Opok
nisbətən möhkəm, xırda məsaməli, qabıqvarı sınan, yüngül süxurdur. Bu
süxurda az miqdarda orqanizm qalıqları olur. Onun bəzi növləri xarici görünüşcə
diatomitlərə, bəziləri ilə silislərə çox oxşayır. Sıxlığı 0,9-1,2 arasında dəyişir.
Kaustobiolitlər.
Bu qrupa üzvi yolla əmələ gəlmiş süxurlar daxildir. Bunlardan
torfu, qonur kömürü, neft bitumlu süxurlanı, yanar şisti, daş kömürü, antrasiti,
asfaltı və s. göstərmək olar.
Torf
qonur və ya qara rəngli, məsaməli, sıxlığı az olan və müxtəlif tipli bitkilərin
yarımçıq çürüməsi nəticəsində (əsasən bataqlıq tipli hövzələrdə) əmələ gələn
süxurdur.
Qonur kömür
sıx, bəzən kövrək, əldə qonur iz salan, ağacdan əmələ gəlmiş
süxurdur. Sıxlığı, tərkibindəki başqa maddələrin qarışığından asılı olaraq, 0,8-1,8
arasında dəyişir.
Daş kömür
sıx quruluşlu, çox zaman laylı, qara rəngli, asfalt parıltılı, əldə
asanlıqla iz buraxan sıxlığı 1,2-1,5 arasında dəyişən, sərtliyi 2-3 olan süxurdur.
Bitki qalıqlarının çürüməsi nəticəsində əmələ gəlir.
Yanar şistlər
60%-ə qədər bitumlu birləşmələri olan gilli şistlərdir. Xarici
görünüşünə görə gilli şistlərdən fərqlənməsə də, yandırdıqda rezin iyi verir.
Bitumlu süxurlar ağır neftli hissələrin sementləşməmış süxurlarda iştirak etməsi
nəticəsində əmələ gəlir. Rənginin qara olması, sındırarkən xüsusi iyi, asfalt
parıltılı iri qabıqvarı sınma səthi ilə səciyyələnir. Benzin və benzolda bitumun
asanlıqla həll olması ilə təyin edilir. Əgər süxurda cüzi miqdarda bitum iştirak
edərsə, bunu xloroform məhlulu vasitəsilə təyin etmək olar. Bu məqsədlə süxur
tozunu xloroform məhlulunda həll edib, ondan bir damcı nazik kağız üzərinə
damızdırırlar. Xloroform buraxarlandıqdan sonra kağız üzərində yağlı ləkənin
qalması süxurda bitumun olmasını göstərir.
Qarışıq yolla əmələ gəlmiş süxurlar.
Qırıntı, kimyəvi və üzvi süxurların
mexaniki qarışıqları nəticəsində əmələ gəlir. Mergelləri, mergelli tabaşiri, gilli
əhəngdaşıları, qumlu əhəngdaşıları və s. bunlara misal göstərmək olar.
Mergel
25-50%-ə qədəri gil hissəciklərindən və qalan hissəsi kalsium
karbonatdan ibarət olan sıx quruluşlu, əyri sınma səthli (bəzən qabıqvarı sınma
verir) süxurdur.
Mergellər mexaniki qarışıqlarından asılı olaraq, ağ, boz, çəhrayı, abı, qırmızı,
yaşıl və s. rənglərdə tapılır. HC1 məhlulunda şiddətli qaynayır, əhəngdaşının
əksinə olaraq qaynama qurtardıqdan sonra HC1 damlasının yerində çirkli ləkə
qalır.
Dostları ilə paylaş: |