Qumları təşkil edən dənəciklərin mineraloji tərkibindən asılı
olaraq onlar
kvarslı və polimikt qumlara bölünür. Birinci kvarsdan,
ikincisi isə müxtəlif
mineral dənəciklərindən ibarət olur.
Əgər qumun tərkibində kvarsdan başqa, çoxluq təşkil edən digər bir mineral
olarsa, süxurun adı həmin mineralın adına "qum" sözü əlavə etməklə alınır.
Məsələn, feldşpatlı qum, arkozlu və s. Əgər qum ancaq bir mineraldan təşkil
olunmuşsa, onda qumun adı həmin mineralın adı ilə adlanır. Məsələn,
kvars
qumu. Dənəciklərin ölçüsündən asılı olaraq qumlar kobuddənəli (2-1,0 mm),
iridənəli (1,0-0,5 mm), ortadənəli (0,5-0,25 mm), xırdadənəli (0,25-0,1 mm)
adlanır.
Ümumiyyətlə, dənəciklərin nisbi ölçülərinə görə psammitlər bərabərdənəli
(çeşidlənmiş) və müxtəlif dənəlilərə (çeşidlənməmişlərə) bölünür. Qumun
sementləşməsindən əmələ gələn süxura
qumdaşı
deyilir. Qumların tərkibində çox
vaxt əhəng qırıntıları da iştirak edir. Bunu təyin etmək üçün qum üzərinə 1-2
damcı 5-10% HC1 məhlulu damızdırırlar. Kiçik miqdarda karbonatlı
birləşmələrin iştirak etməsi HC1 məhlulunun coşması ilə təyin edilir.
Sement
maddəsinin tərkibindən asılı olaraq qumdaşılar silisiumlu, kar bonatlı, dəmirli və
gilli ola bilər.
Ümumiyyətlə, mineralın tərkibinə görə təbiətdə kvars qumu qumdaşı,
maqnetit və qranat qumu, kvars-qlaukonit qumu və qumdaşı,
dəmirli qum və
qumdaşı, qlaukonit və s. qumlara bölünür.
3.Xırda qırıntılı süxurların
Dostları ilə paylaş: