Oolit əhəngdaşı.
Bu süxur qabıqvarı və ya radial şüalı
quruluşa malik
kürəciklərdən (oolitlərdən) ibarət olur. Dənəciklərin
ölçüsü dan dənəsi
böyüklüyündən noxud böyüklüyünə qədər ola bilər.
Əhəngli tuflar.
Bunlar kalsium-karbonatın yeraltı suları tərəfindən həll olunub,
yenidən çökməsi nəticəsində əmələ gəlmiş bərk süxurlardır. Yatım forması
müəyyən qanuna tabe olmayıb, əsasən isti bulaqlar çıxan yerlərdə kütlə şəklində
toplanır. Sıx və kristal quruluşu olan tuflara travertin deyilir. Tərkibində az-çox
gil qarışığı olur. Gilin miqdarı 20%-ə qədər olduqda - gilli əhəngdaşı, 20-50%
olduqda əhəngli
mergel
adlanır.
Axın formalı əhəngdaşılar.
Bunların nümayəndələrindən stalaktit və
stalakmitləri göstərə bilərik. Bunlar formalarına görə buz sallanmalarına çox
oxşayır.
Stalaktitlər
mağaraların tavan hissəsində
stalakmitlər
isə döşəməsində
karbonatlı məhsulların tədricən buxarlanması nəticəsində əmələ gəlir.
Bunlar
bəzən birləşərək silindrik sütunlar yaradır.
Dolomit.
Təxminən 95% CaMg(C0
3
)
2
-dən təşkil olunmuş süxura dolomit deyilir.
Təmiz halda çox az tapılır. Makroskopik olaraq dolomiti əhəngdaşıdan seçmək
çox çətindir. Əhəngdaşılardan fərqli olaraq dolomit soyuq HC1 məhlulunda ancaq
toz halında qaynaya bilir. Buna görə yoxlama zamanı dolomitin üzərini bıçaqla
qaşıyıb, tozunu HC1 ilə yoxlayırlar.
Dolomitin sərtliyi 3,5-4, sınması isə düz səthli olur. Dolomit çatlan çox vaxt açıq,
sarımtıl və ağ rəngli torpağabənzər
süxurla dolur ki, buna da dolomit unu deyilir.
Dolomitlərin əmələ gəlməsini su hövzələrində maqnezitin əhəndaşına
təsiri və
Ca-un müəyyən hissəsinin Mg ilə əvəz olunması ilə izah edirlər.
Dostları ilə paylaş: