhşətə  gəlir  və  başa 
düşürlər ki,  burda  da  ingilislər hiylə  işlədib, onları aldadıblar. İngilis zabitləri 
isə  pəncərələrdən  baxıb,  istehza  ilə  gülə-gülə  əlləri  ilə  xanımlara  vida  salamı 
yollayırdılar. 
İngilis  qoşunları  Bakıdan  tamamilə  çıxıb  gedəndən  sonra  fəhlə  Bığlı 
Həsənəli  bədiyə  yazmışdı;  fəhlələr  ingilispərəstlərə  sataşıb  vedrənin  altına 
döyəcləyib oxuyurdular: 
 
Başlagınan nağaranı çalmağa,  
Sözlərimi ta yadıma salmağa.  
O, gəlmişdi Qafqazyada qalmağa,  
Qalaydı mehman, hara çıxdı getdi? 
 
Gül-çuvalın yığışdırıb bağladı,  
Qonşumuzun ürəyini dağladı,  
Onlar getdi, «arvadları» ağladı,  
O mahi-taban hara qaçdı getdi? 
 
Gələn kimi quyruğuvu buladın,  
Sevincindən lap it kimi uladın.  
Qarına-fətir
*
   qatırların  suladın,  
Dərdüvə dərman hara çıxdı getdi? 
 
Qoy getsinlər, daşlarını sən də at!  
Min altı yüz biz almışıq qatır, at,  
                                                           
*
 Bir qarın çörəyə, pulsuz maaşsız işləyənlərə  deyirdilər 
downloaded from KitabYurdu.org

214 
 
Onlar getdi, dul qaldı çoxlu arvad,  
Ol can alan, can hara çıxdı getdi? 
 
Qonaq, qonaq, buydu sənin qonağın?!  
İndi söylə kimə gəlir gümanın?  
Sən allahın, sən məzhəbin, sən dinin,  
Şapkası fincan hara çıxdı getdi? 
 
Dilləri pis, danışırlar qart kimi,  
Söz deyəndə, qalırdılar mat kimi.  
Çoxlarının tumanı arvad kimi,  
Bığın qırxdıran, hara çıxdı getdi? 
 
Kəndlərdə yaxşı kənddür Bülbülə  
Yalanı doldurmuşdulər zənbilə,  
O Batuma, sən də ki, cəhənnəmə,  
Podrati İran hara çıxdı getdi? 
 
Gəlmiş idi, əsir edə bizləri,  
Xırda-xuruş idi bütün sözləri. 
Belə deyir əcnəbilər özləri,  
Bir dəstə «reyhan» hara çıxdı, getdi? 
 
O gündən ki, başladılar gəlməyə,  
Cəhd etdilər hər bir işi bilməyə.  
Neft aldılar, pulları yox verməyə,  
Qatır satanlar hara çıxdı getdi? 
 
Pencəkləri oxşayırdı lap dona,  
Çətin işdir, yarı yoldan dönə, 
Bir nəfəsə getdilər düz Londona,  
Aləmə «Soltan» hara çıxdı getdi? 
 
Bildir bu vaxt ürəyimi dağlardın,  
Vedrə açıb, jalonkaya bağlardın.  
O qaçanda, sən vağzalda ağlardın,  
Söylə, o qağan hara çıxdı getdi? 
 
Fikr eləmə, pencəyi satdırarsan,  
Şapkanı da çevirtdirib qoyarsan.  
Olmasa, verdirib boyatdırarsan,  
downloaded from KitabYurdu.org

215 
 
O naxələflər hara çıxdı getdi? 
 
* * * 
Qocaman  müəllim  Ağabəy  İsrafilbəyli  deyirdi  ki,  «Şirvanşahlar» 
sarayını  müəllimlər  ittifaqına  vermişdilər  və  mənə  tapşırmışdılar  ki,  get  bax, 
layihə tərtib elə, eyni zamanda tarixi əhəmiyyəti olan qala divarlarını, məscid, 
hamam,  mədrəsə  və  yaşayış  binalarını  siyahıya  alın.  Sonra  hamısı  üçün  bərpa 
planı duzəldəcəkdik. Əsas  məqsəd xalqın keçmişini,  mənəvi varlığını  gələcək 
nəsillərə çatdırmaq idi. 
Rəssam  Yakov  İosifoviç  Çelxis  İçərişəhər  haqda  deyirdi:  «Baxın, 
yaxşı-yaxşı  baxın!  Bu  darısqal  küçələr,  bu  daxmalar,  bu  kəlləbənd,  qapı, 
pəncərələr,  şəbəkə  və  hətta  navalçaların  hər  biri  millətinizin  tarixidir.  Bu 
iyirmidən  çox  məscid-mədrəsə  xalqınızda  elmə,  mədəniyyətə,  incəsənətə, 
inkişafa olan həvəs və əzmi göstərir. On beş hamam, bir neçə ovdan çoxlu su 
quyuları  bu  xalqın  paklığa,  təmizliyə,  suya  aşiq  olduğunu  nümayiş  etdirir,  - 
gedə-gedə  əlləri  ilə  ətrafı  göstərib  davam  edirdi.  -  «Bu  qala  divarları, 
darvazalar,  məhəccərlər  böyük  mədəniyyət  nümunəsidir...  «Şirvanşahlar 
sarayı», «Qız qalası», bürclər tükənməz milli sərvətdir». 
Saraya çatanda rəssam darvazanı oxşayırmış kimi nəqşlərə toxunaraq 
əlavə etdi: «Xahiş edirəm, bu qapılardakı geometrik nəqşlərə diqqət yetirin... O 
minarə və o qübbə sənətkarı özünə tərəf çəkir. Bu kompleks memarlıq incisidir. 
Adam diz çöküb, səcdə etmək istəyir. Divanxana nə qədər yığcam, lakonikdir... 
Otaqlar... Salonlar... Həyət-baca». 
Rəssam  danışdıqca  mən  fikirləşirdim  ki,  vaxtı  ilə  buralar  neçə  bərq 
vururmuş...  Nə  təntənə,  nə  dəb-dəbələr  varmış...  Ey  gidi  dünya!  İngilislər  on 
səkkizinci ilin yayında Bakıya gələndə ilk növbədə Şirvanşahlar sarayında olan  
qiymətli sənət əsərlərini gəmilərə yükləyib, Ənzəliyə apardılar. Tarixi ziqiymət 
əsərlər...  Bina  qaldı  başlı-başına...  İndi  də  xarabazara  dönməkdədir...  Ah 
çəkdim, ağlamaqdan özümü zorla saxlayırdım. Üfunətdən baş   gicəllənir, ürək 
bulanırdı. 
Rəssam  üzüntülü  bir  səslə  şikayətləndi:  «Sizin  müsəlman  ziyalıları,    
varlıları  nə  qədər  kəmetina,  nə  qədər  ruhən  yorğundurlar.  Heç  güman  etmək 
olmaz, inanmaq olmaz ki, belə sənət incisini  yaradanların, belə laqeyd xələfləri 
var.  Bu  qiymətli  incini  bərpa  etmək  üçün  neçə  ildir  qapı    qalmayıb  ki, 
açmayam,  yer  qalmayıb    ki,  getməyəm.  Minlərlə  adamdan  xahiş    etmişəm, 
yalvarmışam  ki,  qoymayın.  Qoşa  qala  qapısı  yanındakı  Bakı  xanının  sarayı   
kimi    Şirvanşahlar    sarayı  da  yerlə  yeksan  olsun,  itsin.  Boş  sözdən,  uzun, 
mənasız  danışıqdan  savayı  heç  bir  kömək  görməmişəm.  Mən  rəssamam,  həm 
də  nəqqaşam,  gözəl  bir  abidənin  göz  qabağında  xərabə  qalmağı  gözlərimi  
ağrıdır,  məni  kor  edir.  Sarayda  olan  zibilləri  daşıyıb,  otaqları,  həyət-bacanı  
təmizləyib, qaydaya salmaq lazımdır.     Buranı muzeyə çevirmək olar, həyətdə 
downloaded from KitabYurdu.org

216 
 
ağac, gül əkilər... Cavanlardan bir neçə nəfərə dərs verib, incəsənəti öyrətmək 
olar.  Onlar  da  gəlib-gedənləri  başa  salar,  millətin  keçmişini  öyrənər.  Dərnək  
düzəldib    uşaqlara  rəsm  çəkmək,  heykəl  düzəltmək  təlim  etmək  vacibdir, 
müasir  mədəni insanlar  yaranar... İlk növbədə bu kompleksi bərpa edin, sonra 
yüzlərlə    digər abidələri də...» 
Darülfünun  açılması.  Vaxtilə  Zaqafqaziyada  bir  ali  məktəb  açmaq 
barədə  Peterburqa,  imperiya  maarif  nazirliyinə  dəfələrlə  müraciət  etmişdilər, 
təəssüf  ki,  bütün  cəhdlər  boşa  çıxmış,  zəhmətlər  hədər  getmiş,  heç  bir  nəticə 
hasil olmamışdı. 
Birinci  dünya  müharibəsinin  axırlarında  Zaqafqaziya  seymi  bir  ali 
məktəb  açmaq  istədi,  amma  təşəbbüs  nəticəsiz  qaldı,  sözdən  işə  keçmədi. 
Məsələ  döndü  balıq,  xərçəng  və  ördək  əhvalatına.  Gürcülər  universitet  üçün 
Tiflisi, ermənilər Yerevanı,  müsəlmanlar isə  hər cəhətdən    Bakını  ən  münasib 
və məqsədəuyğun saydılar. 
Nəhayət, 1919-cu ilin ikinci rübündə, Bakıda universitet açmaq barədə 
qərar  çıxarılır  və  xüsusi  komissiya  heyəti  qurulur.  Professor  Vasili  İvanoviç 
Razumovski  sədr,  dörd  qəti  və  üç  müşavir  səslə  yeddi  nəfərlik  komissiya 
üzvləri  təyin  edilir.  Təşkilat  komissiyasına  müəllimlikdə  mahir,  zəmanə 
tələbatını  bilən  yeni  əsr  ziyalılarının  birincilərindən,  rusca,  azərbaycanca, 
farsca  mükəmməl  savadı  olan  Əli  Cabbar  Orucəliyev  rəhbərlik  edir  və  yükün 
ağırlığını çiyinlərində daşıyırdı. Professsor Razumovski başqa şəhərdə yaşayıb 
işlədiyindən,  yalnız  vaxtaşırı  Bakıya  gələ  bilirdi.  Universitetin heyətindəki 20 
müəllimdən yalnız ikisi azərbaycanlı idi. 
Universitet  keçmiş  Kamerçeski  məktəbinin  (Lenin  adına  Pedaqoji 
İnstitut) binasında  yerləşdirildi.  Dörd fakültəsi  -  tibb, hüquq, fizika-riyaziyyat 
və  tarix-ədəbiyyat  fakültələri  açmağı  məqsədə  faydalı  hesab  etdilər.  Balaxanı 
(Basin)  küçəsindəki  gimnaziya  mülkünü  də  əlavə  bina  kimi  universitetə 
verdilər. 1919-cu il sentyabrın 15-də tələbələr ilk məşğələyə başladılar. 
Qürbət ellərə səfər - əlvida Bakı. Rusiya və Avropa ali məktəblərində 
müxtəlif ixtisaslar üzrə oxumağa 100 nəfər azərbaycanlı tələbə göndərilirdi: 17 
nəfər Rusiyaya, 3 nəfər İngiltərəyə, 11 nəfər Almaniyaya, 1 nəfər İtaliyaya, 13 
nəfər  Fransaya,  4  nəfər  Türkiyəyə  və  50  nəfər  İsveçrəyə.  O  zamankı 
Azərbaycanda zor-bəla ilə 100 nəfər orta təhsilli gənc tapdılar, lakin bir nəfəri, 
Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyindən və onun 
əvəzinə orta təhsilli bir gənc tapılmadığından 99 nəfər göndərildi. 
1920-ci  ilin  yanvar  ayında,  tələbələr  xarici  ölkələrə  yola  düşürdülər. 
Gedənləri  yola  salmaq  üçün  stansiyaya  çoxlu  adam:  qohum-əqraba,  yoldaşlar 
və  tanışlar,  elm-mədəniyyət  xadimləri,  ədiblər,  şairlər,  müxtəlif  partiyaların 
nümayəndələri  gəlmişdi. 
Onlar vağzalın böyük  salonunda  toplaşmışdılar. Balaxanı  məktəbinin 
müəllimi  Seyidbağır  Axundzadə  ayağa  durub  dedi:  «Cavanlar,  siz  xaricə 
downloaded from KitabYurdu.org

217 
 
oxumağa  yüz  nəfər  yollanacaqdız,  çox  təəssüf  ki,  yoldaşınız  Miryusif  Mir 
Abdullazadə həyata vida etdi... Azərbaycan fəal bir tələbəsini itirdi. O, Şamaxı 
qəzasının  Lahıc  qəsəbəsində  doğulmuşdu.  Şuşa  orta  məktəbini  qurtarmışdı. 
İnqilab ərəfəsində, Şuşada kommunistlər firqəsinə daxil olub? çalışmışdı. Ötən 
1919-cu ilin yayında Bakıya gəlib, kommunist yoldaşları ilə bərabər  çalışırdı.  
Müəllimlər    kursuna    girib  qurtardı.  Balaxanı  zükür  məktəbində  müəllimliyə 
başladı.  Vəzifəyə  son  dərəcə        diqqətlə  yanaşırdı,  Məktəbin  dörd  şöbəsini 
öhdəsinə alıb gündə fəhlə balaları  ilə 5-6 saat çalışırdı. Artıq vaxtını fəhlələrə 
qəzet-jurnal oxumaqla  keçirirdi. Əcnəbi  məmləkətə  gedəcəyindən  valideynləri 
və  qohum-əqrabası  ilə  vidalaşmaq  üçün        Lahıc  qəriyəsinə  getmişdi;  orda 
Aragird  məhəlləsində  yuxarı  məscid  meydanında  hümmət  təşkilatı  adından 
izdihamlı mitinq keçirir, yüzlərlə zəhmətkeş - misgər,  dəmirçi, kargər, muzdur, 
bənna, fəhlə, dülgər, dabbaq və digər sənətkar və füqəra kəndliləri kommunist 
bayrağı  altına,  istismarçılarla,  dövlətlilər  əleyhinə,  azadlıq  uğrunda 
mübarizəyə,  xalq  səadəti  üçün  vuruşa  çağırmışdı.  Bakıya  qayıdanda  azarlayıb 
xəstəxanada yatırdı. Üç gün orda qalandan sonra vəfat etdi. Yoldaşlarını yalnız 
buraxıb, əbədi getdi. Əziz Miryusif yoldaş, sənin müqəddəs fikirlərin, arzuların 
uğrunda  yoldaşların  çarpışacaqlar.  Sən  vaxtsız  vəfat  etdin.  Allah  sənə  rəhmət 
eləsin,  -  tələbələrə  müraciətlə  əlavə  etdi,  -  Allah  sizə  də  yar  olsun,  Vətən 
övladları». 
Səmədağa  Ağamalıoğlu  qalxdı.  Hamı  ayağa  durdu.  Miryusifin 
xatirəsini bir  dəqiqəlik sükutla  yad etdilər. 
Səmədağa  Ağamalıoğlu  ilə  bərabər  İbrahim  Əbilov,  Əhməd  Pepinov 
və başqaları da məclisdə iştirak edib tələbələrə nəsihət, məsləhət verdilər. 
Məclisə  tar  və  kamança  çalan,  bir  də  xanəndə  Cabbar  Qaryağdıoğlu 
dəvət  olunmuşdu.  Böyük  salon  musiqi  təranələrinə,    Cabbarın    ecazkar,   
əfsanəvi   ahənginə darısqallıq edirdi. 
Ədəbiyyatşünas  Salman  Mümtaz  qürbətə  gedənlərin  şərəfinə  çay-
şirniyyat-meyvə süfrəsi açdı. 
Səmədağa  Ağamalıoğlu  gedənlərə  nəsihət  etdi,  bol-bol  elm, 
mədəniyyət, texniki fənn ləvazimatı gətirməyi tapşırdı. 
Nitqlər  söyləndi,  xoş  arzular  diləndi.  Qurban  Pirimov  tar,  Saşa 
Oqonozaşvili kamança çalır, Cabbar Qaryağdıoğlu vaxtaşırı oxuyurdu. 
Məclisdə  çox    xoş  bir  əhvali-ruhiyyə  vardı.  Lakin  dünyanın  bu 
qarmaqarışıq  vaxtında Vətəndən, qohum-əqrəba və dostlardan ayrılmaq, övladı 
uzaq, qürbət ellərə yola salmaq intizarı üzlərdə oxunurdu. 
Vida  məclisində  Səmədağa  Ağamalıoğlu  maraqla  danışırdı:  «Tiflisdə 
seym iclasında məndən soruşdular ki, bu inqilabın axırı nə olacaq. Hərçənd ki, 
gələcək  barədə  söz  deyənlərin  çoxunun  yalanı  çıxıb,  amma  indi  deyirəm  ki: 
«hərdən  qaz  yumurtalarını  bir  toyuğun  altına  qoyurdular.  Gələcəkdə  o 
downloaded from KitabYurdu.org

218 
 
yumurtalardan qaz cücələri çıxırdı, su görən kimi yüyürüb özlərini tullayırdılar 
suya, qırt toyuq özünü itirirdi, o yan-bu yana qaçıb bərkdən qaqqıldayırdı...». 
Məclisdə olanlar güldülər. 
Səmədağa  Ağamalıoğlu  sözünə  davam  etdi:  «Baxın,  indi  biz  də  bu 
hürriyyət  yumurtalarını  qoymuşuq  burjuyların  altına  və  bunlar  da  çırtlayıb 
çıxanda  qırt...  qırt...  qartıldayacaq,  ördək  təki  qaçıb  özlərini  atacaq  bizim 
hürriyyət  nohuruna.  Qırt  toyuqlar  -  burjuylar  nə  qədər  qırt-qırt  edib  qanad 
çalacaqsa, heç bir şey çıxmayacaq... Bu azərbaycanlı cavanlar gedir oxumağa, 
təhsil alıb qayıdanda bizə, xalqa qulluq edəcəklər...». 
Stansiyada zəng çalındı. Parovoz uzun, sürəkli xəbərdarlıq fiti verdi. 
Həyəcan  daha  da  artdı,  gedənlər  də,  qalanlar  da  üzüntülü  dəqiqələr 
keçirirdilər, gözlərdə yaş, dodaqlarda həzin bir təbəssüm vardı. Astadan səslər 
eşidilirdi:  «Tezliklə  məktub  yaz!»,  «Özündən  muğayat  ol!»,  «Dərslərində 
diqqətli  ol!»,  «Qürbət  eldə  xoş  rəftar  ol!»,  «Həftədə  çox  yox,  heç  olmasa  bir 
sətir yaz!». 
Tarzən  birdən  «Orta  Mahur»  çalmağa  başladı,  gözəl  xanəndənin 
ilhamı coşqun dəniz təki təlatümə gəldi. 
 
Şəbi hicran yanar canım,  
Tökər qan çeşmi kiryanım...  
Oyadar xəlqi əfqanım,  
Qara bəxtim oyanmazmı... 
 
Hamı ayağa qalxdı... 
Tələbələr, 
qohum-əqraba, 
valideynlərilə 
vidalaşıb  vaqonlara 
doluşdular. 
Musiqi  təranələri  altında  qatar  stansiyadan  yavaş-yavaş  ayrıldı. 
Pəncərələrdən  yaylıqlar  göyərçin  qanadları  təki  yellənirdi.  Göz  yaşları  ilə 
əzizlərini  yad diyarlara  yola  salanlar da  əlləri ilə,  yellədikləri  yaylıqlarla  vida 
salamı göndərir, onlara uğurlu yol diləyirdilər. 
Hərbi  nazirin  evinin  girəcəyində  bomba  partlayışı.  Don,  Terek  və 
Kuban  baş dairəsi nümayəndələri Mixail Zazuliya, Nikolay Baqiyev və Pyotr 
Kovalyov  Azərbaycan  Cümhuriyyətinin  hökumət  başçıları  ilə  görüşmək  üçün 
Tiflisdən Bakıya gəlmişdilər. 
Onlar  Azərbaycanın  hərbi  naziri  tam  topçu  generalı  Səmədbəy 
Mehmandarovu  ziyarət  məqsədilə  Sahil  (Neftçilər)  küçəsində  yaşadığı  51 
nömrəli evə gəlirlər. 
Bir  saatlıq  söhbətdən  sonra  binadan  çıxıb,  faytona  əyləşəndə 
gözlənilmədən  faytonun arxasında çox  güclü bomba partlayır. Zazuliya özünü 
kənara birinci tullayır, onun dalınca Kovalyov düşəndə faytonun kənarına ilişib 
yıxılır,  Baqiyev  sıçrayanda  ikinci  bomba  eyni  şiddətlə  partlayır.  Yan-yörəyə 
downloaded from KitabYurdu.org

219 
 
səpələnən qəlpələrdən Kovalyovun sol əli, hərbi nazirin qapısı ağzında növbədə 
olan Qulu Məmməd oğlunun üzü yaralanır. İkinci növbətçi Rəsul Mikayıl oğlu 
bombanı  atıb  qaçan  üç  nəfər  sui-qəsdçiyə  tapançadan  atəş  açır,  lakin  güllələr 
hədəfə dəymir. 
Hərbi nazir Mehmandarov partlayış səsinə küçəyə, hadisə yerinə gəlir, 
tələsdiyindən papağını da qoymağı unudur. 
Tezliklə hər şey aydınlaşır. 
İçərişəhərdə  bir  dükanda  naməlum  bir  şəxs  yaxalanır  -  qara  paltoda, 
başında  kepka,  cibindən  çıxan  iki  pasportdan  onun  şəxsiyyəti  müəyyənləşir: 
Filipp Fenoqenoviç Novıkov. Onun  üstündə 2 bomba, tapança, 9 dənə patron, 
275 manat Azərbaycan pulu varmış. 
Novikovu  liman  polis  şöbəsinə  gətirirlər.  Daxili  işlər  naziri  və  onun 
iki  müavini,  ədliyyə  nazirinin  müavini,  general  qubernator  Tlexas,  qalabəyi 
Yusifov,  şəhər  komendantı  general-mayor  Firidunbəy  Vəzirov,  polismeyster 
Mirzəyev və məhkəmə palatası prokuroru Nəzərov hadisə yerinə gəlirlər. 
Polis şöbəsinə dəvət edilmiş nümayəndələri sorğu-sual etdikdə, yağış 
olduğundan sui-qəsdçiləri görmədiklərini, tanıya bilmədiklərini söyləyirlər. 
Hərbi  nazirin  mühafizəçiləri  üç  nəfər  bomba  atanın  birisi  Novikovun 
olduğunu  təsdiq  edir.  Təsadüfən,  yoldan  keçən  14  yaşlı  gimnaziya  şagirdi 
Baraşvili də Novikovu geyimindən tanıyır və deyir ki, bomba atanlardandır. 
Novikov  sərxoş  olduğundan  əvvəl  diş  texniki  olduğunu,  Bakıda 
işlədiyini,  hadisə  yerinə  təsadüfən  gəlib  çıxdığını,  bomba  tullamadığını 
söyləyir.  Üstündə  tapılan      bombaları  ona  tanımadığı,  naməlum      gürcünün 
verdiyini deyir. 
Novikovu  polismeyster  Rüstəmbəy  Mirzəyevin  iştirakilə  təkrar 
dindirəndə  deyir  ki,  Batumda  «Amur»  gəmisində  ocaqçı  işləyib,  içki 
məclisində gürcü yoldaşları onu şirnikdirib Bakıya gətiriblər, «Astrabad» hərb 
gəmisinə işə düzəldəcəklər. Onun üçün təfavütü yoxdur, hara olursa-olsun, təki 
araq,  şərab  olsun.  Bu  ilin  (1920)  fevral  ayının  7-də  Bakıya  gəlib.  Hər  iki 
pasportu da gürcülər ona verib, saxta pasportları da ona gürcülər düzəldib. 
Novikov  əvvəlcə  Nobel  qardaşlarının  172-ci  mədənində  işə  düzəlir, 
amma bir həftədən sonra oradan çıxır. Balaxanı küçəsində Yakov, ya da ki, Əli 
adlı tatarın otağında yaşayıb. Bekar-bekar veyillənirmiş. Bakıda Qriqori adlı bir 
gürcü  ilə  tanış  olur.  Axır  günlərdə  Parapetin  yaxınlığında,  zirzəmidəki 
meyxanada  gürcülərlə  içib  kef  eləyirmiş.  Martın  11-də  səhər  saat  8-dən  11-ə 
qədər onu bərk içirdiblər;  meyxana  yiyəsi də onlarla içirmiş. Gürcülərdən biri 
bomba  doldurulmuş  bir  karzinka  gətirir;  ona  iki  dənə  bomba,  bir  də 
«Parabellyum»  markalı  tapança  verirlər.  Bulvara  göndərirlər.  Gürcülər  özləri 
isə,  içərisində  12  bomba  olan  karzinka  ilə  «Metropol»  mehmanxanasına 
gedirlər;  dediklərinə  görə  orda  tanışları  var  imiş.  Novikov  bulvara  gedəndə 
yolüstü İçərişəhərdəki örtülü bazara girib, orada da onu tutublar. 
downloaded from KitabYurdu.org

220 
 
Prokuror,  polismeyster  və  digər  vəzifə  sahibləri  Parapetin 
yaxınlığındakı şərab anbarı və «Qruziya» meyxanası olan zirzəmiyə yollanırlar. 
Axtarış zamanı heç nə tapa bilməyirlər. «Qruziya» meyxanasının sahibi Qriqori 
Davidoviç  Paridzeni  çəkməçi  dükanında  tapırlar.  Çəkməçi  emalatxanasının 
yiyəsi  Lavrenti  Stepanoviç  Sikulyadır.  Bunlar  Novikovun  dediyi  gürcülər  idi. 
Onların yanındakı ucaboy, cüssəli naməlum gürcü Novikova iki bomba və bir 
tapança verib. Gürcülər həbsə alınır, evləri axtarılır, heç nə tapılmır, 
Təzədən  istintaqa  başlayanda  Novikov  deyir  ki,  8-ci  polis  şöbəsinin 
əməkdaşı  Tatarenko  da  zirzəmidə  idi.  Yoxlayış  nəticəsində  məlum  olmuşdur 
ki,  Tatarenko  martın  12-də  səhərdən  polis  şöbəsində  növbətçi  olub,  heç  yerə 
getməyib, verilən telefonoqramları qeyd dəftərinə yazıb, 8-ci şöbənin pristavına 
xidmət raportu verib. 
Mixaylovsk  xəstəxanasının  aşpazı  Ağa  Hacı  oğlunu  gətirib  sorğu-
suala başlayıblar. O, valideynləri getdiyinə görə elan yazıb pəncərəyə asıbmış 
ki,  tək,  subay  adama  otaq  kirayəyə  verir.  Novikov  gəlib  otağı  kirayələyib, 
dostunu da yanına gətirib. Sakit dolanırdılar, tez-tez harasa gedirdilər. Novikov 
arabir içib sərxoş olurdu. Yanlarına şübhəli adamlar gəlmirdi.  
20 gündən sonra kirayə pulunu vermədiyinə görə Ağa Hacı oğlu onları 
qovur. Ondan sonra rastlaşmayıblar. 
Hər ikisi ev dəftərinə qeyd edilib, sonra da pozulub. 
Hərbi  nazirin  yaşadığı  ikimərtəbəli  mülkün  üst  mərtəbəsindəki 
pəncərələrin  şüşələri  sınıb.  Növbətçilərin  hər  iki  budkası  zədələnib,  sağ 
tərəfdəki isə yerindən tərpənib, taxtalar çatdayıb. Partlayış yerində girdə çuqun 
və  qurğuşun  qəlpələr  səpələnib,  hər  bombanın  ağırlığı  5-6  girvənkəyə 
bərabərdir. Bombalar əldə qayrılmadır. Forma və görkəmləri yarım silindrikdi. 
İş hərbi səhra məhkəməsinə verilir. Mart ayının 19-da Novikov əlavə 
məlumat verir: «28 yaşım var. Orlov quberniyasındanam. Baltik donanmasında 
«Amur»  kreyserində  matros  olmuşam.  Axır  vaxtlarda  Tiflisdə  və  Bakıda 
yaşayırdım. 
Mən,  İvan  Levin  və  Razin  tapşırığa  görə  Don,  Terek  və  Kuban  baş 
dairələrinin nümayəndələrini öldürməli idik. Dallarınca Aleksandropol şəhərinə 
getmişdik.  Fikrimizdən  daşınıb  Tiflisə  qayıtmalı  olduq.  Sonra  həmin 
nümayəndələrlə bir qatarda Bakıya gəldik. İstəyirdik stansiyada onlara bomba 
ataq, adam çox idi. Günahsız adamların yersiz ölümünə səbəb olmaq istəmədik, 
həm də polis məmurlarının orada hərlənməsi mane oldu. 
Nümayəndələrin  «Metropol»da  yerləşdiklərini  bizə  bildirdilər. 
Marşrutları öyrənib izləməyə  başladıq.  «Metropol»dan çıxanda  istədik bomba 
ataq, yenə qələbəlik mane oldu. Faytonda hərbi nazirin evi olan yerə gəldik. 
Münasib  yerdə  dayanıb,  nümayəndələrin  çıxmağını  gözləyirdik. 
Şəxsən mən mühafizlərdən birinə (üzündən yaralanana) yaxınlaşıb, rus dilində 
xəbərdar  etdim  ki,  uzaqlaş,  indi  burada  partlayış  olacaq,  buradan  çıx  get. 
downloaded from KitabYurdu.org

221 
 
Dediyimi başa düşmədi, başının hərəkətilə mənə işarə elədi ki, öt burdan. Mən 
də uzaqlaşdım. 
Nümayəndələr  hərbi  nazirin  evindən  çıxıb  faytona  minəndə 
yoldaşlarım  Levin  və  Razin  hərəsi  bir  bomba  tulladılar.  Mənə  elə  gəldi  ki, 
nümayəndələr öldü. Yoldaşlarım qaçdılar, mən də götürüldüm, özümü verdim, 
İçərişəhərə.  Liman  pristavı  «dayan!»  deyə  qışqırdı.  Ayaq  saxlayıb,  pristava 
təslim oldum. Başqalarını öldürmək  məramım  yox idi. Üstümdə iki bomba və 
tapança vardı. 
Özüm Denikinlə vuruşlarda neçə dəfə yaralanmışam, bədənimdə yara 
yerləri də var. Mən Denikinin amansız əleyhdarıyam. 
Bakıya tez-tez gəlib fəhlələrin mənzilində qalırdıq. 
Hacıyev  müttəhim  Novikovun  dediklərini  və  onunla  Petrovgildə  tez-
tez  görüşdüyünü  təsdiq  etdi.  Rusiyadan  17.000.000  manat  gətirildiyini 
deyirdilər. Siyasi mövzularda və Denikinin əleyhinə danışırdılar. Petrov onlara 
rəğbət bəsləyirdi. 
Petrov  Hacıyevdən  xahiş  edir  ki,  iki  nəfərə  otağında  yer  versin. 
Hacıyev  razılaşır.  Novikovla  Levinə  yer  verir.  Bir  dəfə  onu  Sabunçuya  fəhlə 
klubuna  aparırlar.  Petrov  da  orada  olub.  Hacıyev  qorxub,  daha  onları  evinə 
qoymayıb.  Çıxıb  gediblər  və  1.800  manat  ona  borclu  qalıblar.  Hacıyev 
qorxusundan  heç  yerə  şikayət  etməyib,  hökumətə  deməyib.  Dediklərindən 
savayı heç nə bilmir, onların işlərindən xəbərdar deyil. 
Petrov  ev  kirayəsi  barədə  Hacıyevə  söz  verib  ki,  haqqını  alacaqsan. 
Dostlarım harasa gediblər, tezliklə qayıdacaqlar, pulunu verəcəklər. 
A.  A.  Petrov  ifadəsində  göstərir  ki,  dülgər  işləyirmiş,  işdən 
çıxardıblar.  Birtəhər  düzəlib  Mixaylovski  xəstəxanasına,  ehtiyacdan  otağına 
kirayənişin buraxıb. 
Hacıyevlə üzləşəndə Petrov hər şeyi boynuna alır. 
Novikovun  hərbi  səhra  məhkəməsində  aparılan  istintaqı  mart  ayının 
19-da  qurtarır  və  martın  21-də  bu  işə  polkovnik  Nəbibəyovun  sədrliyi  altında 
keçirilən iclasda baxılır. F. F. Novikov dar ağacından asılmaqla ölüm cəzasına 
məhkum edilir. 
Hökm  mart  ayının  23-də,  səhər  saat  5-də  Bayıl  qazamatında  yerinə 
yetirilmişdir. 
Bakı  general  qubernatorluğunun  məlumatı.  1920-ci  il  fevral  ayının 
əvvəllərində  burjua  qəzetləri  yazırdılar    ki,  son    günlərdə    şəhərdə      şayiə  
yayılmışdır  ki,  guya  camaat  hökumətdən  narazıdır,  çıxış  edib,  bazar,  dükanı 
talan edəcəklər. Əhali də bundan həyəcana gəlmişdir. 
Şəhərə  girməyə  heç  kəsə  ixtiyar  verilmir.  Körpülərə  yanaşan 
gəmilərdəki  sərnişinlərin  yalnız  bəzilərinə  düşməyə  icazə  verilir.  Üç  gün 
ərzində  şəhərə  Ənzəli,  Şamil  qala  (Mahaç-Qala)  və  Təzə  şəhərdən 
downloaded from KitabYurdu.org

222 
 
(Krasnovodsk) 7 gəmidə 500 nəfər gəlmişdir. Gələnlərin bəziləri Tiflisə gedir. 
İranlılar İrana qaytarılır, ləzgilər Dağıstana yollanır. 
Gəmilərdə səpmə yatalaq və başqa xəstəliklər müşahidə olunur. Radio 
ilə  gəmilərə  bildirilib  ki,  hər  kəs  Bakıya  gəlsə  geri  qaytarılacaq.  Əcnəbi 
heyətlərə, siyasi nümayəndələrə və dövlət işləri üçün gələn adamlara gəmidən 
düşməyə izin veriləcək... 
Belə  məlumatların  yazılmasına  baxmayaraq  şayiələr  artır,  həm  də 
şişirdilir,  ətraf  qəsəbə  və  kəndlərə  yayılır,  həyəcan  və  narahatlığı  daha  da 
artırırdı. 
Qızıl  Ordu  Denikin  dəstələrini  darmadağın  edərək  Cənuba 
Azərbaycan  sərhədlərinə  yaxınlaşırdı.  Qızıl  Ordunun  polad  pəncəsində 
qıvrılmaqda olan ağ ordunun nümayəndəsi general Baratov Bakıya varid olub, 
hökumətə təklif edir  ki,  qırmızılar  yürüşü davam etdirib, şəhərə girsələr əl-ələ 
verək, bütün neft mədənlərinə və zavodlara od vuraq, bolşeviklərə qalmasın. 
Belə qorxulu xəbərlərdən camaat zara gəlmişdi. Nə gecəsi gecə idi, nə 
gündüzü gündüz, aclıq, ehtiyac və xəstəlik də əhalini əldən salmışdı. 
Bolşeviklər  Bakıda  orduda,  hərbi,  mülki  və  ticarət  donanmasında, 
fabrik  və  zavodlarda,  mədənlərdə  siyasi  iş  aparırdılar,  xalqı  silahlı  üsyana 
hazırlayırdılar. 
Hökumətin yarım rəsmi orqanı «Azərbaycan» qəzetində bolşeviklərin 
süni  niyyəti  barədə  xəbərlər  dərc  edildi.  Hazırkı  hökuməti  yıxmaq  və  şura 
hökuməti  qurmaq  üçün  üsyan  hazırlanırdı.  Bu  məqsədlə  kəndlərdə,  fəhlə  və 
əsgərlər arasında gizli şöbələr və hər yerdə hərbi təşkilat yaradılırdı. İşin üstü 
açılır, dövlət üçün təhlükəli cani kimi Əli Bayramovun axtarıldığı elan olunur. 
Vətəndaşlardan  xahiş  edilir  ki,  Əli  Bayramovun  yerini  bilən  varsa  mütləq 
polisə xəbər versin. 
Qəzetdə  üsyan  barəsində  uzun-uzadı  izahat  verilirdi.  Bu  sənədlər 
Həbib Cəbiyevin mənzilində axtarış aparılanda polisin əlinə keçmişdi. 
Bundan  sonra  hökumət  bolşevikləri  təqibə  başlayır,  ələ  keçənləri 
zindana salır. 
Xəfiyyə  idarəsi  Əli  Bayramov  və  Həbib  Cəbiyevin  parlaman  üzvü 
Əliheydər  Qarayevin  mənzilində  gizləndiklərini  öyrənir.  Həmin  bina 
mühasirəyə alınır. Bakının general qubernatoru Gəray Murad Tlexas əməliyyatı 
şəxsən  idarə  edir.  Lakin  parlaman  üzvünün  toxunulmazlığına  görə  mənzilinə 
girə bilmirlər. Bu barədə parlaman rəyasət heyətinin rəsmi qərarı olmalı idi. 
Əli Bayramov və Həbib Cəbiyev çıxılmaz vəziyyətə düşdüklərini hiss 
edib  qonşu  binanın  damına  keçirlər,  dolambac  dalan  və  döngələrlə  aradan 
çıxırlar. 
General qubernator və polis rəisinə parlaman üzvünün mənzilinə daxil 
olmağa  icazə  verilir;  o  şərtlə  ki,  yalnız  otaqlara  və  mətbəxə  baxa  bilərlər, 
axtarış aparmaq olmaz. 
downloaded from KitabYurdu.org

223 
 
Onlar mənzildə Əlini və Həbibi tapa bilmirlər. 
Əli  Bayramov  şəhərin  kənarında,  Məhəmmədəli  məhəlləsinin  ucqar 
evlərinin birində gizlənir. 
Şəhər  polismeysteri  Mirzəyev  casus  və  agentləri,  məhəllə  qoçularını 
səfərbər edir ki, Həbib Cəbiyevin və Əli Bayramovun gizləndikləri evi axtarıb 
tapsınlar, onları tutub hökumətə versinlər. 
Hadisələri  izləmək  üçün  söhbət  elədiyim  adamların  dediklərini 
oxuculara çatdırmaq istəyirəm. 
Ceyran  Bayramova:  1918-ci  il,  mart  hadisələri  vaxtı  Lahic  bağlarına 
qaçdıq,  oradan  da  Qasım  İsmayılovla  bərabər  Corata  piyada  getdik.  Araba 
tutduq,  əvvəl  Ağcaqabula,  sonra  da  Salyana  yollandıq.  Əli  Salyanda  idi.  Kür 
qırağında mənzili vardı. Anam, qayınatam Bayram kişi, qaynım Oruc da orada 
idilər. 
Avqust  ayında  Ramazan  paşanın  əsgərləri  Salyanı  tutub  Bakıya 
irəliləyirdilər. 
Çar  hökuməti  dövründə  uzun  müddət  pristav  olmuş  Əliheydər 
Yusifovu  Salyana  qəza  rəisi  təyin  etmişdilər.  Türklər  Əlinin  kapitan  olduğu 
«Demosfen»  gəmisini  tutub,  komanda  heyətini  əsir  aparmışdılar.  Yusifovun 
fitvası  ilə  bircə  Əlini  tək  saxlamışdılar  ki,  bolşevik  kimi  camaatın  gözü 
qabağında dar ağacından assınlar. Əli türk zabitini başa salır ki, mən füqərayi 
kasib  tərəfdarıyam,  heç  yerə  qaçan  deyiləm.  Zabit  də  onu  evə  buraxır.  Qəza 
rəisi  Əliheydər  Yusifov  bu  əhvalatdan  xəbər  tutur  və  gecə  yarısı  evimizə 
gələrək  Əlini  başladı  hədələməyə:  «Sən  bolşeviksən,  səni  dar  ağacından 
asacayıq. Muğana silah daşımağın yadından çıxıb? Lap məğamında düşmüsən 
tələyə. Qaçan yerin yoxdur». 
O gedən kimi Əli bizi - atasını, anamı, qardaşı Orucu qayığa mindirib 
Ərəbuşağı  kəndinə  qaçırtdı.  Oradan  da  12  kilometr  yolu  Ağcaqabula  piyada 
gəldik.  Atasını,  anamı,  qaynım  Orucu  Bakıya  yola  saldı.  Özümüz  ikilikdə 
getdik Gəncəyə. Gəncədə Əli kommunist İbrahim Əminbəylini tapıb başladılar 
gizli  fəaliyyətə.  Kəndlilər,  dəmir  yolu  fəhlələri  və  əsgərlər  arasında  təbliğat 
aparırdılar. Türklər Azərbaycandan gedəndən sonra qayıtdıq Bakıya. Az sonra 
Əlini tutub saldılar həbsxanaya. Bir azdan azad etdilər. 
Məni  parlamanda  Mirzəsamalovun  yanında,  qanun-layihə  şöbəsində 
balaca  bir  işə  düzəltdilər.  Məktubları,  təliqələri,  sənədləri  kitablara  qeyd 
edirdim. 
Evimizdə təşkilatın gizli telefonu saxlanırdı. Telefon stansiyasında da 
mötəbər adamlar vardı ki, nazirlər, prokuror, polisiya bir-birilə danışanda bizim 
gizli telefona calayırdılar, evimizdəki növbətçi onların söhbət və danışıqlarının 
hamısını  yazır,  təşkilata  çatdırır,  onlar  da  əvvəldən  tədbir  görürdülər.  Kimi 
tutub  həbsə  salacaqlar,  harda  axtarış  aparılacaq,  mitinqə  necə  mane  olmaq 
downloaded from KitabYurdu.org

224 
 
istəyirlər...  Gizli  telefon  böyük  otaqda,  küncdəki  stolun  altında,  məxfi 
saxlanırdı. 
Ruhulla  Axundov,  Həbib  Cəbiyev,  Ağababa  Yusifzadə  və  başqaları 
tez-tez  bizə  gəlib-gedərdilər.  Əli  on  doqquzuncu  ildə  Ruhullanı  və  Həbibi 
Moskvaya yola saldı və qardaşı Orucu da qoşdu onlara. 
Evimizdə adi telefon da vardı. 
İyirminci  ilin  əvvəllərində  Əlini  bərk  axtarırdılar  ki,  tutsunlar.  O  da 
yerini  tez-tez  dəyişdirirdi,  evə  gəlmir,  başqa  yerdə  qalırdı.  Mart  ayının  19-u, 
gecə  yarısında  mənzilimizdə  qalabəyi  Əliheydər  Yusifov  polislərlə  gəlib 
başladılar  axtarış  aparmağa.  Otaqları  ələk-vələk  elədilər,  hər  iki  telefon 
aparatını çıxarıb apardılar. Martın 20-də anam Bibixanımı və evimizdə yaşayan 
qohumumuz  gimnaziya  şagirdi  Ağarəhim  Nəzərovu  polis  tutur,  anamı  2-ci 
polis  şöbəsində,  Ağarəhimi  liman  polis  şöbəsində  saxlayırlar,  tələb  edirlər  ki, 
Əli  Bayramovun  gizləndiyi  yeri  desinlər.  Eyni  zamanda,  dayım  Həsən  Əli 
oğlunu da tutub, 4-cü polis şöbəsinə aparırlar. 
Əsassız  və  qanunsuz  tutulanları  azad  etdirmək  üçün  ora-bura 
qaçırdım.  Başım  bərk  qarışmışdı.  Qalmışdım  polismeyster,  qalabəyi, 
qubernator  idarələrinin  və  parlamanın  arasında.  Əhvalatı  «Hümmət»  təşkilatı 
üzvlərinə xəbər verib, kömək istədim. 
Neçə  gün  idi  ki,  Əlinin  bizdən  xəbəri  yox  idi.  Nigaran  qalıb,  mart 
ayının 20-də, Novruz bayramı axşamı, çıraqlar yananda, gizləndiyi evdən çıxıb, 
çox  da  uzaqda  olmayan  nənəm  səadətin  evinə  yollanır.  Məhəmmədlilər 
məscidinin  yanından  keçəndə  qoçu  Əjdər  və  Hüseyn  Qədir  oğlu  onu  görür, 
qabağını kəsirlər, tapançasını alırlar. 
Qonşu Sərdar Babayev qaçıb nənəmə xəbər verir ki, qoçu Əjdər Əlini 
tutub divanxanaya aparır, çıx, yalvar, buraxdır. 
Səadət nənəm qaçır, başlayır qoçuya yalvarmağa ki, bayram axşamına 
səni and verirəm... Əjdər qoca arvadı söyüb, elə itələyir ki, arvad yıxılır... 
Əlini  aparıb  verirlər  polismeysterə.  İki  gün  idi  ki,  mənim  başım 
anamla  Ağarəhimə  qarışıq  idi.  Çapalayırdım.  Əlini  qoçu  Əjdərin  tutub  polisə 
verdiyini eşidəndə getdim Qasım İsmayılovu tapdım. Martın 21-i idi. Yollandıq 
Əliheydər  Qarayevin  mənzilinə  ki,  Əli  barədə  nə  bilir,  nə  eşidib.  Novruz 
bayramının sabahı martın 22-si Qasım İsmayılovla düşdük idarələrə. 4-cü polis 
şöbəsinin  rəisi  dedi  ki,  Əli  Bayramovun  tutulmağından  xəbərim  var.  Onda 
xahiş etdim ki, kağız verin aparaq, anamla, günahsız oğlanı buraxdıraq. Cavab 
verdi  ki,  polismeyster  Mirzəyev  özü  hər  şeyi  yaxşı  bilir,  kağız  lazım  deyil. 
Məni  ələ  salıb  istehza  ilə  dedi:  «bolşevikə  qoşuldun,  cəzandır  çək,  evdə  gizli 
telefon aparatı saxlayırsız, sizə nə etsələr azdır...». 
Oradan  yollandıq  polismeyster  idarəsinə.  Növbətçi  dustaqların  adları 
qeyd olunan dəftərləri yoxlayıb dedi ki, burda Əli Bayramov yazılmayıb. Mən 
inanmadım.  Dadaş  Bünyadzadə  dustaqların  arasında  idi,  təsdiq  etdi  ki,  Əli 
downloaded from KitabYurdu.org

225 
 
burada,  bizim  yanımızda  yoxdur.  Getdik  Mirzəyevin  evinə,  dedik  ki,  Əli 
tutulub,  əmr verin,  girov saxlanan arvadla oğlanı buraxsınlar. Əlinin də  yerini 
soruşduq  ki,  xörək  aparaq,  pulu  yoxdur  üstündə.  Polismeyster  söz  verdi  ki, 
tutulanları buraxdırar. Əlinin də yerini öyrənib sabah xəbər verər bizə. Sabah, 
sabah  gəlin.  Olur  ki,  qubernatorun  əmrilə  məhbus  saxlayırıq,  dəftərə  adı 
yazılmır. Üstüörtülü bildirdi ki, sabaha qədər gözləmək vacibdir. 
Getdik qalabəyi idarəsinə. Yusifov  yox idi.  Yollandıq evinə. Yusifov 
dedi:  «Əli  Bayramovun  tutulmağından  xəbərim  yoxdur.  Amma  Əli  də,  onuk 
bütün  yoldaşları  da,  hamısı  çoxdan  tutulmalıdırlar.  Hökuməti  devirmək 
istəyirlər.  Muğan  əhvalatı,  Salyandakı  həngamə  yadınızdan  çıxıb?».  Bizi 
göndərdi  idarəyə,  informasiya  şöbəsinin  rəisi  Şahsuvarovun  yanına.  Qalabəyi 
və qubernatorluğun idarələri bir binada yerləşirdi. 
Şahsuvarovla  küçədə  rastlaşdıq,  qalxdıq  yuxarı.  Başladı  sorğu-suala: 
«Əli  neynəyirdi?  Kimlər  yanına  gəlib-gedirdi?»  Və  sairə.  Oturduq  Qasımla 
qubernatoru gözlədik. Dal qapıdan Yusifov gəldi. 
Düz  üç  saat,  axşam  7-dən  11-ə  qədər  gözlədik,  general-qubernator 
Tlexas gəldi. Yarım saatdan sonra bizi çağırdılar kabinetə. Qubernator soruşdu: 
«Nə  istəyirsiz?»  Dedim:  «Əli  Bayramovu  tutublar,  xahiş  edirik,  əmr  verin 
anamı  və  oğlanı  buraxsınlar».  «Əli  Bayramov  nəyinizdir?»,  «Ərimdir...», 
«Harda  işləyirsiz?»,  «Parlamanda,  qanun  şöbəsində».  Sonra  Qasımı  dindirdi, 
Dedi ki, bayırda gözləyin. Qapının ağzında dayanmışdıq. Yusifov dal qapıdan 
girdi  qubernatorun  kabinetinə.  Bir  azdan  qubernator  çıxdı.  Ona  yaxınlaşıb 
danışmaq  istəyəndə,  Şahsuvarov  mənə  dedi  ki:  «Nə  lazımdır  biz  öyrənmişik. 
Sizin sözünüzə ehtiyac yoxdur». 
Qubernator  getdi.  Şahsuvarov  bizi  bir  az  yubandırdı.  İki  qaradovoy 
gəlib  çıxdı  (görünür  telefonla  çağırıblar),  bizi  onlara  qoşub,  polismeysterliyə 
göndərdi. 
Polismeysterlikdə  baş  qaradovoy  Babayev  tez-tez  içəri  girib  çıxırdı, 
qaradovoylarla  danışırdı.  Pəncərədən  görünürdü  ki,  qaranlıq  həyətdə 
qaradovoylar dayanıb. Ümumi bir narahatlıq var. 
Səhər  polis  agenti  Cəbrayıl  Ayvazov  növbətçi  Abdullayevə  dedi  ki, 
arvadı burax getsin. Gündüz saat 2-ya qədər məni yubandırdılar. 
Başımıza  gələnləri  parlamanda  əli  altında  işlədiyim  Mirzəsamalova 
danışdım,  xahiş  etdim  ki,  kömək  eləsin,  kimə  lazımca  dil  çatdırsın.  O  da 
telefonla  daxili  işlər  nazirinin  müavini  Şəfibəy  Rüstəmbəyovla  danışdı.  Xeyli 
qulaq asandan sonra dedi: «Əli Bayramovu demirəm, məktəb şagirdi, 13 yaşlı 
Ağarəhimi,  bir  də  qoca  arvadı,  Bibixanımı  buraxdırmanızı  xahiş  edirəm».  Bu 
söhbətdən başa düşdüm ki, Əlinin tutulmağından nazir müavininin xəbəri var. 
Parlaman üzvü, sosialist partiyası liderlərindən Əhməd Pepinovun da 
yanına  getdim.  O  da,  oğlanla  anam  barədə  telefonla  danışıb  xahiş  etdi  ki, 
buraxsınlar. 
downloaded from KitabYurdu.org

226 
 
Bir  nəfər  tanımadığım  kişi  Əlidən  mənə  məktub  gətirdi.  Məzmunu 
belə idi; 1) Firqə özəklərinin yerini dəyişsinlər. 2) Telefon aparatlarının necə və 
kimdən  alındığını  deməyin.  3)  Mənə  pul  çatdırın.  Qasım  İsmayılovun 
vasitəsilə.  4)  Əliheydər  Qarayevə  deyin  ki,  Yusifova  inanmasın.  O,  satqındır; 
özünü tülkülüyə vurur ki, guya bolşeviklərə kömək edir. 5) Yusifova deyin ki, 
məndən  əl  götürsün.  6)  Özüm  polismeysterlikdə  qaradovoyların  otağındayam. 
7)  Ceyran,  sən  və  Bibixanım  dalımca  gəlməyin!  Qoy  yoldaşlar  mənim  üçün 
əlləşsinlər. 
Vərəqəni  aparıb  verdim  Əliheydər  Qarayevə,  Qulu  Hüseynov, 
Musaxanov  və  başqa  yoldaşlar  da  o  kağızı  oxudular.  Başladılar  Əlini 
axtarmağa.  Qarayev  parlamanda  kəskin,  gurultulu  çıxış  etdi,  yoldaşlarımızı 
həm  açıq,  həm  də  gizli  yollarla  aradan  çıxartdıqlarına  görə  hökuməti 
günahlandırdı.  Musəvi  və  Haşım  Əliyevin  öldürülməsindən  heç  altı  ay 
ötməmiş, indi də Əli Bayramovu oğurlayırsız. 
Müsavatçılar da iddia etdilər ki, bu provakasiyaçı bolşeviklər hökumət 
böhranını sürətləndirmək üçün özləri quraşdırıb, çox güman ki, Əli Bayramovu 
gizlədib,  hökumətə  şər  atırlar.  Əli  Bayramov  günahkardır,  üsyançıdır. 
Hökuməti devirmək istəyib. Taxsırı olan adam cəzalanmalıdır. 
Əliheydər  Qarayev  ikinci  dəfə  daha  kəskin  çıxış  etdi.  «Biz  Qırmızı 
Ordu  ilə  ciddi  danışığa  girməliyik.  Bu  hökumət  isə  bunu  bacarmayacaqdır. 
Sovet Rusiyası ilə danışığa girmək lazımdır». 
Daxili  işlər  naziri  müavini  Şəfibəy  Rüstəmbəyov  izahat  verir: 
«Daxiliyyə  naziri  burada  yox  ikən  Qarayev  Əli  Bayramov  haqqında  danışdı. 
Bu  xüsusda  bir  neçə  söz  deyəcəyəm.  Bir  neçə  gün  bundan  əvvəl  polis  dövlət 
çevrilişi  və  üsyan  qaldırmaq  planı  kəşf  etdi.  Burada  hökuməti  yıxmaq, 
parlamanı dağıtmaq və Şura hökuməti qurmaq istəyirlər. 
Əli Bayramov da bu çevrilişin iştirakçılarından biridir. Parlaman üzvü 
Əliheydərin də orda imzası var. 
Polisə  əmr  olunmuşdu  ki,  o  adamları  tutsun.  Polis  axtarır,  tapa 
bilmirdi.  Bu  aralıq  xəbər  çıxdı  ki,  Əli  Bayramov  yoxa  çıxıb.  Bu  barədə  hələ 
rəsmi bir məlumat da yoxdur. Ancaq şayiələr var ki, onu bir qoçu tutub polisə 
verib. Polis isə onu boğmuşdur. Bu xəbəri eşidəndə nazir qaradonaçalnikə əmr 
verdi  ki,  xəbəri  rəsmi  şəklə  salsın,  tapıb  açsın.  Keçən  gün,  mən  Əli 
Bayramovun  qaynanasını,  arvadını  öz  kabinetimə  çağırdım.  Orada  general 
qubernator  və  parlaman  üzvlərindən  bir  neçə  nəfər  də  vardı.  Əli  Bayramovun 
arvadı və qaynanasından Əlini harda və kimlərin tutduğunu soruşdum. Kənarda 
gəzən  şayiələrdən  başqa  heç  nə  demədilər.  Qoçulardan  qorxduqlarını 
söylədilər. Deyilənlər doğru çıxsa kim müqəssir olsa məhkəməyə veriləcək və 
cəzalanacaq. Hökumətə iftira, böhtanlar yağdırılır, buna ciddi etiraz edirəm». 
Bu əhvalatdan sonra Bakı məhkəmə prokurorluğu qəzetlərdə elan etdi 
ki, Əli Bayramovun işi ilə əlaqədar xüsusi istintaq başlanır. Kim nə bilir (adsız 
downloaded from KitabYurdu.org

227 
 
da olar) xəbər versin. İstintaqı mühüm işlər müstəntiqi S. N. Kovalenko aparır. 
O adamları hər gün səhər saat 10-dan 4-ə qədər qəbul edir. 
Əliheydər Yusifov: Əli Bayramov bolşevikdir. Bakıda nəzərdə tutulan 
silahlı  üsyanla  hökuməti,  dövləti  yıxmağa  çalışanlardan  biridir.  General-
qubernatorun  əmriylə  tutulmalı  idi.  Mənzilində  axtarış  aparılmışdı.  Evdə  yox 
idi.  Bir  neçə  nəfər  başqa  bolşevik  tutuldu  və  xüsusi  siyahıya  salındı.  Əli 
Bayramovu  bu  siyahıya  yazmadıq.  Belə  adamları  həbsə  alanda  mənə  xəbər 
verirlər, lakin bu  hadisədən xəbərim  yoxdur. Mart ayının 30-da bolşevik Bağı 
Cəfəri daxili işlər naziri müavini Şəfibəy Rüstəmbəyova və əmək naziri Əhməd 
Pepinova  dedi  ki,  Əli  Bayramovu  tutub  və  öldürüblər.  Belə  bir  şayiə  gəzir. 
Cəfəri  eyhamla  polismeysterin  bu  işdə  barmağı  olduğunu  başa  saldı.  Nazir 
müavini mənə dedi ki, əhvalatı prokurora xəbər ver. 
Əjdər  və  Mirrəhimi  belə  tanıyıram:        Mirrəhimin  qardaşı  Ələkbər 
dustaqxanadan  qaçmışdı.  Əjdəri  və  Mirrəhimi  qalabəyi  idarəsinə  çağırmışdıq 
ki, Ələkbəri gətirib təhvil versinlər. 
Daxili işlər nazirliyindən Cəfəri ilə bərabər prokurorun yanına getdik 
və Əli Bayramovun öldürüldüyü barədəki şayiəni Cəfəri ona xəbər verdi. 
Alı Əkbərxan Şahsuvarov: Qubernatorluqda istixbarat şöbə rəisiyəm. 
Terek  vilayətinin  Kizlər  şəhərindən  gəlmişəm.  «Metropol»  mehmanxanasında 
yaşayıram. 
General-qubernatorun  əmri  ilə  martın  19-da  Əli  Bayramovun 
mənzilində  axtarış  aparılmışdı.  Hələ  1920-ci  il,  mərt  ayının  10-da  general-
qubernator  və  qalabəyi  mənə  tapşırıq  verdilər  ki,  hazırkı  Azərbaycan 
Cümhuriyyətindəki  dövlət  quruluşunu  devirmək  istəyən  silahlı  qiyamçılardan 
Əli  Bayramovu  tap.  Mən  də  onun  evində  nəzarətçi  qoydum.  Son  həftələr  o, 
evdə  yaşamırdı.  Öyrəndim  ki,  Sabunçuya,  Balaxanıya  gedir,  bir  də  Melniçnı 
küçəsindəki  29  nömrəli  evdə,  arvadının  qohumları  yanında  olur.  Həmin  evdə 
tez-tez  iclas  keçirirlər.  Mart  ayının  19-dakı  axtarış  cənab  qalabəyi  Yusifovun 
başçılığı  ilə  pristav  müavini  Süleymanbəy  Sübhanverdixanovun  iştirakı  ilə 
aparılmışdı. 
Qasım İsmayılov bir neçə dəfə o evə    gəlmişdi. Ağarəhim Nəzərov, 
Bibixanım  və  Ceyran  Əli  Bayramovun    pusquçuları    idi.  Ağarəhim 
poçtalyondan  aldığı  məktubu  aparıb  kiməsə  verirdi.  Oğlan  tutulanda  ona 
qoşulub  gəlmiş  Bibixanımdan  nə  xəbər  alırdıq  çalpaşıq,  şübhəli  cavablar 
verirdilər,  hiss  olunurdu  ki,  izi  itirməyə  çalışırlar.  Qubernatorun  əmri  ilə  hər 
ikisi  tutuldu.  Ayın  21-də  Bibixanım  buraxıldı.  Ceyranla  Qasım  gəlib  oğlanı 
buraxmağı tələb etdilər. Ceyran və Qasım İsmayılov suallarıma qeyri-müəyyən 
cavablar  verdilər.  General-qubernator  idarədə  olmadığına  görə,  məsələni 
qalabəyi  Yusifova  dedim.  O  da  əmr  etdi  ki,  şəxsən  general  qubernatora  xəbər 
ver,  həm  də  tapşırdı  ki,  Əli  Bayramovun  tutulmağı  barədə  heç  kimə  heç  nə 
demə, heç yerə də xəbər vermə. Axşam saat 11-də əhvalatı general-qubernatora   
downloaded from KitabYurdu.org

228 
 
nəql  elədim.  O   da  hər ikisini  -  Ceyranı  da,   Qasımı  da üsyan  iştirakçısı 
kimi  tutmağı  əmr  etdi,  Etiraz  etdilər.  Ceyranı  ayın  22-də  buraxdılar.  Neçə 
gündən sonra gəlib mənə xəbər verdi ki, Əli Bayramov heç yerdə yoxdur; tələb 
etdi ki, harda saxlayırsız yerini göstərin. General-qubernator onu qəbul etdi, nə 
cavab verdiyindən xəbərim yoxdur. 
Ceyran  Bayramova:  Mart  ayının  27-də  məni  daxili  işlər  nazirinin 
müavini  Şəfibəy  Rüstəmbəyovun  yanına  çağırdılar.  Anam    Bibixanımla 
bərabər  oraya  yollandıq.  Tlexas,  Əliheydər  Yusifov,  Muxtar  Əfəndizadə  də 
orda  idilər.  Rüstəmbəyov  mənə  kağız  verib  dedi  ki,  Əli  Bayramovun  necə 
tutulduğunu  yaz,  ver  bizə.  Ətraflı  yaz!  Mən  imtina  etdim.  Dedim  ki,  iş 
məhkəmə  orqanlarındadır.  Burada  ifadə  verməyə  ehtiyac  yoxdur.  Muxtar 
Əfəndizadədən  başqa  hamınız  yaxşı  bilirsiniz  ki,  Əlinin  başına  nə  gəlib. 
Əliheydər Yusifov isə Əliylə qərəzlik eləyir; odur ki, Əli düşüb dərin quyunun 
dibinə, heç sədası da gəlmir. Yusifov dedi: «Get, nə bilirsən onu da elə». 
Ömər Faiq Nemanzadə: Mart ayının ikinci yarısında idarədə yanıma 
tanımadığım  bir  arvad  gəlib  dedi  ki,  mən  Ceyran  Bayramovayam,  ərimi 
tutublar,  amma  harada  olduğunu  öyrənə  bilmirəm.  O  saat  Mirzəyevə,  zəng 
çalıb soruşdum. O dedi ki,  məndə belə dustaq yoxdur, telefonu qoydu yerinə. 
Mən  təkrar  zəng  çaldım:  «Bəs  deyirlər  ki,  Əjdər  Əminov  tutub  Əlini  gətirib 
sizə...» O səsini ucaltdı: «A!.. Onu deyirsiz? hə, Əli Bayramovu Əjdər götürüb 
dala apardı». «Necə yəni, dala apardı?! Dustağı bir yerdə saxlamaq lazım idi». 
Mirzəyev dedi: «Əjdər ondan, Əli Bayramovdan iltizam alıb buraxıb». 
Mən Ceyran xanıma dedim ki, şikayət yaz ver mənə, isti-isti işin izini 
axtarıb tapaq.    Hadisəni    olduğu kimi  yazıb verdi və Roman Şalvaşvilinin 
sözlərini  də  əlavə  etdi.  Tapşırdım  ki,  söhbəti  məxfi  saxla.  Sabah  şahidlərlə 
gəlin  yanıma.  Sabahı  gün  bircə  gürcünü  gətirdi  və  sualıma  cavab  verdi  ki, 
başqaları  qorxudan  gölməyiblər.  Əjdər  hədələyib  ki,  hər  kəs  bu  işə  qarışsa 
öldürəcəyik.  Romanı  dindirdim,      tapşırdım  ki,  söhbəti  gizlin  saxlasın.  
Mollazadədən  xahiş  etdim  ki,  gizlicə  qaradovoy  Həmzə  Mirzə  oğlunu  bir 
bəhanə  ilə  mənim  yanıma  gətirsin.  Elə  olsun  ki,  nəzərə  çarpmasın.  Həmzə 
gəldi. Hadisəni ətraflı mənə nəql etdi. İşi verdik prokurora. 
4-cü  polis  şöbəsinin  rəis  müavini  Süleymanbəy  Sübhanverdixanov 
dedi ki, qalabəyi Əliheydər Yusifova tapşırılmışdı ki, necə olur-olsun bolşevik 
Əli  Bayramovu  tutun.  Polismeyster  Mirzəyev  məşhur  məhəllə  qoçusu  Əjdər 
Əminovu  çağırıb  tapşırdı  ki,  yerin  altında  da  olsa  Əli  Bayramovu  tap  gətir 
yanıma. O da tutub apardı, polismeysterə təhvil verdi. 
Mollazadə də təsdiq etdi ki, Mirzəyev qalabəyi Yusifov adından 4-cü 
polis şöbəsinə bir neçə  nəfər qoçu çağırıb tapşırdı ki, Əli Bayramovu axtarın, 
hətta Əjdərə dedi ki, bu işi eləsən, sənin köhnə günahlarının da üstündən qələm 
çəkib  bağışlayarıq.  Köhnə  iş  də  o  imiş  ki,  qoçu  Əjdər,  qoçu  Mirrəhim 
Mirmövsümovun bacanağı idi, bir gecədə 15 adam öldürmüşdülər. 
downloaded from KitabYurdu.org

229 
 
Aradan bir-iki gün ötdü. Qaradovoy Məşədibrahim Məşədabas oğlunu 
çağırdım.  O  bərk  qorxurdu  ki,  qaradovoylar  və  Mirzəyev  onun  özünü  öldürə 
bilərlər.  Əli  Bayramovun  gecə  vaxtı  aparıldığını  nəql  etdi.  Baş  qaradovoy 
Babayev  əvvəl  Mirzəyevin  evinə  gedib,  sonra  gəlib  Əli  Bayramovu  apardı. 
Dedi  ki,  Mirzəyev  əmr  edib  ki,  Bayramovu  10-cu  polis  şöbəsinə  aparmaq 
lazımdır. 
Qaradovoylardan  Həbib,  Vəli  və  Əbdülrəhman  Əli  Bayramovu 
faytonda apardılar. Babayev qaldı. 
Şəxsən  nazir  müavini  Şəfibəy  Rüstəmbəyova  müraciət  etdim  ki, 
istintaqa  mane olduğuna görə Mirzəyevi tutmaq lazımdır. Rüstəmbəyov mənə 
acıqlanıb töhmət etdi ki, sən daxili işlər nazirliyinə qarşı iş açırsan. Əmr etdi ki, 
bu  işə  burnumu  soxmayım!  Məsələ  prokurorluğa  verilibdir.  İki  gündən  sonra 
Vəkilov,  nazir  gələndə  yanına,  kabinetə  getdim.  Hadisəni  ona  danışdım  və 
Mirzəyevi tutmağı xahiş etdim. Bu vaxt, Rüstəmbəyov nazirin yanına gəldi və 
işi  başa  düşəndə,  acıqlı-acıqlı  söhbətə  qarışıb  dedi:  «Heç  belə  şey  yoxdur. 
Bunlar hamısı sənin şəxsi fantaziyandır». 
Mən  tutuldum.  Vəkilovdan  xahiş  etdim  ki,  mənə  təklikdə  danışmağa 
imkan yaratsın. Rüstəmbəyov çıxıb getdi. Vəkilov məni dinlədi. Sözümü axıra 
kimi dedim  və bütün sübutları söylədim və  xahiş etdim  ki, özümlə  gətirdiyim 
qaradovoy  Məşədibrahim  Məşədabas  oğlunu  şəxsən  dindirsin.  Vəkilov 
Məşədibrahimi  təklikdə  dindirdi.  Mirzəyevi  tutmaq  barədə  əmr  verdi.  Şəhər 
polismeysteri təyin olunmuş Kabulov əmri sabahı gün saat 12-də yerinə yetirdi. 
Mirzəyevi kaupvaxta
*
,  İçərişəhərə   gətirdilər. Mən  Bayıl qazamatına salmağı 
əmr etdim. Şəfibəy Rüstəmbəyov mane oldu. 
General-qubernator  Tlexasın  yanına  getdim,  işin  gedişini,  Əli 
Bayramovun tələf edildiyini ona da danışdım. Mirzəyevi zorla tutublar. Əjdəri 
və Qədir oğlunu tutmurlar. Cinayətin əsl israçıları şəhərdə gəzir. 
Qubernator  mənə  dedi:  «Əli  Bayramovun  ölümü  haqqında  mənə  heç 
kim şikayət etməyibdir», Və həmin günün səhərisi qəzetdə əmr dərs etdirdi ki, 
bu  barədə  heç  kəsi  tutmaq  olmaz.  Bunu  da  mənə  mane  olmaq  məqsədilə 
etmişdi  ki,  Əjdər  Əminov  və  Hüseyn  Qədir  oğlu  tutulmasın,  cinayətin  əsl  izi 
aşkara çıxmasın». 
 
Bayram oğlu! 
Məhbus hanədəyəm, 
Məhbus hanədə qəlbimin 
                                                           
*
 Kaupvaxt 
- İçərişəhərdə Qoşa qala
 
qapısının girəcəyində məs
ul 
məmurların 
dustaq saxlandığı səkili bina.
 
downloaded from KitabYurdu.org

230 
 
qanıyan çılpaq ayaqları 
nə zaman çox uzun bulsa yolunu, 
xatırladım bilməm nədən 
Azəri yoldaşım Bayram oğlunu. 
 
Nazim   Hikmət 
 
Məşədibrahim Məşədabas oğlu: (qaradovoy) Baş qaradovoy Babayev 
məni  budkanın  yanına  aparıb  dedi  ki,  «Burdakı  ermənini  möhkəm  saxla, 
qaçmasın (şəkildə göstərdiyiniz adam idi). Bir az keçdi dustaqla söhbət etdim. 
Dedi ki, evində telefon tapıldığına görə onu tutublar, özü də müsəlmandır. Mən 
inanmadım, dedim ki, «fındıq»da görüm. Düz   dedi.  İnandım ki, müsəlmandır. 
Gecə yarıya az qalmışdı, saat 11-12-də növbədə idim, Babayev gəldi, 
yanında  da  üç  qaradovoy:  Vəli,  Həbib,  bir  də  Əbdülrəhman,  dedi  ki,  dustağı 
polismeyster Mirzəyev yanına çağırır, mənzilinə aparacayıq. 
Qaradovoylar  dustağı  apardılar  küçəyə,  fayton  çağırıb  oturtdular, 
özləri də əyləşib, yollandılar Qaraşəhər tərəfə. Babayev gedib uzanıb yatdı. 
Dustağı  aparan  qaradovoylar  üç-dörd  saatdan  sonra  gəlib  çıxdılar. 
Həbibin  xəncərində,  Vəlinin  isə  patrondaşında  qan  ləkələri  vardı.  Səhərisi 
öyünürdülər ki, o adamı necə öldürüblər. 
«Bəs  bunların  hamısını   prokurora  niyə  deməmisən?». 
«Ona  görə  ki,  prokuror  sorğu-sualı  polismeyster  idarəsində  aparırdı. 
Qapının  dalındakı  qaradovoylar  polismeysterin  adamıdır,  qulaq  asırdılar.  Çox 
güman ki, Mirzəyev özü də orada idi. Addımbaşı məni güdürdülər. Eşitmişəm 
ki, məni öldürəcəklər.» 
Yaremçuk  Nikolayeviç  Yakov  (9-cu  polis  şöbəsinin  okolodoçnisi): 
1920-ci  il  mart  ayının  23-də  iki  nəfər  süd  satan  malakan  arvadı  səhər  tezdən 
şəhərə  gedəndə  yolun  kənarında  çuxurda  başsız  bir  meyit  görürlər,  səs-küy 
salıb adamları yığırlar. Hadisə yerinə getdim. 9-cu Zavağzal ilə 11-ci Zavağzal 
küçələrinin  arasında,  yerdə  bir  adam  başı  gördüm.  Tatara  da  oxşayırdı, 
yəhudiya  də.  Olardı  25-30  yaşlarında,  üzü  qırxılmamış;  yeddi-səkkiz 
addımlıqdakı  çuxurda  ayaqları  yamacda  başsız  bədən  uzanırdı.  Əynində  üst 
köynək, göy mahud şalvar, ağ corab, bir də jilet vardı. Jilet və şalvarın cibləri 
boş idi. Palto, pencək və papaq yox idi.    Cənazədən azca aralı yerdə qan izi 
görünürdü.  Torpaq  tapdanmışdı.  Belə  təsəvvür  oyanırdı  ki,  cəsədi 
sürükləyiblər. Qan ləkələri olan yerdə torpağa sancılmış xəncər və ya da digər 
iti silahın izi aydın görünürdü. Yerdə iki parça kəndir də vardı.    Cənazə soyuq 
olsa  da  təzə  idi.  Yaxınlıqdakı  daxmalarda  fəqir-füqəra    ermənilər  yaşayır, 
qorxularından   gündüzlər də  qapını daldan bağlayıb   bərkidirdilər. Sorğu-sual 
apardım, heç nə deyə bilmədilər. 
downloaded from KitabYurdu.org

231 
 
Xatisovun  mərmi  zavodundakı  (indiki  l.  Şmidt)  gözətçini  də 
dindirdim,  o  da  heç  nə  görmədiyini  və  eşitmədiyini  söylədi.  Cənazə  tapılan 
cinayət yeri zavoddan min addımlıqdadır. 
Mən  bir  köhnə  palaz  və  kisə  tapıb  cənazənin  üstünə  sərdim.  Yoldan 
ötən arabanı saxladım, meyiti qoyub polis şöbəsinə gətirdim. Pristavın əmri ilə 
cəsədi  aparıb  universitetin  anatomiya  teatrına  təhvil  verdim,  ordan  da 
müstəntiqin yanına yollandım. 
Kabulov  (sabiq  şəhər  polismeysteri):  Aprel  ayının  7-də  məni 
Balaxanı-Sabunçu polismeysterliyindən şəhərə köçürdülər. General-qubernator 
əmr vermişdi. Ayın 9-da, ya da 10-da məni Tiflis vağzalına, daxili işlər naziri 
Vəkilov  olan  vaqona  çağırdılar.  Qalabəyi  Yusifov  və  general-qubernator 
Tlexas  da  yanında  idilər.  Hər  ikisini  vaqondan  çıxartdı.  Qaldıq  ikimiz.  Nazir 
mənə  tapşırdı  ki,  Ömər  Faiqin  verəcəyi  siyahıda  olan  adamları  tutub  həbsə 
salarsan.  Heç  kəsin  sözünə  qulaq  asmazsan,  heç  kimin  əmrini  yerinə 
yetirməzsən, heç bir təzyiqə, hədə-hərbəyə baxmazsan. İş son dərəcə vacib və 
mürəkkəbdir.  Qarabağa  gedirəm,  mən  qayıdana  qədər  heç  birini  həbsdən 
buraxmazsan. 
Ömər Faiqdən siyahını alan  kimi  Mirzəyevi tutub saldım  kauptvaxta. 
Üç qaradovoyu da silahlı gözətçilər Bayıl dustaqxanasına apardılar. Dördüncü 
qaradovoyu  tapa  bilmədim,  qaçmışdı  Gəncəyə,  Qoçu  Əjdəri  tutmaq  mümkün 
olmadı.  4-cü  polis  şöbəsinin  pristavı  (Mirzəyevin  yaxın  qohumu)  Seyidov  və 
onun müavini Süleymanbəy mane oldular. Hər ikisini işdən xaric etmək barədə 
binagüzarlıqda oldum, qalabəyi Yusifov yol vermədi, ancaq yerlərini dəyişdirib 
Balaxanıya göndərdi. 
Aprelin  ortalarında  Roman  Şalvaşvili  mənə  müraciət  etdi  ki,  onu 
öldürmək  istəyirlər,  təqibçilərdən  xilas  edim.  Ona  lazımi  təlimat  verib  yola 
saldım. 
Əli  Bayramovun  ölümü  haqqında,  hamıya  məlum  olanlardan  başqa 
heç nə bilmirəm. 
Belə  vəhşiçəsinə  öldürülmənin  səbəbi,  məncə,  siyasi  məqsəd  üçün 
müəyyən planla olmuşdur. 
Ceyran  Bayramova:  Əlini  tapmaq  üçün  daha  açmadığım  qapı,  baş 
salmadığım  idarə,  güman  gələn  yer  qalmamışdı.  Axır  getdim  «Müsavat» 
firqəsinin  yerləşdiyi  Haşımovun  evinə.  Girdim  müsavatın  lideri  Məhəmməd 
Əmin  Rəsulzadənin  kabinetinə,  ikinci  mərtəbədə,  qapı  ilə  üz-üzə  oturmuşdu. 
Otaq iri idi. Orta boylu, dolu, enlikürək kişi idi. 
Məni  hörmətlə  qəbul  etdi,  oturmağa  yer  göstərdi;  parlamandan 
tanıyırdı. Onda azərbaycanlı qızlarının idarədə işləməyi nadir hadisə idi. Nəql 
etdim  ki,  Əli  Bayramovu  hökumət  tutub,  yerini  bilmək  istəyirəm,  xörək 
aparmalıyam.  Üstündə  pul  yoxdur.  hökumət  tutub,  taxsırı  nədir  qanunla  cəza 
downloaded from KitabYurdu.org

232 
 
verərlər.  Yerini  mənə  söyləsinlər.  Cavab  verdi  ki,  Ceyran  xanım,  Əlinin 
tutulmağından mənim xəbərim yoxdur. 
Aprelin  5-də  axşam  saat  9-a  yaxın  evdə  idim.  Ömər  Faiq  gəldi  bizə, 
soruşdu  ki,  «Əlini  tanıya  bilərsən?»,  «Bəli,  tanıyaram,  -  dedim,  -  niyə 
tanımıram?!». «Onda dur gedək mənimlə». 
Qapıda  fayton  dayanmışdı.  Minib  getdim  Çəmbərə  kənd 
qəbristanlığına.  Küçələr  bərbad,  atlar  faytonu  zorla  çəkirdilər,  tez-tez 
büdrəyirdilər,  yoxuşu  qalxdıqca    tövşüyür,    fınxırırdılar.    Faytonçu    tez-tez  
atlara acıqlanırdı: «Ay çər dəysin sizə!.. Hə, kürən! Tərpən!». 
Hər  yer  bomboş  idi.  Əhali  qorxu  və  ehtiyatdan  gün  batanda,  hələ 
qaranlıq  düşməmişdən  ev-eşiyinə  çəkilib,  darvazaları  arxadan  lomlamışdılar. 
Az evdə, qırılmaqda, üzülməkdə olan ümidi xatırladan zəif işıq görünürdü, elə 
bir  təsəvvür  oyanırdı  ki,  indi,  bir  azdan  sönəcək.  Hər  addımda  küçə  uzunu  o 
tay-bu  tayda  xaraba  daxmalar,  evlər,  viranə  məhəllələrin  acınacaqlı  görkəmi 
göz ağrıdır, ürək yandırırdı. Qəbiristanlığın ətrafında əsl mənada  məzar, ölüm 
sükutu vardı. 
Ürəyimdən qara qanlar axırdı. 
Fayton  dayandı.  Düşdük.  Milyonçu  Şəmsi  Əsədullayevin  təmtəraqlı 
qəbirindən  xeyli  aralı  olan  daxmaya  tərəf  getdik.  Küçələrdən  yığılıb  gətirilən 
sahibsiz meyitlər bu xaraba daxmada saxlanılırdı. 
Ömər  Faiq  əlində  fanar  qabaqda,  mən  də  onun  dalıyca  xaraba 
daxmaya girdim. Brezent parçasını qaldırdı, fanarı yaxınlaşdırıb cənazəni mənə 
göstərdi.  Tez  əyilib  üzünə  baxmağa  cəhd  etdim.  Başı  yox  idi,  başsız  bədən. 
Qırmızı uzun boyun çıxıb dəridən. Diksindim. Dedim: «Mən başsız adamı necə 
tanıya  bilərəm...».  Az  qaldı  qəşş  edim.  O  yazıq  da  meyitin  başsız  olduğunu 
yəqin  ki,  bilmirmiş  (bəlkə  də  bilirmiş).  Meyitin  əynindəki  ağ  tuman-
köynəyində qan quruyub qalmışdı. 
«Tanımıram,  Ömər  Faiq  əfəndi»,        təkrar  etdim.  Gəzlərim  qalmışdı 
başsız, yarım üryan meyitdə. 
Birdən  yadıma  düşdü,  dedim:  «Dayanın,  onun  sağ  əlində  nişan  var». 
Aldım əlini ovsuma. Əl parça-parça, xəncər yarası, sağ əlinin baş barmağında 
tikiş  yeri  vardı,  dırnağı  da  haça  bitirdi.  Kapitan  olan  zaman  tufana  düşür. 
Maşınxanaya enəndə baş barmağı zədələnir. Xeyli vaxt sarıqlı qalmışdı. O da 
yadıma düşdü ki, boyunlu idi, boyunla bədən birləşən yerdə iri bir qara xal da 
vardı... Onu da tapdım... Özü idi... 
Ömər Faiq meyitin üstünü brezentlə örtdü, fanarı yuxarıya qaldıranda 
gördüm  ki,  kənarda  bir  baş  var.  Dəhşətə  gəldim:  «A!..  -  dedim,  -  Odur,  baş 
orda...». Gedib başı gətirdim qoydum cəsədin yanına, üstünü örtdüm...». 
Evimizdə məhşər qopmuşdu. Anam özünü öldürürdü. 
Səhərisi Əliheydər Qarayev başda olmaqla yoldaşları gəldilər. 
downloaded from KitabYurdu.org

233 
 
Həyətdə pərdə asıldı, meyit yuyuldu. Yuyanda Səadət nənəm pərdəni 
aralayır  ki,  baxsın,  birdən  tək  başı  Həsənbala  dayımın  yuduğunu  görəndə 
yıxılıb özündən gedir. Nənəm tezliklə öldü. 
Yas quruldu. Aprelin 7-də dəfn mərasimi oldu. 
Çox adam gəlmişdi. Mədənlərdən, zavodlardan, fabriklərdən fəhlələr, 
qulluqçular  axışıb  gəlirdilər.  Dənizçilər  daha  çox  idi.  Səhərdən  gəlmişdilər. 
Kəmilərdə,  mədənlərdə,  dəmir  yolunda,  depolarda,  tərsanələrdə,  zavodlarda 
matəm fiti bir-birinə qarışmışdı. 
İki  orkestr  qəmli,  yanıqlı  matəm  havası  çalırdı.  Dənizçilər  səs-səsə 
verib mübariz inqilab şərqiləri oxuyurdular. 
Tabutu  qaldırıb  Spaski  (Qasım  İsmayılov)  küçəsi  ilə  qəbiristana 
yollandılar.  Bu  küçə  düz  gedib  parlamanın    qabağına  çıxırdı.  Camaat  tabutu  
çiyinlərində aparırdı. 
Parlamanın  qabağına  çatanda  ayaq  saxladılar.  Matəm  mitinqini 
Əliheydər  Qarayev  açdı.  Dənizçilərdən  iki  kapitan,  firqəçilərdən  qocaman 
kommunist  Şəmsəddin  Musaxanov  danışdı.  Əliheydər  Qarayev  öz  atəşin 
çıxışında qəzəblə dedi: «Ey cəlladlar, insan başı kəsənlər, siz elə bildiniz ki, Əli 
Bayramovun başını kəsməklə hakimiyyəti əlinizdə saxlaya biləcəksiniz, tarixin 
çərxini geri çevirib çəkəcəksiniz, bu mümkün olmayacaq». 
Tabutu  qaldırıb  dəfn  namazını  qılmaq  üçün  Təzəpir  məscidinə 
apardılar. İnsan sel təki axırdı, küçələr darısqallıq edirdi. Məscid həyətində də 
mitinq  oldu.  Bir  nəfər  fəhlə  neftə  bulaşmış  qara  libasda  qışqıra-qışqıra 
izdihama  müraciətlə, əlilə tabutu  göstərərək  xitab etdi:  «Camaat,  görürsüz də! 
Pullular,  dövlətlilər  füqəra  kasibənin  adamlarına  nə  divan  tuturlar.  Bu  gün 
füqərayi  kasibənin  matəmidir.  Qanundan,  ədalətdən  danışanlar  haqq  yolunda 
çalışanların başını kəsib qana qərq edirlər...». 
Birdən minarənin eyvanından başdan-ayağa matəm libası geymiş, qara 
əmmaməli  bir  molla  sözləri  uzada-uzada  kədərli  fəryad  qopartdı:  «Qətlil 
Hüseyn...» 
 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin