Qeyri-uyğun yatım
denudasiya prosesləri, dəniz cərəyanları, sualtı sürüşmələr,
tektonik hadisələr və bir sıra başqa səbəblərlə əlaqədar dır. İki
kompleks
arasındakı qeyri-uyğunluğu ifadə edən müstəvi qədim sualtı və ya yerüstü relyefi
əks etdirərək, adətən, bazal konqlomerat adlanan iridənəli çöküntülərlə örtülür.
Paralel uyğunsuzluq
çökmə hadisəsində fasilədən əvvəl və sonra əmələ gəlmiş
çöküntülər arasında litoloji, bəzən də paleontoloji fərqlənmə ilə xarakterizə edilir
(şəkil 33, d). Buna bəzən stratiqrafık uyğunsuzluq da deyilir.
Şəkil 33. Layların yatım formaları:
a, b, c-paralel yatımlar;
d-paralel uyğunsuzluq; e-gizli uyğunsuzluq;
f-bucaq
uyğunsuzluğu; g-transqressiv uyğunsuzluq.
Laylar arasında yaş etibarilə ardıcıllığın yoxluğu həmin uyğunsuzluğun
xarakterik cəhətidir. Bəzi hallarda fasilədən sonra
əmələ gələn yeni çöküntülər
litoloji tərkibcə əvvəlkilərdən əsla fərqlənmədiyinə görə uyğunsuzluğun təyin
edilməsi xeyli çətinləşir. Bunı
gizli paralel uyğunsuzluq
deyilir (Şəkil 33 e).
Tektonik hərəkətlər nəticəsində bir çox hallarda laylar arasındakı ardıcıllıq və
paralellik itir və aydın müşahidə edilən
bucaq uyğunsuzluğu
əmələ gəlir (şəkil
33, f).
Bucaq uyğunsuzluğu bəzən yerli xarakter daşıyıb,
kiçik bir sahədə, başqa
hallarda isə regional miqyasda təzahür edə bilər.
Bucaq uyğunsuzluğu bəzən kontaktda
olan komplekslərin müxtəlif
istiqamətdə uzanması (azimutal uyğunsuzluq), bəzən də transqressiv çökmənin
nəticəsi kimi meydana çıxa bilər. Buna
transqressiv uyğunsuzluq
deyilir (Şəkil
33, g).
Təbiətdə müxtəlif dövrlərdə baş vermiş geoloji
proseslərin məhsulu olan
mürəkkəb tipli uyğunsuzluğa da çox təsadüf olunur. Bu növ uyğunsuzluq müxtəlif
dövrlərdəki tektonik hərəkətlər nəticəsində çöküntülərin fasilə ilə növbələşməsi
nəticəsində meydana çıxır.