Maqmarik süxurlardan fərqli olaraq çökmə süxurlar Yer səthində atmosfer


Tekstura  süxur dənəciklərinin fəzadə tutduğu mövqeyi ifadə edir.  Teksturalarına görə  qeyri-müntəzəm, vərəqli



Yüklə 364,85 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix07.04.2023
ölçüsü364,85 Kb.
#94351
1   2   3   4   5   6   7   8   9   ...   12
Çökmə süxurlar

Tekstura 
süxur dənəciklərinin fəzadə tutduğu mövqeyi ifadə edir. 
Teksturalarına görə 
qeyri-müntəzəm, vərəqli
və 
laylı 
olurlar. 
Qeyri-müntəzəm teksturada
süxuru təşkil edən materialın paylanması heç bir 
qanunauyğunluğa tabe olmur. Bu növ tekstura moren çöküntülərinə, brekçiyalara, 
konqlomeratlara və s. məxsusdur. 
Vərəqvari teksturada
süxur müxtəlif qalınlıqda, vərəqvari laylanma 
qabiliyyətinə malik olur. 


Laylı tekstura,
çökmə süxurları başqalarından fərqləndirən və onların 
əmələgəlmə şəraitini əks etdirən, əsas tekstura formasıdır. Laylanma 
müstəvilərinin əlaqələrinə görə düz, çəp, ləpəli və s. teksturalar vardır. 
Çökmə süxurları xarakterizə edən xüsusiyyətlərdən biri də sementləşmədir. 
Süxur boşluqlarınm sement maddəsi ilə dolma dərəcəsi süxurun teksturasını ifadə 
edən mühüm amillərdən biridir. Müxtəlif tərkibli sement maddələrindən gilli-
qumlu, karbonatlı, dəmirli, silisli və s. maddələri göstərmək olar. 
Ola bilər ki, sement maddəsi süxurla birlikdə əmələ gəlsin, ola bilər, sonra əmələ 
gəlib süxur məsamələrini doldursun. Onun xarakterindən asılı olaraq süxurun 
möhkəmlik göstəriciləri də dəyişir. 
Çökmə süxurların təsnifatı və təsviri 
Çökmə süxurlar əmələgəlmə xüsusiyyətlərinə görə dörd qrupa ayrılır: 
1.qırıntı və ya klastik süxurlar
2. kimyəvi yolla əmələ gəlmiş hemogen süxurlar; 
3.üzvi yolla əmələ gəlmiş orqanogen süxurlar; 
4.qanşıq yolla əmələ gəlmiş süxurlar. 
Qırıntı süxurlar.
Qırıntı süxurlar yer yzərində mövcud olan müxtəlif mənşəli 
süxurların mexaniki parçalanması və yenidən toplanması nəticəsində əmələ gəlir. 
Bu süxurların təsnifatı onları təşkil edən dənəciklərin ölçü, forma və sementləşmə 
xarakterinə əsaslanır. Dənəciklər ölçüsünə görə 4 qrupa bölünür:
1. İri qınntılı süxurlar 

Yüklə 364,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin