Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   2   3   4   5   6   7   8   9   ...   12
Çökmə süxurlar

iri, orta, xırdadənəli, qeyri-
bərabərdənəli, sıx (afo- nit quruluşlu), torpaqvarı, oolitli və qırıntı
halında 
olur. 


Oolit əhəngdaşı.
Bu süxur qabıqvarı və ya radial şüalı quruluşa malik 
kürəciklərdən (oolitlərdən) ibarət olur. Dənəciklərin ölçüsü dan dənəsi 
böyüklüyündən noxud böyüklüyünə qədər ola bilər. 
Əhəngli tuflar.
 Bunlar kalsium-karbonatın yeraltı suları tərəfindən həll olunub, 
yenidən çökməsi nəticəsində əmələ gəlmiş bərk süxurlardır. Yatım forması 
müəyyən qanuna tabe olmayıb, əsasən isti bulaqlar çıxan yerlərdə kütlə şəklində 
toplanır. Sıx və kristal quruluşu olan tuflara travertin deyilir. Tərkibində az-çox 
gil qarışığı olur. Gilin miqdarı 20%-ə qədər olduqda - gilli əhəngdaşı, 20-50% 
olduqda əhəngli 
mergel
 adlanır. 
Axın formalı əhəngdaşılar.
Bunların nümayəndələrindən stalaktit və 
stalakmitləri göstərə bilərik. Bunlar formalarına görə buz sallanmalarına çox 
oxşayır. 
Stalaktitlər 
mağaraların tavan hissəsində 
stalakmitlər
isə döşəməsində 
karbonatlı məhsulların tədricən buxarlanması nəticəsində əmələ gəlir. Bunlar 
bəzən birləşərək silindrik sütunlar yaradır. 
Dolomit.
 Təxminən 95% CaMg(C0
3
)
2
-dən təşkil olunmuş süxura dolomit deyilir. 
Təmiz halda çox az tapılır. Makroskopik olaraq dolomiti əhəngdaşıdan seçmək 
çox çətindir. Əhəngdaşılardan fərqli olaraq dolomit soyuq HC1 məhlulunda ancaq 
toz halında qaynaya bilir. Buna görə yoxlama zamanı dolomitin üzərini bıçaqla 
qaşıyıb, tozunu HC1 ilə yoxlayırlar. 
Dolomitin sərtliyi 3,5-4, sınması isə düz səthli olur. Dolomit çatlan çox vaxt açıq, 
sarımtıl və ağ rəngli torpağabənzər süxurla dolur ki, buna da dolomit unu deyilir. 
Dolomitlərin əmələ gəlməsini su hövzələrində maqnezitin əhəndaşına təsiri və 
Ca-un müəyyən hissəsinin Mg ilə əvəz olunması ilə izah edirlər. 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin