Çökmə süxurların yatım formaları
Lay və onun elementləri.
Nisbətən
bircinsli olub, böyük məsafədə yayılan
və təxminən paralel müstəvilərlə hüdudlanmış süxur kütləsinə
lay
və ya
təbəqə
deyilir. Əslində lay sözü çox vaxt faydalı qazıntıların təbəqələri üçün işlənir.
Layların növbələşməsirıə
laylanma
deyilir.
Laylar qısa geoloji zaman ərzində, su hövzələrində çökmə hadisəsinin ritmik
dəyişməsi nəticəsində əmələ gəlir. Zamandan asılı olaraq su hövzəsində toplanan
qırıntı materiallarının növü, rəngi, ölçüsü və eləcə də hövzədə baş verən fiziki-
kim- yəvi, biokimyəvi hadisələrin dəyişməsi əmələ gəlmiş çöküntülərə iz salır.
Bu izlər süxur kütləsinin struktur, tekstura, mineraloji tərkib və s. əlamətlərə görə
bir-birindən ayrılan müstəvilərlə ifadə olunur. Bunlara
laylanma müstəviləri
deyilir.
Hər bir layı özündən əvvəl əmələ gəlmiş laydan ayıran müstəviyə
o layın
dabanı,
özündən sonra əmələ gəlmiş laydan ayıran müstəviyə isə
layın tavanı
deyilir (şəkil 31).
Şəkil 31. Müxtəlif vəziyyətlərdə olan lay elementləri
Laylanmada iştirak edən hər bir müstəvi bir layın dabanını, başqasının isə
tavanını təşkil edir, zz
1
müstəvisi d layının tavanı olduğu halda, c layının dabanı,
yy' isə «b» layının dabanı, c layının tavanıdır.
Bəzən laylar bir-birindən seçilə bilən müstəvi ilə ayrılmayıb
, bir-birinə
keçid təşkil edir. Belə hallarda daban və tavanın vəziyyəti müəyyən dərəcədə şərti
qəbul olunur.
Layın dabanı ilə tavanı arasındakı ən qısa
perpendikulyar məsafəyə
layın
həqiqi qalınlığı,
onun Yer üzərinə çıxan hissəsinə isə
görünən qalınlığı
deyilir
ki, bu da çöl şəraitində rulet
VASİTƏSİLƏ
asanlıqla ölçülə bilər. İşdə, layın həqiqi
qalınlığını hesablamaq üçün lay ilə relyefin üfüqi müstəvisi ilə əmələ gətirdiyi
bucaqlar və layın görünən qalınlığı təyin edilməlidir.
Relyefin
vəziyyətindən
asılı olaraq həqiqi qalınlığı təyin edərkən
müxtəlifhallararast gəlinə bilər .
Şəkil 3
2. Müxtəlif relyef şəraitində layın həqiqi qalınlığının hesablanması:
1.
relyef üfüqi, lay isə mailidir;
2.
relyef maili, lay isə həmin mailə əks istiqamətdə yatır;
3. relyef
və lay hər ikisi maili olub, eyni istiqamətdə yatır;
4. relyef və lay hər ikisi maili olub, bundan əvvəlki vəziyyətin əksini təşkil
edir;
5. relyef maili, lay isə üfüqi yatım əmələ gətirir.
6. relyef maili, lay isə şaquli yatım əmələ gətirir;
7. lay quyu vasitəsilə açılmışdır.
Əmələgəlmə şəraitndən asılı olaraq laylanmanın müxtəlif formaları vardır.
Bunlardan paralel, dalğavarı, çəp və linzavarı:
Dostları ilə paylaş: